İrandan PUA ilə 11 kq-dan çox marixuananın Azərbaycana keçirilməsinin qarşısı alınıb
Tramp Şahbaz Şərifin ABŞ-İran razılaşmasının yaxın olduğuna dair fikirlərini bölüşür
CNN-in Azərbaycanla bağlı yazısı uydurma çıxdı
Xaməneinin dəfn olunacağı tarix açıqlandı
Pakistanın Baş naziri: ABŞ-İran sülh sazişi 24 saat ərzində imzalana bilər
İran dörd bankın fəaliyyəti iflic oldu
İranda daha 5 məhbus edam edildi
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
İranda quraqlıq- Daha 4 əyalət...
İran məhkəmə hakimiyyətinin rəhbəri: ABŞ-la qarşıdurma bitməyəcək
1 ildə İranda 200-dən çox qadın öldürülüb
İki Azərbaycan fəal həbs edilərək Təbriz həbsxanasına köçürülüb
Hörmüz boğazı açılmayacaq - Keyhan
Xorasan qəzeti: ABŞ-la razılaşma yalnız “son döyüşü” təxirə salacaq
Azərbaycan xalqı Təbrizdə yerləşən Şazda Bağı kompleksinin açılışını alqışlayıb
İsfahanda 100 nəfərin əmlakının müsadirə olunmasına göstəriş verilib
SEPAH-la kürd silahlıları arasında qarşıdurma olub
ABŞ ordusu Ərəb körfəzindən gündəlik 7 milyon barel neftin çıxarılmasına kömək edir
Səməd Bəşirli: "Azərbaycan və TDT ölkələri arasında qarşılıqlı investisiyalar 40 milyard dollara yaxınlaşıb"
İsrael Katz: İsrail İrana qarşı hərəkət azadlığını qorumalıdır
CNN: ABŞ uran ehtiyatlarını ələ keçirmək üçün İranda quru əməliyyatını müzakirə edib
ABŞ Hörmüzə doğru gedən bir neçə İran PUA-sını vurub
Azərbaycanlı müəllimə qarşı yeni ittihamlar irəli sürülüb
İrana təhdidinə qarşı fəaliyyət apara bilməliyik - Katz
Şahbaz Şərif: ABŞ və İran sülh sazişinin mətnini yekun olaraq razılaşdırıblar
İran televiziyasında qəfil atom partlayışı görüntüsü yayımlandı (Video)
İran dörd pilotun taleyini bilmir
Lindsi Qraham İranla əldə olunacaq razılaşdırmada zənginləşdirməyə imkan verilməməsi barədə xəbərdarlıq edib
Əraqçi: İran və ABŞ memorandumun imzalanmasına heç vaxt olmadığı qədər yaxındır
Netanyahu Prezident İlham Əliyevə təbrik ünvanlayıb
İran və ABŞ G7-də görüşəcək
Tramp: İranın sızdırdığı razılaşma şərtlərinin həqiqətlə əlaqəsi yoxdur
CENTCOM: Hörmüzün blokadası başlayandan bəri ABŞ 136 gəminin marşrutunu dəyişdirib
Netanyahu: Baş nazir olduğum müddətcə İranın nüvə silahı olmayacaq
İranda daha 19 nəfərin əmlakı müsadirə olundu
ABŞ ilə hər hansı razılaşma qəti deyil- "Fars"
İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb
Həmədanlı idmançı dünya üçüncüsü oldu
İranda mina partladı- Ölən var
Deputat: Tehran regional müttəfiqlərindən imtina etməyəcək
İrana bağlı hakerlər Kaliforniyanın su təchizatı şirkətlərinə hücum edib
Qərbi Azərbaycanda elektrik çatışmazlığı- 208 idarə işıqsız qaldı
Təbriz–Məşhəd sərnişin qatarı yoldan çıxıb, 14 nəfər yaralanıb
Bu günlərdə İran prokurorluğu araşdırma və dəyərləndirmə komitəsinin başçısı Abbas Palizdar, eləcə də onunla bağlı daha 11 nəfər həbs edilib. Onun Həmədan və Şiraz universitetlərindəki çıxışı buna səbəb kimi göstərilir. "Baybak" saytı həmin çıxışın bir sıra məqamlarını qeyd edərək İslam Respublikası rəhbərliyinin Güney Azərbaycan ərazisində törətdiyi qanunsuz işlərə diqqəti yönəldib. A.Palizdar Həmədanda tələbələr qarşısında ölkədəki iqtisadi vəziyyətin ağır durumda olduğunu və bunu yaradan səbəbləri bir-bir açıqlayıb. O, baş verənlərin çoxunu hakimiyyətdə təmsil olunanların qanunsuz əməllərinə bağlayıb. Həmin çıxışın bəzi hissələrini diqqətinizə çatdırırıq: "Hakimiyyətdəkilərdən biri, İranda tanınmış din xadimi oğlunun adına bir qurum açır. Həmin müəssisəyə daş karxanaları açmağa icazə alır. Bir müddət keçəndən sonra həmin din xadimi Zəncan əyalətindən bir daş karxanası üçün imtiyaz istəyir. Bu minvalla həmin din xadimi 4 daş mədənini özəlləşdirir. Bu molla Tehranın imam cüməsi, İran Nəzarət Şurasının üzvü ayətulla İmami-Kaşanidir. Başqa bir din xadimi ölkənin ali rəhbəri ayətulla Xamneyidən Qum şəhərində (rejimin dini-ideoloji mərkəzi burada yerləşir - S.S.) qızlar üçün hüquq universiteti açmaq icazəsi istəyir. O da bu imtiyazı verir. Bundan başqa, "Dena Tayer" fabrikinin satın alınması üçün 126 milyard tümən maliyyə vəsaiti istənilir (bir dollar 1000 tümənə yaxındır - S.S.). Halbuki həmin müəssisənin dəyəri 600 milyard tüməndir. Molla bundan ötrü qiymətin aşağı salınmasını istəyir. Onun istəyini nəzərə alaraq, fabriki 10 milyard tümənə satırlar. Bu da azmış kimi həmin məbləğin 80 faizini hissə-hissə ödəmək istəyirlər. Bu da təsdiqlənir. Yerdə qalan 20 faiz ödənilmədən fabrik birjada satılır. Bəs bu molla kimdir? O, İranın keçmiş baş prokuroru və Qum dini elmi-ideoloji mərkəzinin yeni başçısı ayətulla Yəzdidir". Mənbənin məlumatına görə, A.Palizdar deyib ki, hakimiyyət təmisilçiləri Güney Azərbaycanın farslaşdırılan torpaqlarında Astara və Ənzəlidəki meşələrdəki ağacların kəsilməsi imtiyazını keçmiş prokurorun oğlu Mehdi Yəzdiyə veriblər. İran qanunlarına görə, hakimiyyətdə vəzifə tutanlar bizneslə məşğul ola bilməzlər. Amma ata uzun müddət oğlunun işsiz olduğunu bildirib. Halbuki bu müddət ərzində Mehdi Yəzdi atasının başçılıq etdiyi baş prokurorluqda şöbə müdiri vəzifəsində çalışıb. Ayətulla Yəzdinin qanunu pozmasına göz yuman İslam Respublikasının rəhbərliyi güzəran üçün meşələrdən odun qıran neçə-neçə yerli sakini həbs edib, bir çox hallarda onları az qala "inqilab düşməni" kimi qələmə verib. İran avtomobil zavodu ("İran xodro") sənədsiz və heç bir səbəb göstərilmədən çoxlu sayda minik maşınını yarı qiymətə baş prokurorluğa uzunvədəli kreditə satır. A.Palizdarın dediklərinə görə, indiyə kimi bu öhdəliklərin heç biri yerinə yetirilməyib. O, çıxışında deyib ki, "Nəhcül-bəlağə" adı altında yaranmış bir təşkilat da bu məsələdən yararlanaraq eyni şərtlər daxilində avtomobil almaq istəyir. Bu qurumun sahibləri isə ayətulla Əliəkbər Natiq Nuri (parlamentin keçmiş sədri - S.S.), Möhsün Rəfiqdust, Həbibulla Əsgərövladi (İmam Rza məqbərəsinin xuddamı, ayətulla Vaizi-Təbəsinin ən yaxın adamı sayılır - S.S.), Hüseyn Dinpərvər və hakimiyyətdə təmsil olunanların ən yaxın adamlarıdır. Mənbənin məlumatına görə, adıçəkilən zavoddan bundan sonra oxşar şərtlərlə avtomobil istəyənlərin sayı artır. Bu siyahıda İranın keçmiş ETTELAAT naziri höccətülislam Fəllahian, Məşhədin imam cüməsi ayətulla Elmülhuda və "Perspolis" futbol klubunun prezidentinin adları da var. Türk torpaqları sayılan Xorasandakı 12 mədən ayətulla Vaizi-Təbəsiyə verilib. Palizdar deyib ki, onun oğlu İranda iri şirkət sahiblərindəndir. Xəbərə görə, İranın hava limanında qaçaqmalçılıqla məşğul olanlara Natiq Nuri himayədarlıq etdiyindən onlar toxunulmazdır. Həmin qaçaqmalçılara qarşı 1100 cinayət işi açılıb. A.Palizdarın çıxışında dövlətin terror aksiyaları keçirməsinə də toxunulub. "Baybak"ın yaydığı məlumata görə, bu terror aksiyalarından İran ordusunda qulluq edən türk generallara da "pay" düşüb. Onların olduqları təyyarə partladılıb. Həmin təyyarədə bir neçə türk və türkmən yüksəkrütbəli hərbçi, deputat da var idi. Bununla bağlı 2000 səhifəlik cinayət işi açılıb. Prokurorluq işçisinin sözlərinə görə, bu məsələ barəsində danışmaq müvafiq şəxslərə qadağan edilib. Xatırladaq ki, Ərdəbildən olan keçmiş deputat, dəmir yol naziri Rəhman Dadmanın olduğu təyyarə Xorasana uçarkən, quru qoşunları komandanı general Əhməd Kazıminin mindiyi təyyarə isə Urmiyada partladılmışdı. General Kazımi ayətulla Xəzəliyə aid mədənlərdə korrupsiya hallarını aşkarlamış və onun müəssisələrini qapatmışdı. Palizdar çıxışında "şəkər mafiyası"ndan da danışıb. Onun sözlərinə görə, bu cinayət də ayətullaların birinə bağlıdır. Bu cinayət işinin qapadılmasından ötrü hakimiyyətə 700 milyard tümən təqdim olunub. Məmur deyib ki, İranın cənubundakı Kiş adası beynəlxalq azad ticarət bölgəsidir. Bu ticarət mərkəzinin üçdə biri və Çitgər parkı ölkənin keçmiş prezidenti, hazırda İslam Respublikasının aparıcı orqanı olan Dini Ekspertlər Şurasının sədri höccətülislam Əliəkbər Haşimi-Rəfsəncaniyə məxsusdur. Onun ölkənin iqtisadi nəhənglərindən olduğu, habelə çirkli yollarla böyük sərvət topladığı kimsəyə sirr deyil. Onun qızı Fizzə Haşiminin sürdüyü at bir gündə 100 min tümənlik qarpız yeyir. Onun oğlu Mehdi Haşimi isə yanacaq sektoru ilə yanaşı, gənc qızları ərəb ölkələrinə satmaqla da məşğuldur. Bu xəbərdən də göründüyü kimi, Tehran hakimiyyəti təmsilçiləri və ya ona yaxın dairələr mövcud rejimin gələcəyinə etibar etmirlər. Bu səbəbdən də sərmayəni daha çox daşınmaz əmlaka qoyurlar. Yaxud onlar var-dövlətlərini xarici ölkələrə, xüsusi ilə gözdən uzaqda olan dövlətlərə qoyurlar. Amma təəssüf olsun ki, ölkə əhalisi bu sərvətlərdən yetərincə faydalana bilmir. Çünki bu var-dövlət daha çox hakimiyyətin nəzarəti altındadır və rejim onu istədiyi istiqamətə xərcləyir. Bu günlərdə BBC İrandakı güzərana dair qısa bir araşdırma aparıb. "İran: Yoxsulları yoxsul edən neft sərvəti" başlıqlı həmin yazıda deyilir ki, neftlə zəngin olan bir çox ölkələrdə olduğu kimi, İranda da daşınmaz əmlak bazarında əsl gəlhagəl hiss olunur. "Tehranda evlərin qiyməti son aylar xeyli artıb. Bu onu göstərir ki, tələbat da az deyil. Ancaq evlərin bahalaşması hələ heç də o demək deyil ki, ölkə əhalisinin güzəranı yüksək səviyyədədir. İqtisadçılar deyirlər ki, İran indiyədək bu məbləğdə gəlir əldə etməyib. Tehranın hər tinində tikinti işləri gedir. Hər yerdə onlarca bina ucaldılır. Bu gəlhagəl xam neftin dünya bazarında bahalaşması ilə birbaşa əlaqədardır. Paytaxtın zənginlər yaşayan məhəllələrində elə mənzillər var ki, onun qiyməti on milyon dollardır. Qiymətlər durmadan artmaqdadır. İqtisadiyyat doktoru Heydər Purianın sözlərinə görə, ölkədə baş verən bu "gəlhagəl" İran iqtisadiyyatının möhkəm olmasının deyil, əksinə, onun zəifliyinin göstəricisidir", - deyə BBC bildirib. BBC-nin fikrincə, evlərin qiymətinin gün-gündən bahalaşması hökumətin yeritdiyi ziyanlı iqtisadi siyasətin nəticəsidir. Ölkədə bir çoxları kimi, Heydər Purian da iqtisadi problemlərin baş alıb getməsində prezident Mahmud Əhmədinijatı suçlayır. "Cənab Əhmədinijat geninə-boluna xərcləməyi xoşlayır. O, ölkənin neft sərvətindən gələn gəlirləri yoxsullarla bölüşəcəyini vəd edir. Onun yürütdüyü populist siyasət, üstəgəl İranın artmaqda olan neft gəlirləri ölkə iqtisadiyyatına əlavə pul gətirib. Amma hökumət hələ də vətəndaşlar üçün iqtisadi imkanlar yarada bilməyib", - deyə iqtisadçı söyləyib. Məqalədə bildirilib ki, İrandakı ev bazarına yatırım qoyanlarla yanaşı, buna imkanı çatmayanlar da var. Tehranın alver sarıdan gur bazarlarından birində də bu görünür. Neftdən gəlirlərin qarşılığında bazarlardakı insanların əhval-ruhiyyəsi elə də yüksək deyil. Mənbənin məlumatına görə, son ayda ölkə əhalisinin daha çox istehlak etdiyi düyünün qiyməti üç dəfə artıb. Dünyada gedən ümumi bahalaşma ilə yanaşı, daxili inflyasiya da buna ciddi təsir göstərir. Yazıda paytaxtda yaşayan Əmini ailəsinin güzəranından da bəhs edilir. Şəhərin cənub hissəsində yaşayan bu insanların bir neçə aydır ət almağa imkanı yoxdur. Onlar topladıqları pulu kirayələdikləri mənzilə veriblər. Çünki mənzil kirayələrinin də qiyməti artıb. Ailə başçısı Ruac Əmini bunları deyib: "30 ildir bu hakimiyyət güzəranın yaxşılaşacağı haqda şüarlar verir. Amma ötən bu müddət ərzində sosial sahədə heç bir iş görməyiblər. Vəziyyət gün-gündən pisləşir. Gələcəyə heç kim ümidlə baxmır. Neft gəlirləri belə yüksək həddə olduğu zaman İran iqtisadiyyatı inkişaf edə bilərdi, ancaq bu gün orta təbəqə də yoxsullaşmaqdadır". S.SƏDRƏDDİN www.dak.az
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
İran məhkəmə hakimiyyətinin rəhbəri: ABŞ-la qarşıdurma bitməyəcək
İki Azərbaycan fəal həbs edilərək Təbriz həbsxanasına köçürülüb
Hörmüz boğazı açılmayacaq - Keyhan
İsfahanda 100 nəfərin əmlakının müsadirə olunmasına göstəriş verilib
ABŞ ordusu Ərəb körfəzindən gündəlik 7 milyon barel neftin çıxarılmasına kömək edir
İrana təhdidinə qarşı fəaliyyət apara bilməliyik - Katz
Əraqçi: İran və ABŞ memorandumun imzalanmasına heç vaxt olmadığı qədər yaxındır
İranda daha 19 nəfərin əmlakı müsadirə olundu
İranda mina partladı- Ölən var
İrana bağlı hakerlər Kaliforniyanın su təchizatı şirkətlərinə hücum edib
OPEC: İranın neft hasilatında kəskin azalma var
5 şəhərdə 8 məhbus edam edilib
Reuters: ABŞ iranlıları Mərkəzi Afrika Respublikasına deportasiya etməyi planlaşdırır
ABŞ və İran arasında danışıqlar Xameneinin olduğu yer gizlədildiyi üçün uzanır
Axios: İranla memorandum ABŞ-ın bütün tələblərini qarşılayır
KİV: ABŞ Hörmüz boğazı istiqamətində uçan iki İran dronunu vurub
İran və BƏƏ-nin yüksək səviyyəli rəsmiləri görüşdü
Tramp: ABŞ Xarq adasını ələ keçirmək niyyətindədir
Sadiq Zibakəlam həbs edilib
İranın etnik qrupları güc balansını dəyişə bilər – RƏY
ABŞ Küveytə 1,98 milyard dollarlıq antidron sistemlərinin satışını təsdiqləyib
Bəhreyn İranın Bəhreyn və Küveytə raket hücumlarını qınayıb
Elyar 27 günlük hüquqi mübarizədən sonra doğum haqqında şəhadətnamə ala bilib
Təbrizdə qadın məhbus edam edilib
İran, Rusiya və Çin nümayəndələri Qrossi ilə görüşüb
Azərbaycanlı vəkilə qarşı yeni ittiham irəli sürülüb
Müctəba Xameneinin səhhəti ilə bağlı yeni etiraf
KİV: Uitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər
İranda məişət texnikasının qiyməti yenidən artdı
“Rosneft” rəhbəri: İran müharibəsindən ən çox ABŞ neft şirkətləri faydalanır
Küveyt İranın hücumlarını suverenliyin pozulması kimi qiymətləndirib
İsrail ABŞ-ın yüksəkvəzifəli rəsmilərini dinləyib
Tramp: İran raket arsenalının təxminən 22 faizini qoruyub saxlayıb
Güneyli məhbuslarla bağlı yeni imza kampaniyası; 81 ildən çox həbs cəzasına etiraz
ABŞ İranın hərbi hədəflərinə zərbələr endirib
Hindistan səfirliyi çağırış etdi: İranı tərk edin
ABŞ İran milli komandasının məsullarına viza vermədi