KİV: Yəməndə SEPAH-ın Qüds Qüvvələri komandiri öldürülüb
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
Səudiyyə Ərəbistanı təyyarəsi Tehran hava limanına eniş edib
Müharibə repressiyaları gücləndirib- Mai Sato
Şəbistərdə silahlı insident- Ölən var
SEPAH İraqın şimalında kürd bazalarını vurdu
Ərəb koalisiyası Husilərin raket anbarlarını məhv etdi
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır
Azərbaycan QHT-ləri Pezeşkiana müraciət etdi
Azərbaycanla Özbəkistan arasında iki saziş təsdiqlənib
İranın birinci vitse-prezidenti azərbaycanlı qızlarla bağlı fərman verdi
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
Ocanda əfqanistanlılar həbs edilib
ETN: İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir
Nazirlik: İranda Azərbaycan dilində məktəb yoxdur, azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Müharibəyə görə İranda daha dörd nəfər həbs edildi
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
İran ABŞ-yə Pakistan vasitəsilə yeni təklif göndərib
Səmərqənd ətrafında diplomatik gərginlik: Özbəkistan İrana rəsmi etiraz notası verdi
Tahir Nəqəvi məcburi etiraf üçün təzyiqlərlə üzləşir
Salar Taher Əfşarın ikinci doğum günü həbsxanada keçir
Pezeşkian: “Nə müharibə, nə sülh” vəziyyəti insanları çörək dərdinə salıb
Təbriz meriyasının sürücüləri maaş əvəzinə işdən çıxarılmaqla hədələnirlər
Tramp: Ya İran razılaşacaq, ya da işi bitirəcəyəm
“The Hill”: ABŞ ordusu İrana yenidən zərbə endirmək üçün variantlar hazırlayıb
Xəzər dənizinin şimalında bir sıra adalar materiklə birləşib
Bu gün, 25 oktyabr — Azərbaycan Respublikasında Qubadlı Şəhəri Günüdür
BƏƏ Rəs əl-Xeymə əmirliyinin bütün çimərliklərini növbəti xəbərdarlığadək bağlayıb
Qalibaf Hindistanda BRICS-in parlamentlərarası toplantısında iştirak etməyəcək
Almaniya İranın Hamburqdakı Bank Saderat filialının ləğvi barədə qərar verib
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
“Ayrılıq” şairinin həsrətləri: Şərifə Cəfərinin Fərhad İbrahimi haqqında xatirələri
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb
İranda dollar 400 min tümənə yüksələ bilər: hökumət 80–90 faizlik inflyasiyani qəbul edib
Livan şiələri Hizbullahın silahları barədə nə düşünür?
Pezeşkian Moskvaya səfər edəcək
Müqtəda əl Sədr isə Ankaraya aralarında 5 türkmən millət vəkilinin olduğu nümayəndə heyəti göndərib Kərküklə bağlı ziddiyyətlərin qızğın çağında İraqdakı radikal şiə hərəkatının rəhbəri, İranın "adamı" sayılan Müqtəda əl Sədr Ankaraya nümayəndə heyəti göndərib. Sədr Hərəkatının üzvü Nazım əl Həraci bildirib ki, nümayəndə heyətinə partiyanın sözçüsü və Nəcəf vilayətinin başçısı Salih əl Abadi rəhbərlik edir. Onunla birlikdə Ankaraya partiyanın siyasi qanadının üzvləri, İraq parlamentinin 5 türkmən millət vəkili gəlib. Türkməneli Partiyasının sədri Rıyaz Sarıkahya "İhlas" Xəbər agentliyinə bildirib ki, danışıqlar zamanı Kərkük problemi və iki ölkə arasında münasibətlər müzakirə olunacaq. Nümayəndə heyətini prezident Abdulla Gül, baş nazir Rəcəb Tayyib Ərdoğanın qəbul edəcəyi gözlənilir. Göytürk Maraqlıdır ki, iki həftə əvvəl Kufə şəhərində verdiyi cümə xütbəsində Müqtəda əl Sədr "qurtuluş və ya ölüm" müqavimətini dayandırmayacaqlarını, bundan sonra müqavimətin Mehdi Ordusunun əvəzində quracağı mədəni bir qrupun davam etdirəcəyini açıqlayıb. Xatırladaq ki, Müqtəda əl Sədr Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında məskunlaşan PKK terrorçularına qarşı əməliyyatlarını İraqın daxili işlərinə müdaxilə kimi qiymətləndirib. ABŞ əleyhdarı kimi tanınan Müqtəda əl Sədrin indi Ankaraya nümayəndə heyəti göndərməsi, İraq Neft Nazirliyinin TPAO-ya lisenziya verməsi maraqla qarşılanır. Bu göstərir ki, İraqın müxtəlif siyasi, hərbi dairələrinin mövqeyində Türkiyənin bölgədəki rolu, Kərkük məsələsilə bağlı müəyyən dəyişiklər var. İranla sıx bağlılığı olan Müqtəda əl Sədrin Ankara ilə münasibətləri normallaşdırmağa çalışmasının mahiyyətində rəsmi Tehranın hansısa niyyətinin də durduğunu söyləmək mümkündür. Fakt isə budur ki, ölkə neftinin 30 faizinə malik Kərkükün taleyi nəinki İraq türkmənlərini, eləcə də İraq ərəblərini, ərəb dünyasını da ciddi şəkildə narahat etməyə başlayıb. Qeyd edək ki, son dövrlər Türkiyə Bağdad və Ankara arasında münasibətlərin inkişafı, Kərkük probleminin həlli üçün səfir Murat Özçeliyi görəvləndirib. Artıq əvvəlki illərlə müqayisədə Türkiyə "Kərkük karvanının sarvanı" rolunu oynamağa başlayıb. Ərəb ölkələri də, ABŞ-da Ankaranın bu roluna daha çox ehtiyac duymağa başlayıb. Təsadüfi deyil ki, İraq parlamentinin kürd deputatları Türkiyənin ölkənin daxili işlərinə müdaxilə etdiyini bəyanlayıb, Murat Özçeliyin Bağdad rəsmilərilə görüşlərindən narahatçılıqlarını açıqlayıblar. İraqda yaşayan kürd dairələrinin Türkiyənin artan rolundan narahatçılıqları, Kərküklə bağlı hay-küyü bununla bitmir. Hay-küydən görünür ki, türkmənləri və ərəbləri deportasiya edən, Kərkükdə zorla yerləşərək sayca üstünlük qazanan kürdlərin referendum keçirmək, bölgənin taleyini kürd muxtariyyatına bağlamaq niyyəti baş tutmayacaq. Yəqin bura görə də İtaliyada səfərdə olan İraqın şimalındakı yerli hakimiyyətin rəhbəri Məsud Bərzani "Kərkük Kürdüstanın bir parçasıdır və PKK terrirçu deyil" deyə sarsaqlayır. İtaliyanın "İl Tempo" qəzetinə müsahibəsində "Kərkükün taleyi orada yaşayan xalqlara hörmət edilərək həll olunmalıdır"deyən Bərzani Kərkükün taleyinin referendumda həllinin vacib olduğunu söyləyib. Amma görünür referendumun üçüncü dəfə təxirə salması daha realdır. Ən vacibi isə odur ki, son iki ildə ABŞ və Türkiyə arasında münasibətlər normallaşmağa doğru gedir və bu Birləşmiş Ştatların İraq siyasətində də özünü göstərir. ABŞ-ın Türkiyə Silahlı Qüvvələrinin terrorçu PKK əleyhinə əməliyyatlarına kəşfiyyat məlumatlarıyla dəstəkləməsi, hətta İraqın şimalında quru əməliyyatlarına haqq qazandırması əvvəlki illərlə müqayisədə Vaşinqtonun Ankara ilə bağlı siyasətinə müsbət mənada yenidən baxmasıyla bağlıdır. Ankaranın vetosuyla "Gaz de Frans"ın "Nabucco" layihəsindən kənarda qaldığına görə, Türkiyənin Avropa Birliyinə üzvlük yolunu kəsmək üçün "Aralıq dənizi Birliyi" ideyasını ortaya atan, Ərbildə konsulluq yaradan Fransanın aktivliyi də ABŞ-ın İraq-Türkiyə münasibətlərinə baxışını yəqin ki, müəyyən qədər dəyişib. Burada bölgədə İranın nüvə proqramından irəli gələn gərginliyin də proseslərə təsirini də nəzərə almaq lazımdır. Artıq Birləşmiş Ştatlar Türkiyənin nəqliyyat və s. kiçik miqyaslı şirkətlərilə yanaşı, nəhəng şirkətlərinin də İraqda fəaliyyətinə normal yanaşır. Xatırladaq ki, bu ilin aprel ayında neft və qaz yataqlarının hasilat-axtarış tenderlərinə qatılmaq üçün 70 şirkət İraqın Neft Nazirliyinə müraciət edib. Amma ABŞ-ın işğalı altında olan ölkədə neft hasilatı və axtarışı tenderlərinə qatılmaq üçün cəmi 35 şirkətə icazə verilib. Həmin vaxt TPAO-nun da müraciəti cavabsız qalıb, şirkətin adı siyahıya düşməyib. Ötən müddət ərzində Türkiyə TPAO-nun İraqda yer ala bilməsi üçün diplomatik addımlar atıb. Bu günlərdə Türkiyənin enerji və təbii qaynaqlar nazir Hilmi Gülər Türkiyə Petrolları Anonim Ortaklığının (TPAO) İraqda neft və təbii qaz arama-hasilat tenderlərinə tək başına və ya konsorsium qurarak qatıla biləcəyini bildirib. Yeri gəlmişkən, İraqın Neft Nazirliyinin təxmini hesablamalarına görə, ölkədə 115 milyard barrel neft və 3,17 trilyon kubmetr təbii qaz yataqları var. Qonşu ölkənin enerji ehtiyatlarının həcmini vurğulayan Hilmi Gülər İraq Neft Nazirliyinin TPAO-ya neft və təbii qaz yataqlarının hasilatı tenderlərinə qatılma haqqı verməsini yüksək qiymətləndirib. Bunun üçün gərgin enerji diplomatiyasına baş vurduqlarını, İraqın neft nazir Hüseyn Şehristani və başqa yüksək vəzifəli şəxslərlə görüşlər keçirdiklərini açıqlayıb: "Nəticədə indi belə bir qərar çıxdı, bunu dəyərləndirəcəyik. TPAO bu bölgənin geoloji durumunu, quruluşu ən yaxşı bilən şirkətlərin birincisidir. İraqın inkişafı, bölgənin sabitliyi, həm də qonşuluq münasibətləri baxımından birgə layihələrin ortaya çıxması baxımından önəmli işdir. Bizim şimal bölgəsində 3 hasilat qülləmiz əvvəldən də vardı, indi İraqın güneyində də eyni işləri görəcəyik". xalqcebhesi
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İranda bir ayda 79 məhbus edam edilib
Əhvaz ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İranda daha səkkiz məhbus edam edildi
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
İraq da İranla sərhəddi bağladı
Təbrizdə iki hüquqşünas həbs edilib
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi