SON XƏBƏRLƏR

ABŞ yevangelistləri liderindən Obamaya qarşı ittiham

2021.10.20, 07:36
ABŞ yevangelistləri liderindən Obamaya qarşı ittiham

Gunaz.tv
ABŞ yevangelistləri liderindən Obamaya qarşı ittiham article_1214302568.gif Onu Bibliyanı təhrif etməkdə günahlandırırlar QayNar: ABŞ yevangelist cəmiyyətinin liderlərindən biri Ceyms Dobson yerli radiolardan birində öz "Ailə diqqət mərkəzində" proqramının gedişatı zamanı qeyd edib ki, prezidentliyə namizəd olan respublikaçı Barak Obama Konstitusiyanı qeyri-peşəkar şərh etməkdən əlavə, həm də Bibliyadan danışarkən ona özündən əlavələr edib. "Qaynar.info" məlumat yayır ki, Dobson bu ittihamı hələ 2006-cı ilin iyununda Obama liberal-xristianların bir qrup üzvləri qarşısında "İslahatlara çağırış" proqramını şərh edərkən bildirib ki, xristianlıqda elə məqamlar mövcuddur ki, bunları məktəblərdə tədris etmək olar. Daha sonra isə senator əlavə edib ki, Bilbliyaya daxil olan "Levit"ə əsasən quldarlıqdan istifadə mümkün olan bir işdir, mümkün olmayanı, yəni günah hesab olunan yeməkdə molyuskalaradan istifadə etməkdir. O, həmçinin bildirib ki, Məsihin Bibliya rəvayətlərində olan yüksək həqiqətləri həyata keçərsə, o zaman Pentaqon öz fəaliyyətini saxlamalı olacaq. Dobsonun fikrincə, B. Obama Bibliyanı özünə sərf edəcək şəkildə şərh edib. O həm də senatoru abort barəsində də ittiham edir. Çünki Obama abortu qadınların istədiyi vaxt həyata keçirməsini onların öz hüququ hesab edir. (Lakin qanunvericiliyə əsasən rüşeym 3 aylıqdan sonra sırf insan hesab edilir və ona qarşı edilən bütün müdaxilələr ABŞ vətəndaşlarına şamil edilən eyni hüquqlarla müdafiə olunur – red.) P.S. Bu arada məlumat üçün qeyd edək ki, Obamanın dini məsələlər üzrə müşaviri Coşüa Düba Ceyms Dobsonla görüşmək istədiyini bildirib və Dobson da buna həmişə hazır olduğunu bildirib. // Nurlan Məmmədov, QayNar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar