SON XƏBƏRLƏR

Azərbaycan Milli Elmlər Akademiyasının dövlətə xəyanətdə təqsirləndirilən sabiq əməkdaşlarına hökm oxunub

2021.10.20, 07:36
Azərbaycan Milli Elmlər Akademiyasının dövlətə xəyanətdə təqsirləndirilən sabiq əməkdaşlarına hökm oxunub

Gunaz.tv
Azərbaycan Milli Elmlər Akademiyasının dövlətə xəyanətdə təqsirləndirilən sabiq əməkdaşlarına hökm oxunub mehkemelogo.jpg Bakı. Şəhriyar Əlizadə-APA. Bu gün Ağır Cinayətlər Dair İşlər üzrə Məhkəmədə “Tolışi sədo” qəzetinin baş redaktoru, Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun sabiq bölmə müdiri Novruzəli Məmmədov və bölmənin sabiq işçisi Elman Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, hakim Şakir Ələsgərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, N. Məmmədov 10 il, E. Quliyev isə 6 il müddətinə azadlıqdan məhrum ediliblər. Qeyd edək ki, N. Məmmədov və E. Quliyev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 283-cü (milli, irqi, dini düşmənçiliyi yayma) maddələri ilə ittiham olunublar. apa ------------------------------------------------------------------- Ermənilərin atəşkəsi pozması nəticəsində daha bir mülki şəxs yaralanıb Qazax. Nəzakət Məşədiəliqızı –APA. Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində daha bir mülki şəxs yaralanıb. APA-nın qərb bürosunun məlumatına görə, ermənilərin açdığı atəş nəticəsində Azərbaycanın Qazax rayonunun Quşçu Ayrım kəndində qoyun otaran kənd sakini, 43 yaşlı Hüseyn Alımərdan oğlu Bayramov güllə yarası alıb. Rayon Mərkəzi Xəstəxanasına çatdırılan zərərçəkənə tibbi yardım göstərilib. Xəstəxananın həkimi Arzu Novruzov tibbi yardım göstəriləndən sonra yaralının evə buraxıldığını deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar