SON XƏBƏRLƏR

İslam Konfransı Təşkilatı ölkələri Xocalı soyqırımının baş verdiyi tarixi humanitar faciə qurbanlarının xatirə günü kimi qeyd edəcək

2021.10.20, 07:36
İslam Konfransı Təşkilatı ölkələri Xocalı soyqırımının baş verdiyi tarixi humanitar faciə qurbanlarının xatirə günü kimi qeyd edəcək

Gunaz.tv
İslam Konfransı Təşkilatı ölkələri Xocalı soyqırımının baş verdiyi tarixi humanitar faciə qurbanlarının xatirə günü kimi qeyd edəcək - YENİLƏNİB iktb.jpg Bakı. Ülviyyə Əliyeva - APA. İslam Konfransı Təşkilatı (İKT) Xarici işlər nazirləri Şurasının Uqandada keçirilən 35-ci sessiyasında İKT Dialoq və Əməkdaşlıq uğrunda Gənclər Forumunun humanitar faciələrin xatirə gününün təsis olunmasını nəzərdə tutan qətnamə təsdiq edilib. İKT Gənclər Forumundan APA-ya verilən məlumatına görə, qətnamə çərçivəsində may ayında keçirilən İKT hökumətlərarası sessiyasında dəstək alan, İKT Gənclər Forumunun Baş Koordinatoru, Heydər Əliyev Fondunun Moskvadakı nümayəndəsi Leyla Əliyevanın müəllifi olduğu «Xocalıya ədalət - Qarabağa azadlıq» adlı təşəbbüsü öz təsdiqini tapıb və bununla bağlı sessiyanın xüsusi qətnaməsi qəbul olunub. Belə ki, qərara əsasən, Xocalı soyqırımının baş verdiyi 26 fevral tarixi İKT ölkələrində humanitar faciə qurbanlarının xatirə günü kimi qeyd olunacaq tarixlər siyahısına daxil edilib. Bununla yanaşı, Xocalı soyqırımı haqqında məlumatlar İKT-yə üzv ölkələrdə dərsliklərə daxil ediləcək. Bundan əlavə, kampaniya çərçivəsində bütün dünyada Xocalı soyqırımını faktlarla əks etdirən video və foto materiallar nümayiş etdiriləcək, həmçinin bu dəlillər bir sıra beynəlxalq təşkilatların veb-saytlarına göndəriləcək, bununla bağlı xüsusi sayt yaradılacaq. Qətnamədə həmçinin XX əsrdə müsəlman ölkələrində həyata keçirilən etnik təmizləmələr və soyqırımlar barədə həqiqətlərin də dünyaya çatdırılması nəzərdə tutulub. Avropa, Asiya və Afrika regional parlament assambleyaları ilə dialoq zamanı Xocalı faciəsinin soyqırım və insanlığa qarşı cinayət kimi tanınması barədə də məsələ qaldırılmasına qərar verilib. İKT Gənclər Forumunun mətbuat konfransında L.Əliyeva irimiqyaslı beynəlxalq təşkilatın onun təşəbbüsünü dəstəkləməsindən çox məmnun olduğunu bildirib: «Qətnamənin qəbulu beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan torpaqlarının işğal olunması faktını qəbul etdiyini göstərir və Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin açılmasına imkan yaradır». Qeyd edək ki, mənzil-qərargahı İstambulda yerləşən forum 2004-cü ilin dekabrında yaradılıb. apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar