SON XƏBƏRLƏR

SERJ SƏRKİSYAN FUTBOLA ABDULLA GÜLLƏ BİRGƏ BAXMAQ QƏRARINA GƏLİB. O, TÜRKİYƏ PREZİDENTİNİ YEREVANA ÇAĞIRACAQ

2021.10.20, 07:36
SERJ SƏRKİSYAN FUTBOLA ABDULLA GÜLLƏ BİRGƏ BAXMAQ QƏRARINA GƏLİB. O, TÜRKİYƏ PREZİDENTİNİ YEREVANA ÇAĞIRACAQ

Gunaz.tv
SERJ SƏRKİSYAN FUTBOLA ABDULLA GÜLLƏ BİRGƏ BAXMAQ QƏRARINA GƏLİB. O, TÜRKİYƏ PREZİDENTİNİ YEREVANA ÇAĞIRACAQ Ermənistan prezidenti Serj Sərkisyan türkiyəli həmkarı Abdulla Gülü Yerevana dəvət etmək fikrindədir. Moskvada səfərdə olan prezident erməni diasporu təmsilçiləriylə görüşündə A.Gülü sentyabrın 6-da Yerevanda keçiriləcək Ermənistan - Türkiyə futbol matçına birgə baxmağa çağıracağını söyləyib. sarkisyan-1-1.jpg Serj Sərkisyan «Media forum» xatırladır ki, Ermənistanla Türkiyə 2010-cu il dünya çempionatının seçmə mərhələsində bir qrupa (5-ci qrup) düşüblər. Bu qrupda İspaniya, Belçika, Bosniya, Estoniya komandaları da yer alır. Ermənistan-Türkiyə münasibətlərindən danışan Sərkisyan 21-ci əsrdə qonşu ölkələrin sərhədlərinin bağlı qalmasının yolverilməz olduğunu deyib. 1993-cü ildən Türkiyəylə sərhədlərin bağlı qalmasının hər il Ermənistan iqtisadiyyatına 500 milyon dollar ziyan vıurduğu bildirilir. Türkiyə sərhədləri açmaq üçün Ermənistana üç şərt qoyur: 1915-ci il «soyqırımı»nın dünyada tanıdılması yolunda işlərdən əl çəkmək, Türkiyənin ərazi bütövlüyünü tanımaq və işğal olunmuş Azərbaycan torpaqlarından çəkilmək. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar