SON XƏBƏRLƏR

SERJ SƏRKİSYANI XARİCDƏ SAYAN YOXDUR

2021.10.20, 07:36
SERJ SƏRKİSYANI XARİCDƏ SAYAN YOXDUR

Gunaz.tv
SERJ SƏRKİSYANI XARİCDƏ SAYAN YOXDUR “Serj Sərkisyanın prezident kimi and içdiyi gündən, yəni aprelin 9-dan bugünədək Ermənistana səfər etmiş ən yüksək səviyyəli qonaq - ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Ölkələrinə yardım məsələləri üzrə əlaqələndiricisi Tom Adams olub. Yəni orta səviyyəli məmur” . Bu barədə İrəvanda çıxan “Aykakan Camanak” qəzeti yazıb. Qəzetdə qeyd edilir ki, “S.Sərkisyanın qonaqları sırasında eyni zamanda ABŞ Konqresinin Avropa Komitəsinin üzvü Piter Rozenblat da olub. Düzdür, Rusiyadan gələn qonaqlarla müqayisədə bu adam faktiki xarici işlər naziri kimi də qəbul edilə bilər. Amma əslində nə xarici işlər nazirləri, nə vitse-premyerlər, nə baş nazirlər, nə də prezidentlər indiyədək Ermənistana gəlib. Bu yüksək səviyyəli məmurlar arasında prezident Sərkisyan təkdir və yaddır”. Siyasət şöbəsi musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar