KİV: Yəməndə SEPAH-ın Qüds Qüvvələri komandiri öldürülüb
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
Səudiyyə Ərəbistanı təyyarəsi Tehran hava limanına eniş edib
Müharibə repressiyaları gücləndirib- Mai Sato
Şəbistərdə silahlı insident- Ölən var
SEPAH İraqın şimalında kürd bazalarını vurdu
Ərəb koalisiyası Husilərin raket anbarlarını məhv etdi
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır
Azərbaycan QHT-ləri Pezeşkiana müraciət etdi
Azərbaycanla Özbəkistan arasında iki saziş təsdiqlənib
İranın birinci vitse-prezidenti azərbaycanlı qızlarla bağlı fərman verdi
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
Ocanda əfqanistanlılar həbs edilib
ETN: İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir
Nazirlik: İranda Azərbaycan dilində məktəb yoxdur, azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Müharibəyə görə İranda daha dörd nəfər həbs edildi
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
İran ABŞ-yə Pakistan vasitəsilə yeni təklif göndərib
Səmərqənd ətrafında diplomatik gərginlik: Özbəkistan İrana rəsmi etiraz notası verdi
Tahir Nəqəvi məcburi etiraf üçün təzyiqlərlə üzləşir
Salar Taher Əfşarın ikinci doğum günü həbsxanada keçir
Pezeşkian: “Nə müharibə, nə sülh” vəziyyəti insanları çörək dərdinə salıb
Təbriz meriyasının sürücüləri maaş əvəzinə işdən çıxarılmaqla hədələnirlər
Tramp: Ya İran razılaşacaq, ya da işi bitirəcəyəm
“The Hill”: ABŞ ordusu İrana yenidən zərbə endirmək üçün variantlar hazırlayıb
Xəzər dənizinin şimalında bir sıra adalar materiklə birləşib
Bu gün, 25 oktyabr — Azərbaycan Respublikasında Qubadlı Şəhəri Günüdür
BƏƏ Rəs əl-Xeymə əmirliyinin bütün çimərliklərini növbəti xəbərdarlığadək bağlayıb
Qalibaf Hindistanda BRICS-in parlamentlərarası toplantısında iştirak etməyəcək
Almaniya İranın Hamburqdakı Bank Saderat filialının ləğvi barədə qərar verib
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
“Ayrılıq” şairinin həsrətləri: Şərifə Cəfərinin Fərhad İbrahimi haqqında xatirələri
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb
İranda dollar 400 min tümənə yüksələ bilər: hökumət 80–90 faizlik inflyasiyani qəbul edib
Livan şiələri Hizbullahın silahları barədə nə düşünür?
Pezeşkian Moskvaya səfər edəcək
Kimsə lakeyin gözündə qəhrəman ola bilməz. Ona görə yox ki, qəhrəman Qəhrəman deyil. Ona görə ki, lakey elə lakeydi. Hegel. Ömrün hər hansı dövrünü yaşadıqca həmin səhifələri qatlayıb qoyursan bir qırağa. Tamam qapamaq olsaydı, nə gözəl olardı. Dünənki gündən heç nəyi xatırlamazdın, heç nə ağrıtmazdı, heç nə üşütməzdi. Tam, dərin bir xoşbəxtlik duyğusu ilə sabah haqqında şirin xəyallara dalardın. Dünəni unutmusansa sabahı açmaq nə asan, nə rahat olacaq. Sabah - bütün şou proqramlara baxacam, SMS göndərəcəm... Sabah - dost-tanışdan, qohum-əqrəbadan ürəyim istədiyi qədər qeybət edəcəm.... Sabah - zəhləm gedən birisini o ki var tərifləyəcəm... Sabah... ... Alınmır. Yaddaşımı silə bilmirəm. Bəzən mənə elə gəlir ki, ömrüm bütün təfərrüatı, xırda detallarıyla yadımdadır. Bəzən də ayrı-ayrı fraqmentlər qabarır, seçilir. Unuda bilsəydim... *** Şer böyük romana, böyük filmə mövzu olacaq, fəlsəfi xətt olacaq hadisələri bir neçə misrada verə bilir. Şerin gücü də ondadır. Gözümü yumuram və möhtəşəmmi deyim, müdhişmi deyim bir mənzərəni fikrimdə canlandırıram. ...Nəhəng, əzəmətli insan və ətrafında qırıldayan, fısıldayan, qaynaşan həşərat yığnağı. Çoxdular, qüvvədilər. Əllərinin də sayı-hesabı yoxdu. Daş atırlar - elə-belə daş yox, közərən daşlar. Atılan daş-kəsək bu yığnağın içində tək-tənha qalmış insana yönəlib. Dəyirlər, onu yaralayırlar, yerə düşürlər. Yaralardan qan axır. Qırmızı qan qırmızı atəşə bənzəyir, alışıb-yanır. Və bu daş yağmurun altından sıyrılıb çıxan insan bizə sarı gəlir. Susub, dinməz baxanlara. İri, kədərli gözləri ilə, danışan sükutu ilə: - Məni təzə daşa kim qonaq eylər? - deyir. Bu tükürpədən edam səhnəsindən diksinib ayılıram. Fikrim çox yorğundu, çox qarışıqdı. Harda olduğunu bilmədiyim o laməkan qüvvədən "niyə", "nədən" - deyə soruşmağım gəlir. Niyə göndərdiklərini qoruya bilmirsən? Niyə mərhəmət elçilərin rəhmsizlərin ayaqları altında əzilir? Nədən gözü, könlü tox olanları bu acgözlər parçalayıb yeyirlər? Nədən bu məmləkətdə ürəyi olanların çörəyi, çörəyi olanların ürəyi olmur? Cabbarlısayaq bağırmaq istəyirəm: - Bacarmırsan, yaratma! Yaradırsan, yaşat! Sonra aşağıda dayanıb qaynaşan zavallılara: - Niyə sənə gün ağlayanları ağlar günə qoyursan, niyə daş atırsan?- demək istəyirəm ki... Yox, heç nə demirəm. İnsan övladı tapıb insan dilində danışmaq üçün susuram. *** Bu aldım-satdım, təmənna dünyasında, bu ilan-çayan, həşərat dolu səhrada hamının danışdığı, ancaq söz eşidə bilmədiyin aləmdə insanın var oluşu müşkül məsələdir. Planetə "homo-sapiens" deyilən varlığın toxumu düşəndən bu günə qədər mövcud olmuş şüurlu məxluqları insan adlandıra bilərikmi? Və bu gün yaşamaqda olan 6 milyard əhalinin nə qədərinə, neçə faizinə insan demək olar? İnsan anlayışına tərif vermək mümkündürmü? Dilimizdə bir ifadə var - kiminsə yaxşılığını bildirmək istəyirlərsə - deyirlər, insan adamdır. Əslində, xalq dili özü fərqi göstərir - insan və adam. Yəni biz özümüz fərqinə varmadan insan və adamlarla çevrələnmişik. Din kitabları deyir ki, biz Adəm övladlarıyıq. Amma Adəmin bir oğlu Qabil öz qardaşı Habili öldürüb ilk qatil olmuşdu. İndi ətrafımızda bir qisim Qabildən, bir qisim də Habildən törəyən adamlar və insanlardırmı? Darvinin nəzəriyyəsinə inansaq, biz meymundan əmələ gəlmişik. Amma yəqin fərqli meymunlardan. Maraqlıdır, adamlar hansından, insanlar hansından? Qəliz məsələdir... *** Mən belə fikirləşirəm ki, hər hansı bir şüurlu varlıq ağrını, əzabı dərk edib ürəyindən keçirə bilirsə, özü də bu ağrı təkcə özünün yox, yaxınlıqdakı insanların, mənsub olduğu bölgənin, elin-obanın, millətin, Vətənin, ən sonunda, bəşəriyyətin ağrısı, əzabıdırsa - onda həmin varlığın adamdan insana doğru yönələn təkamül yolu hamarlaşır, düzləşir. Amma bu yolun düzləşməsi həyat yolunun ağırlaşması deməkdir. Və çox adam da bunu bildiyindən insan olmaq fikrindən uzaq düşür. Əslində, adam yox, insan kateqoriyasına daxil olanlar zəmanəyə, dövrə işıq salırlar. Ancaq zamanın işığı onların üzərinə düşmür. Özləri üçün yox, tarix üçün, bəşəriyyət üçün yaşayanlara zamanın borcu qalır - onlar isə zamana borclu olmurlar. Deyək ki, belə insanların ən parlaq nümunəsi İsa peyğəmbərdir. Bəlkə ona qədər də belə əzabkeşlər olub. Amma görünür, Tanrı bu dəfə öz övladını ona görə Yer üzünə göndərmişdi ki, şüurlu varlıqlar əzabdan, ağrıdan keçib təmizlənməyi öyrənə bilsinlər. Başqalarının dərdləri ilə yaşaya bilsinlər. Fəlsəfədə katarsis anlayışı var - əzablardan, ağrılardan keçib təmizlənmək. İnsan kədərlənmək istəmirsə, demək gerçəkləri dərk etmək də istəmir. İnsan kədərlənə bilmirsə, demək, düşünmək də istəmir. Kədər insan qəlbini arındırır, təmizləyir. İnsan qəlbini... Tanrı onun payına kədəri bol-bol göndərmişdi. *** Mən İnsan haqqında danışmaq istəyirəm. Bilirəm yeni söz deməyəcəyəm, yeni kəşflər eləməyəcəyəm. Elə bir insan haqqında ki, həm bizdən biri idi, həm də bizə heç bənzəmirdi. O, bizim görməyə alışdığımız qəliblərə sığmırdı. Dünya malında gözü olmayan, ancaq içindəki bütün sevgini dünyaya verməyə hazır, iddiasız, təmənnasız bir insan. Şəxsən özünə yönələn bütün pislikləri, namərdlikləri unudan, qisas hissi olmayan İnsan. Mən bilirəm ki, onu fanatik sevənlər də çoxdur, sevməyənlər də var. Ancaq heç kim onun böyük insan olduğunu inkar edə bilməz. Mən hər zaman onun kədərli gözlərini və sükutunu xatırlayıram. "Azadlıq yolu" dediyi yolla addımlayanda onun arxasınca gedən insanlar və adamlar vardı - ideya, amal naminə və pul, vəzifə, şəxsi maraqlar naminə gedənlər. Kənardan kimin hansı cığırla, kimin hansı yolla getdiyi aydın görünürdü. Və yəqin ki, o özü də kimin nə üçün gəldiyini çox gözəl anlayırdı. İnsanlara olan böyük sevgisi imkan vermirdi ki, düşündüklərini onların üzünə vursun. Susurdu. Hərəkatın ilk illərində də, hakimiyyətdə olanda da, hakimiyyətdən gedəndə də çox vaxt barəsində sərhədsiz, hüdudsuz yalanlar danışılanda da, üstünə çirkab atılanda da, polis dəyənəyilə başı yarılanda da susurdu. Əslində, danışıb neyləyəcəkdi ki? Kim anlayacaqdı ki? Mən bilirəm ki, anlamaq böyük dərddi. Amma anlanmamaq da böyük dərddi. *** Mən insanları bütə çevirməyin qəti əleyhdarıyam. İnsan insandır, ətiylə, qanıyla, qüsurları və üstünlükləriylə, sevgisi və nifrətiylə. İnsanı göylərə qaldırıb eybsiz elan etməklə, Allaha bərabər tutmaqla onun özünə pislik edirlər. Və günlərin bir günü fələyin çarxı tərsinə dövran eləyəndə tarixin ələyindən kim keçəcək - tarix özü bilir. Ancaq hər halda, inandığın, iman gətirə biləcəyin, üzündə işıq gördüyün kimsələr də olmalıdır. Bu məmləkətdə ideyaya sadiq insanların sayı çox azdır. Onlar da yaşamlarını tək-tənha sürdürməyə məhkumdurlar. Özü də bu tənhalığa kimsə müdaxilə eləmək iddiasında deyilsə, nə yaxşı? "Bizim kimi ol" demirsə, nə yaxşı. Amanın günüdür, birdən "mən belə düşünmürəm" desən barmaqla göstərib yaxşı halda "axmaq" deyəcəklər. O, sözün hər mənasında böyük müəllim idi. O, bizə azad insan, şəxsiyyət olmağı, fərd olmağı təlqin edirdi. Fərd olmağı, ancaq fərdiyyətçi zehniyyətdən uzaqlaşmağı, ümumxalq mənafeyi naminə yaşamağı öyrətmək istəyirdi. Heç kimin qarşısında əyilməyən, öz məni olan, ancaq mənəm-mənəmliyi olmayan bir toplum arzusundaydı. Amma çox qəribədir ki, ağzından çıxan hər kəlməsi ona qarşı çevrilirdi, verdiyi azadlıq anarxiyaya dönürdü, məmləkətin hər bölgəsində padşahlıq iddiasına düşən silahlı göbələklər bitirdi... *** Kim günahkar idi? O - öz təmizliyi, saflığı, yumşaqlığı ilə? Yoxsa, neçə ölkənin xüsusi xidmət orqanlarına işləyən ətrafı? Ya da köləliyə, qəliblərə, çərçivələrə öyrəşmiş xalq? Bilmirəm. Bildiyim bir şey var ki, təmiz, saf adamlar siyasət deyilən çirkabın içinə girməli deyillər. Onun hakimiyyətdə olduğu bir il ölkənin ən ağır vaxtlarıydı. Bir tərəfdən yeni sistemə keçid, var-yoxdan çıxmış əhalinin narazılığı, digər tərəfdən müharibə, şəhidlər, idarəetməni hələ öyrənə bilməyən naşı kadrlar. Verdiyi bəyanatlar qonşuluqdakı böyük dövlətləri təbii ki, qıcıqlandırırdı və məmləkətdəki qarışıqlığın ən böyük səbəbi də bundan qaynaqlanırdı. Üzünü tutduğu, qardaş bildiyi, söykəndiyi ölkə isə ona dayaq olmadı. Və yaxşı ki, məcbur olub paytaxtı tərk edəndə həmin ölkəyə yox, öz doğma kəndinə üz tutdu. Rəsulzadə ora getməklə nə qazanmışdı? *** Deyirlər ki, əvəzolunmaz insanlar yoxdur. Mən də deyirəm ki, var. Əgər indi onun vəzifəli oğlu-qızı olsaydı, mən bu sözləri nə yazardım, nə də deyərdim. Mən vəzifəli adamlara tərifnamə oxumaqdan utanıram. Onun gedişi böyük bir boşluq yaradıb - hərəsi bir ad qışqıran, hərəsi bir ölkədən pul alan və özünü lider adlandıranların düşərgəsi niyə zəifdir? Azərbaycan kiçicik bir ölkədir. Kimin uşağı hansı bahalı məktəbdə oxuyur, kim hansı maşında gəzir, kim müxalifət olmaq üçün yuxarılardan nə qədər pul alır - hamısı məlumdur. Azərbaycan zəngin bir ölkədir. Balaca bir idarəyə rəhbərlik edənlər oğurladıqları pulla neçə illər dolana bilirlər. O, hakimiyyətdən gedəndə əynindəki kostyumundan başqa bir mal varlığı yox idi. Heç evi də yox idi. Mən əvvəldə dedim - O, bizim görməyə alışdığımız obrazlara bənzəmirdi. Üç il xarici ölkədə çalışıb geri qayıdanda oradan gətirdiyi ancaq kitablar olmuşdu. Onunla birgə orada çalışanlardan birinin söhbətini xatırlayıram. Deyirdi ki, maaş günləri Qahirə dilənçiləri sovet səfirliyinin qabağına yığışıb gözləyirmiş ki, burada qəribə bir insan var - maaşını onlara paylayacaq. *** Çox sevdiyi bir söz vardı - hər şey üçün vaxt lazımdır. Onun dəyərini anlamaq üçün, bizim həyatımızdan gəlib-keçmiş bu qəribə insanın qiymətini verə bilmək üçün bizə nə qədər vaxt lazımdır? Biz anladıq-anlamadıq, bu səhifə tariximizə artıq yazılıb - Əbülfəz Elçibəy. O deyirdi ki, köləliyi içinizdən söküb atın, Azad insan olmağı öyrənin. Əyilməz olun. Amma mən xalqa əyilməzlik öyrədən oğullara baş əyməkdən utanmıram. *** Daş atan bilirmi nə günah eylər? İradə TUNCAY [email protected]/* */
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İranda bir ayda 79 məhbus edam edilib
Əhvaz ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İranda daha səkkiz məhbus edam edildi
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
İraq da İranla sərhəddi bağladı
Təbrizdə iki hüquqşünas həbs edilib
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi