SON XƏBƏRLƏR

Türkiyə Azərbaycanın NATO-ya inteqrasiyasında əlaqələndirici bənd olmağa hazırdır – səfir

2021.10.20, 07:36
Türkiyə Azərbaycanın NATO-ya inteqrasiyasında əlaqələndirici bənd olmağa hazırdır – səfir

Gunaz.tv
Türkiyə Azərbaycanın NATO-ya inteqrasiyasında əlaqələndirici bənd olmağa hazırdır – səfir _hulusi_kilich_290408.jpg Azərbaycan, Bakı, 24 iyun / Trend News , S.Ağayeva / Türkiyə NATO-ya inteqrasiyada Azərbaycanı dəstəkləməyə hazırdır. «Türkiyə Azərbaycanın NATO-ya inteqrasiyasında əlaqələndirici bənd olmağa hazırdır», - deyə çərşənbə axşamı Bakıda Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc bildirib. Səfir bildirib ki, Azərbaycan beynəlxalq ictimaiyyətin beynəlxalq terrorçuluğa qarşı, regionda sülh və stabillik naminə mübarizə aparan fəal üzvüdür. «Azərbaycan, təcavüzdən zərər çəkən və ərazilərinin bir hissəsini itirən ölkə olmasına rəğmən, müstəqilliyinin ilk illərindən cəmiyyətdə layiqli yer tutdu. Türkiyə Azərbaycanın yanında olub, həmişə də olacaq və ərazilərinin erməni təcavüzündən azad edilməsi uğrunda mübarizədə respublikanın düzgün işini dəstəkləyəcək», - deyə Kılıc qeyd edib. trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar