KİV: Yəməndə SEPAH-ın Qüds Qüvvələri komandiri öldürülüb
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
Səudiyyə Ərəbistanı təyyarəsi Tehran hava limanına eniş edib
Müharibə repressiyaları gücləndirib- Mai Sato
Şəbistərdə silahlı insident- Ölən var
SEPAH İraqın şimalında kürd bazalarını vurdu
Ərəb koalisiyası Husilərin raket anbarlarını məhv etdi
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır
Azərbaycan QHT-ləri Pezeşkiana müraciət etdi
Azərbaycanla Özbəkistan arasında iki saziş təsdiqlənib
İranın birinci vitse-prezidenti azərbaycanlı qızlarla bağlı fərman verdi
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
Ocanda əfqanistanlılar həbs edilib
ETN: İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir
Nazirlik: İranda Azərbaycan dilində məktəb yoxdur, azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Müharibəyə görə İranda daha dörd nəfər həbs edildi
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
İran ABŞ-yə Pakistan vasitəsilə yeni təklif göndərib
Səmərqənd ətrafında diplomatik gərginlik: Özbəkistan İrana rəsmi etiraz notası verdi
Tahir Nəqəvi məcburi etiraf üçün təzyiqlərlə üzləşir
Salar Taher Əfşarın ikinci doğum günü həbsxanada keçir
Pezeşkian: “Nə müharibə, nə sülh” vəziyyəti insanları çörək dərdinə salıb
Təbriz meriyasının sürücüləri maaş əvəzinə işdən çıxarılmaqla hədələnirlər
Tramp: Ya İran razılaşacaq, ya da işi bitirəcəyəm
“The Hill”: ABŞ ordusu İrana yenidən zərbə endirmək üçün variantlar hazırlayıb
Xəzər dənizinin şimalında bir sıra adalar materiklə birləşib
Bu gün, 25 oktyabr — Azərbaycan Respublikasında Qubadlı Şəhəri Günüdür
BƏƏ Rəs əl-Xeymə əmirliyinin bütün çimərliklərini növbəti xəbərdarlığadək bağlayıb
Qalibaf Hindistanda BRICS-in parlamentlərarası toplantısında iştirak etməyəcək
Almaniya İranın Hamburqdakı Bank Saderat filialının ləğvi barədə qərar verib
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
“Ayrılıq” şairinin həsrətləri: Şərifə Cəfərinin Fərhad İbrahimi haqqında xatirələri
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb
İranda dollar 400 min tümənə yüksələ bilər: hökumət 80–90 faizlik inflyasiyani qəbul edib
Livan şiələri Hizbullahın silahları barədə nə düşünür?
Pezeşkian Moskvaya səfər edəcək
Kamil Cəlilov cəzası Kəndlərdə orta məktəb olmadığına görə ibtidai məktəbi bitirdikdən sonra təhsilimizi davam etdirmək üçün şəhərlərdən birinə getməli idik. Muğan kəndləri Sovet sərhəddinə yaxın olduğu üçün Bakı radiosundakı verilişləri dinləyə bilirdik. Tarlalarda, kəndin meydanlarında çılpaq çocuqlar bir də görürdün ki, hansısa Bakı məhsulu olan bir şərqini mızıldayır. Bizim milli mübarizə yoluna düşməyimizdə Bakıdan gələn və ruhumuzu saran bu səslər çox təsirli oldu. Demək olar ki, bir çox gənc adam Bakı xanəndələrinin səsini kasetə yazıb özü üçün kolleksiya düzəltmişdi. Bəzən bir-birimizə borc verərdik bu kasetləri. Yazdıqdan sonra geri qaytarardıq. Ərdəbildə həmyaşıd və eyni məktəbdə oxuduğumuz bir dostum var idi. Özünə türkcə bir ad da seçmiş və məndən xahiş etmişdi ki, onu Göyal olaraq çağırım. Mən də onu istədiyi kimi çağırırdım. Deyirdi ki, tənəffüs saatlarında qoy türkcə adlar uşaqların qulağına dəysin. Göyal şeir də yazırdı. Onun şeirlərinin ilk oxucusu mən idim. Məktəbdən çıxdığımızda gözəl qızlara baxmaqdan çəkinərdi sanki. “Qəlbimə danmış ki, mən Bakıdan evlənəcəyəm, orada məni gözləyən var. Mənim evlənməyim yurdumun bütövlüyünə xidmət etməlidir” - deyirdi. 12 ildən ibarət olan orta məktəbi bitirmək üzrə idik. Elmi bilgilərimiz artdıqca ictimai olaylara yanaşma bilgimiz də artırdı. Artıq hiss edirdik ki, dinləyib zövq aldığımız milli musiqimiz bizim qarşımıza siyasi hədəf də qoymuşdur. Milli musiqinin, sadəcə bir ləzzət və zövq məsələsi olmadığını dərk etməyə başlamışdıq. Ancaq heç bir milli-siyasi təcrübəmiz yox idi. Ölkədə bütün ideologiyalar farsçılığa xidmət edirdi. Ona görə gənclik utopiyamız bizi fantastik düşünməyə zorlamışdı. Elə bilirdik ki, milli mübarizəni başlatmaq bizim tarixi görəvimizdir. Bu işi də görürdük. Azərbaycanın milli musiqisini yaymağı, şairlərin əsərlərini təbliğ etməyi ciddi mübarizə olaraq sanırdıq. Bütün bu işləri böyük bir qorxu içində edirdik. Çünki 1983-cü ildə islam istibdadı İran-İraq savaşını da bəhanə edərək, öz islam anlayışına uyğun olmayan hər növ musiqi və ədəbiyyatla çox sərt davranırdı. Göyalla birlikdə Azərbaycan musiqisini dinləyib, muğamların növlərini öyrənir və musiqidəki şeirləri də öz dəftərimizə yazıb əzbərləyirdik. Artıq bir neçə türkcə şeir dəftərimiz var idi. Üzeyir Hacıbəyli bizim peyğəmbərimiz kimi idi. Göyal get- gedə sözsüz musiqidən xoşlanırdı. Ən böyük arzumuz bir milli musiqi alətini çala bilməmiz idi. Ancaq öyrənmək üçün heç bir məkan və imkan yox idi. Bu üzdən də ən çox dinləməklə öyrənməyə çalışırdıq. Göyal Kamil Cəlilov qaboyunun heyranı idi. Kamil Cəlilovun bütün əsərləri onda var idi. Bəzən qaboya qulaq asdığında hönkür-hönkür ağlayırdı. “Görəsən, Arazın o tərəfində həyat necədir?”- deyirdi. Bakıdan evlənəcəyi qızın adını da uydurmuşdu özü üçün. Dəqiq yadımda qalmamış, ancaq “İ” hərfi ilə başlayırdı. Bu qızın adını tələffüz etdiyində mənə “Don Kixot olduğumu sanma. O qızın adı başqa olsa da mən onunla evləndikdən sonra onu bu adla çağıracağam”- deyirdi. Əslində mənim də qəlbimi Bakıda heç tanımadığım, görmədiyim bir qız çalmışdı. İkimiz də heç bir zaman görmədiyimiz bakılı qızlara aşiq olmuşduq. Bu eşqin cövhərində isə dərin bir vətən sevgisi var imiş, sən demə. Bir gün canım çox sıxılmışdı. Aşura günü idi, hər tərəfdə şəbeh çıxarır, dəstə-dəstə adamlar başlarını yarıb, özlərini zəncirlə döyüb, başlarına kül səpirdilər. Belə işlərdən xoşlanmadığım üçün Göyalı gedib görmək, xəyallarımız haqqında onunla söhbətimizə davam etmək istədim. Göyalgilin evlərinin önünə çatanda gördüm ki, rejimin özəl qvardiyasının arabaları onların evini mühasirəyə alıb. Qorxumdan çox yaxına gedə bilmədim, ancaq Göyalın başına nə gəlmiş deyə maraqlandım və uzaqdan bir divarın arxasına keçib baxdım. Saqqallı adamlar Göyalın qollarını bağlayaraq, döyə-döyə arabaya mindirdilər. Göyalın anası yalvarırdı: “Sizi and verirəm bugünkü Aşuraya, balamı aparmayın.” Saqqallı adamlardan biri tüfəngin qundağı ilə Göyalın anasının sinəsinə vurub uzaqlaşdırdı. Başqa bir saqqallı isə yekə bir torbanı arabaya daşıdı. Bu torbada Göyalın kasetlərinin olduğunu düşündüm. Adamlar arabaya minib Göyalı apardılar. Göyalgilin evlərinə yaxınlaşmadım. Qonşularının birindən “O cavan oğlanı niyə apardılar?”- deyə sordum. Gənc adam köksünü ötürərək: “Kamil Cəlilovun musiqisinə qulaq asırmış Aşura günü, ona görə”- dedi və davam etdi: “Şərəfsizlər, dünya hər zaman belə qalmaz. Bir gün bu millət ayılıb sizinlə hesablaşar. Öz musiqimizə də qulaq asmamalıyıq”- dedi. Mən dərhal öz evimizə qaçıb və nə qədər musiqi kasetim var idi bir boğçaya yığıb yerin altında gizlətdim. Düşündüm ki, Göyalla mənim münasibətimi bildiklərində bizim də evə gələ bilərlər. Göyalı şəriət qazisi mühakimə edir və nədən Aşura günü musiqiyə qulaq asdığını soruşur. Göyal isə “Cənab qazi, mən Kamil Cəlilov adında bir qaboy çalana qulaq asırdım. Qaboy bir musiqi alətidir. Əgər siz də bu musiqiyə qulaq assanız, görərsiniz ki, orada necə də dərin bir kədər var. Ayrıca, mən “Zəminxara” muğamını dinləyirdim. Orada kədərdən başqa bir şey yoxdur. Həm də mən küçədə qulaq asmırdım musiqiyə, öz evimizdə qulaq asırdım.”- deyir. Qazi öncə heyran-heyran Göyala baxır və sonra da “Deməli sən Aşuranın kədərini musiqiyə qulaq asaraq yaşayırsan!”- deyir. Göyal da təsdiqləyir mollanın dediyini. Molla da “İndi mən elə edəcəyəm ki, sən bir daha ömrün boyu Aşura günü Kamil Cəlilov dediyin o adama qulaq asa bilməyəcəksən.”- deyir. Sonra da şəhərin mərkəzi meydanında Göyala 50 zərbə şallaq vurulması hökmünü çıxarır. Bütün şəhərdə xəbər yayılmışdı ki, Ağaməscidinin qabağında Aşura günü musiqiyə qulaq asmış bir cavan oğlana şallaq vuracaqlar. Mən də Göyala şəhərin mərkəzində hər kəsin gözü önündə işgəncə verilməsinə baxmağa getdim. Böyük bir izdiham var idi. Göyalı ağzıüstə uzatmışdılar. Saqqallı adamın əlində bir şallaq durmuşdu. Bir başqa saqqallı şəhər qazisinin hökmünü oxudu. Hökm “Mehriban və bağışlayan Tanrının adı ilə” başlayırdı. Hökmdə bu adamın islamın yasaqladığı işlərlə məşğul olduğu üçün məhkum olunduğu deyilirdi. Hökmü oxuyan adam sonra da “Şallaq vurmağa başlaya bilərsiniz”- dedi. Bir saqqallı Göyalın önə uzadılmış əllərinin, bir digəri isə ayaqlarının üstündə oturdu. Göyalın belinə sərt şallaqlar enirdi. Göyal öncə bəzi ağrılı səslər çıxarırdı. Bəyaz köynəyinin altından yavaş-yavaş qan çıxırdı. Bir başqa saqqallı isə dəyən şallaqları sayırdı. 20-ci şallaq dəydikdən sonra Göyal zarıldaya-zarıldaya oxumağa başladı: Gəlmişəm otağına Oyadam səni, Qaragilə. Nə gözəl xəlq eləyib Yaradan səni, Qaragilə. Dərbənd aralı, Könlüm yaralı. Bir yar sevmişəm, Qaragilə, Bakı maralı... Göyal oxuduqca onu susdurmaq üçün şallaqları daha da sərt vururdu saqqallı adam. Yalnız mən ağlamırdım, bir çox adam onun bu yanıqlı mahnı söyləməsinə için-için ağlayırdı. Göyalın atası da orada idi. Ancaq atası anasının gəlməsinə izn verməmişdi. Şallaq bitənə qədər Göyal “Qaragilə” mahnısını oxudu. Sonra da bayıldı. Bayılmış Göyalı verdilər atasına. Atasının göz yaşları durmadan axırdı. Oğlunu qucağına alıb daşıya biləcək halı qalmamışdı. Göyalın qollarına girib boynuma aldım. Küçənin başında bir taksi tutub evlərinə apardıq. Atası məni tanıyırdı. Evə girdiyində anası Göyalın öldüyünü sandı və çəkib üzünü cırıb dağıtdı. Göyal başını qaldırıb anasına “Ana, qorxma, ölməmişəm, yaşayacağam”- dedi. Anası bir az sakitləşdi. Ancaq yenə də atası qoymurdu ana oğlunun belindəki şallaq yaralarına baxsın. Bir doktor çağırtdırdı. Göyal yavaş-yavaş özünə gəlirdi. Gözləri mənim göz yaşlarıma toxunduğunda “ağlama, zəif olmamalıyıq, güclü olmalıyıq. Ancaq bu şəkildə davam etməməlidir. Başqa cür yürüməlidir bu tarix”- dedi. Gün batmaq üzrə idi. Göyalın belinin yarasına doktor dərman qoymuş və bəzi ağrı kəsici həblər də vermişdi. Göyalı yuxu apardı və mən dərin əndişə içində evimizə qayıtdım...
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İranda bir ayda 79 məhbus edam edilib
Əhvaz ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İranda daha səkkiz məhbus edam edildi
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
İraq da İranla sərhəddi bağladı
Təbrizdə iki hüquqşünas həbs edilib
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi