SON XƏBƏRLƏR

Sürət qatarları gətiriləcək

2021.10.20, 07:36
Sürət qatarları gətiriləcək

Gunaz.tv
Sürət qatarları gətiriləcək İyunun 30-da Bakıda Azərbaycan və Koreya dəmiryolçularından ibarət hökumətlərarası işçi qrupunun növbəti iclası keçiriləcək. Bu barədə məlumatı "OLAYLAR"a Dövlət Dəmir Yolu İdarəsinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov verib. Onun sözlərinə görə, işçi qrupunun Bakı görüşünün əsas məqsədi Azərbaycan dəmir yolunda sürət qatarının tətbiq edilməsidir. İşçi qrup bununla bağlı müzakirələr edəcək və təklifləri nəzərdən keçirəcək. Tədbir iyulun 1-dək davam edəcək. adalet -------------------------------------------------------------------------- Yuşşenko hazırlaşır yusenko100707.jpg Ukrayna prezidenti Viktor Yuşşenko Azərbaycana işgüzar səfəri və GUAM-ın üçüncü sammitində iştirak etmək üçün Gürcüstana səfərinin hazırlanması haqqında fərman imzalayıb. APA-nın Ukrayna prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dövlət başçısı bu səfərlərin lazımi səviyyədə hazırlanması üçün Nazirlər Komitəsinə plan tərtib etməyi tapşırıb. Qeyd edək ki, V. Yuşşenko iyunun 30-da Bakıya gələcək. O, Azərbaycan prezidenti İlham Əliyevlə birlikdə böyük Ukrayna şairi Taras Şevçenkonun abidəsinin açılış mərasiminə qatılacaq. Səfər zamanı prezidentlər ikitərəfli əlaqələri, xüsusən enerji sahəsində əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər. Səfər çərçivəsində Azərbaycanda Ukrayna Mədəniyyət Günlərinin rəsmi açılışı da olacaq. adalet

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar