SON XƏBƏRLƏR

“Nurçular”ın lideri Türkiyəyə qayıda bilər

2021.10.20, 07:36
“Nurçular”ın lideri Türkiyəyə qayıda bilər

Gunaz.tv
“Nurçular”ın lideri Türkiyəyə qayıda bilər Ankara – APA. Türkiyənin Yarğıtay adlanan hüquq instansiyası “nurçular”ın lideri Fətullah Gülən haqqında Ankara 11-ci Ağır Cəza Məhkəməsinin çıxardığı bəraət qərarından verilən protesti rədd edib. APA-nın məlumatına görə, bununla da ABŞ-da yaşayan F. Gülənin Türkiyəyə qayıtması üçün hüquqi maneələr aradan qalxmış olub. Xatırladaq ki, F. Gülən dünyəvi dövlət quruluşunu dəyişdirərək yerinə şəriətə əsaslanan dövlət qurmaq məqsədilə gizli təşkilat yaratmaqda ittiham olunurdu. apa ---------------------------------------------------------------------- Serbiya və Türkiyə arasında diplomatik gərginlik yaranıb Belqrad – APA. Serbiya prezidenti Boris Tadiç Türkiyənin bu ölkəyə yeni təyin olunmuş səfiri Əhməd Süha Umarın etimadnaməsinin qəbul edilməsini təxirə salıb. APA-nın məulmatəmna görə, bu addım Türkiyənin Kosovonun müstəqilliyini tanıyan ilk ölkələr arasında olmasına etirazın ifadəsi kimi qiymətləndirilir. B. Tadiç Türkiyənin addımından böyük təəssüf hissi keçirdiklərini deyib. O bildirib ki, Kosovonun birtərəfli qaydada müstəqilliyini elan etməsindən öncə Ankaraya etdiyi səfər zamanı Türkiyə prezidenti və baş nazirindən Kosovonun müstəqilliyinin tanınmayacağına dair vəd alsa da, bunun əksi baş verib: “Türkiyə verdiyi sözün arxasında dayanmadı”. Serbiya prezidenti Türkiyəyə gözlənilən növbəti səfəri zamanı bu məsələni yenidən müzakirəyə çıxaracağını da söyləyib. Qeyd edək ki, Türkiyənin Kosovonu tanımasından sonra Serbiya Ankaraya etiraz notası göndərmiş və bu ölkədəki səfiri Vladimir Curqusu geri çağırmışdı. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar