SON XƏBƏRLƏR

Rusiya ordusu azalacaq

2021.10.20, 07:36
Rusiya ordusu azalacaq

Gunaz.tv
Rusiya ordusu azalacaq 5 il ərzində silahlı qüvvələrin sayı 1 milyona endiriləcək Beş ildən sonra Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətinin sayı 1 milyon nəfərə enəcək. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bunu prezident yanında keçirilən müşavirədən sonra Rusiyanın müdafiə naziri Anatoli Serdyukov deyib. O bildirib ki, 2013-cü ilə qədər orduda hərbi qulluqçuların sayı 1 milyon nəfər səviyyəsində olacaq. Qeyd edək ki, prezident Dmitri Medvedevin keçirdiyi müşavirədə ordunun zabit heyətinin gəlirlərinin artırılması müzakirə edilib. --------------------------------------------------------------- Litvada rus dilindəki küçə adları dəyişdiriləcək Riqa. Kərim Həsənli – APA. Litva rəhbərliyi ölkədə rus dilindəki küçə adlarından imtina etmək qərarına gəlib. APA-nın Litva mətbuatına istinadən verdiyi məlumata görə, küçə adlarının yalnız dövlət dilində yazılması barədə təşəbbüs Dövlət Dil Komissiyası tərəfindən irəli sürülüb. Komissiya bu təşəbbüsünü bütün yazıların dövlət dilində olmasını müəyyən edən “Dövlət dili haqqında” qanunun müddəaları ilə əsaslandırıb. Təşəbbüs sonradan Vilnüs dairə inzibati məhkəməsinin xüsusi qərarı ilə də möhkəmləndirilib. Qeyd edək ki, ötən həftə Litva parlamenti işğal rejimlərini təmsil etdikləri üçün ölkə ərazisində sovet və faşist simvolikasını yasaqlayıb. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar