SON XƏBƏRLƏR

NATO ƏFQANISTANDA “TALİBAN”la DÖYÜŞLƏRİ UDUZUR

2021.10.20, 07:36
NATO ƏFQANISTANDA “TALİBAN”la DÖYÜŞLƏRİ UDUZUR

Gunaz.tv
NATO ƏFQANISTANDA “TALİBAN”la DÖYÜŞLƏRİ UDUZUR Alman generalı ölkəyə təcili olaraq 6 min əsgər göndərilməsinə çağırıb 18.jpg Əfqanıstana təcili qaydada 6 min NATO əsgəri lazımdır. Bu barədə NATO-nun Əfqanıstandakı qüvvələrinin komandanlığına daxil olan alman generalı Eqon Ramms bildirb. Onun sözlərinə görə, əlavə qüvvələr gəlməsə NATO qüvvələri Əfqanıstanda “Taliban”la döyüşlərdə itkilər verərək uzun müddət ölkədə qalmalı olacaq. “Bu qüvvələr biz elə indi lazımdır, çünki ölkənin ucqar bölgələrində mövqeləri möhkəmləndirmək vacibdir, əks halda talibançılarla döyüşlərdə üstünlük əldə etmək mümkün olmayacaq”. Hazırda Əfqanıstanda 60 min NATO əsgəri var, lakin buna baxmayaraq, son iki ildə təhlükəsizliklə bağlı ölkədə vəziyyət pisləşib. Təkcə ötən il Əfqanıstanda 6 min adam öldürülüb. Bu, ABŞ-ın Əfqanıstana müdaxiləsindən sonra qeydə alınan ən yüksək göstəricidir. Hazırda “Taliban” qüvvələri koalisiya qüvvələrinə qarşı tez-tez hücumlar təşkil edir, həmçinin dinc sakinlər də tez-tez terror hücumlarının hədəfi olur. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar