İrandan PUA ilə 11 kq-dan çox marixuananın Azərbaycana keçirilməsinin qarşısı alınıb
Tramp Şahbaz Şərifin ABŞ-İran razılaşmasının yaxın olduğuna dair fikirlərini bölüşür
CNN-in Azərbaycanla bağlı yazısı uydurma çıxdı
Xaməneinin dəfn olunacağı tarix açıqlandı
Pakistanın Baş naziri: ABŞ-İran sülh sazişi 24 saat ərzində imzalana bilər
İran dörd bankın fəaliyyəti iflic oldu
İranda daha 5 məhbus edam edildi
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
İranda quraqlıq- Daha 4 əyalət...
İran məhkəmə hakimiyyətinin rəhbəri: ABŞ-la qarşıdurma bitməyəcək
1 ildə İranda 200-dən çox qadın öldürülüb
İki Azərbaycan fəal həbs edilərək Təbriz həbsxanasına köçürülüb
Hörmüz boğazı açılmayacaq - Keyhan
Xorasan qəzeti: ABŞ-la razılaşma yalnız “son döyüşü” təxirə salacaq
Azərbaycan xalqı Təbrizdə yerləşən Şazda Bağı kompleksinin açılışını alqışlayıb
İsfahanda 100 nəfərin əmlakının müsadirə olunmasına göstəriş verilib
SEPAH-la kürd silahlıları arasında qarşıdurma olub
ABŞ ordusu Ərəb körfəzindən gündəlik 7 milyon barel neftin çıxarılmasına kömək edir
Səməd Bəşirli: "Azərbaycan və TDT ölkələri arasında qarşılıqlı investisiyalar 40 milyard dollara yaxınlaşıb"
İsrael Katz: İsrail İrana qarşı hərəkət azadlığını qorumalıdır
CNN: ABŞ uran ehtiyatlarını ələ keçirmək üçün İranda quru əməliyyatını müzakirə edib
ABŞ Hörmüzə doğru gedən bir neçə İran PUA-sını vurub
Azərbaycanlı müəllimə qarşı yeni ittihamlar irəli sürülüb
İrana təhdidinə qarşı fəaliyyət apara bilməliyik - Katz
Şahbaz Şərif: ABŞ və İran sülh sazişinin mətnini yekun olaraq razılaşdırıblar
İran televiziyasında qəfil atom partlayışı görüntüsü yayımlandı (Video)
İran dörd pilotun taleyini bilmir
Lindsi Qraham İranla əldə olunacaq razılaşdırmada zənginləşdirməyə imkan verilməməsi barədə xəbərdarlıq edib
Əraqçi: İran və ABŞ memorandumun imzalanmasına heç vaxt olmadığı qədər yaxındır
Netanyahu Prezident İlham Əliyevə təbrik ünvanlayıb
İran və ABŞ G7-də görüşəcək
Tramp: İranın sızdırdığı razılaşma şərtlərinin həqiqətlə əlaqəsi yoxdur
CENTCOM: Hörmüzün blokadası başlayandan bəri ABŞ 136 gəminin marşrutunu dəyişdirib
Netanyahu: Baş nazir olduğum müddətcə İranın nüvə silahı olmayacaq
İranda daha 19 nəfərin əmlakı müsadirə olundu
ABŞ ilə hər hansı razılaşma qəti deyil- "Fars"
İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb
Həmədanlı idmançı dünya üçüncüsü oldu
İranda mina partladı- Ölən var
Deputat: Tehran regional müttəfiqlərindən imtina etməyəcək
İrana bağlı hakerlər Kaliforniyanın su təchizatı şirkətlərinə hücum edib
Qərbi Azərbaycanda elektrik çatışmazlığı- 208 idarə işıqsız qaldı
Təbriz–Məşhəd sərnişin qatarı yoldan çıxıb, 14 nəfər yaralanıb
Əbülfəz Elçibəyin 70 illik yubileyi yaxınlaşır. Bu münasibətlə qələmə almaq istədiyimiz yazının məzmunu haqqında düşünərkən özümüzə belə sual verdik: bu böyük türk kişisinin həyatının hansı məqamına müraciət etsək, məqbul sayıla bilər?! Təbii ki, bu şəxsiyyətin çoxsahəli fəaliyyəti haqqında bir yazıda fikir yürütməyin mümkünsüzlüyünü nəzərə alaraq bu suala bir neçə silsilə məqalələrlə cavab vermək qərarına gəldik. Müqəddəs hədisi-şəriflərin birində deyilir: “Hər bir insanın qiyməti Allaha iman gətirdikdən sonra xalqı sevməklə ölçülür”. Tanrı və millət sevgisinin ən yüksək məqamını yaşamış Elçibəy bu gün yalnız cismən xalqından ayrı olsa da ruhən onunladır. XX əsrin II yarısında nəhəng siyasət meydanında çəkisi, təmizliyi, millət sevgisi, uzaqgörənliyi ilə seçilən, əksər güc mənbələri tərəfindən qəbul olunan, ölkədə barışdırıcı, həm də balanslaşdırıcı qüvvəyə malik xarizmatik lider olan Elçibəy həm də həqiqi mənada bir ziyalı idi. Millətin bütün ağrı-acısını daim içində yaşadan, uğurundan sevinib-qürrələnən, uğursuzluğunu bütün varlığı ilə yaşayan ziyalı və alim idi. Bəlkə də onu fərqləndirən siyasi ambisiyasının olmaması, həlledici və çıxılmaz məqamlarda, nisbətən cavan siyasətçiləri qorumaq naminə zərbələri bilərəkdən özünə istiqamətləndirməsi onun həqiqi ziyalılığından irəli gəlirdi. Bir yazıda onu siyasətçi, milli-azadlıq hərəkatının lideri, Azərbaycanın azadlıq mücadiləsində müstəsna xidmətləri olmuş bir şəxsiyyət, tarixçi-alim kimi təqdim etmək mümkünsüzdür və biz bu fikirdən uzağıq. Məqsədimiz bir ziyalı, bir alim kimi onun konseptual xarakter daşıyan fikir və mülahizələrini hörmətli oxucularla bölüşməkdir. Mustafa Kamal Atatürk yazırdı: “Əgər bir millət böyükdürsə, o, özünü tanıtmaqla daha böyük olur. Tarixi yazmaq tarix yaratmaq qədər mühümdür”. Elçibəy də xalqını - türk dünyasını bütün varlığı ilə sevdiyindəndir ki, millətinin millətlər sırasında tanınması üçün onun tarixinin dərin qatlarına nəzər saldı, araşdırmalar apardı. Tədqiqatçı-alim kimi onun araşdırmaları müxtəlif kitabların meydana çıxmasına səbəb oldu. Bu araşdırmalar belə bir qənaət yaratdı ki, Elçibəyin sözləri ilə desək, “dünyada yeni bir Azərbaycan doğulmaqdadır”. Siyasi düşüncədən kənar tarixçi-alim mövqeyindən çıxış edən Elçibəyin qənaətinə görə, Doğu Türküstandan Xəzər dənizi sahillərinədək olan ərazi dünyanın ən qədim mədəniyyət mərkəzi olmuşdur. Tarixçi-alimlərin bu vaxta qədər dedikləri “Tarix Şumerdən başlayır” tezisindən fərqli olaraq Elçibəy “Tarix Orta Asiyadan, ya da Tehrandan başlayır” deyimini tezis kimi irəli sürdü. Eramızdan əvvəl X-VI minilliklərə aid xaçın, 8 bucaqlı, yaxud 8 çıxıntılı ulduzun, dünyanın bütövlüyünü göstərən baş-ayaq butaların türklərin məskunlaşdığı yerlərdən tapılmasını əsas gətirən tədqiqatçı-alimin qənaəti belədir ki, türk düşüncəsi dünyanı bütöv anlamış və bütöv dərk etmişdir. Ona görə də toplum olaraq bu gün ərazilərimizin parçalanmasını qəbul edə bilmərik. Çünki dünyanı bütöv dərk edən türk təfəkkürünün vətəni və torpağı gerçəkdə də bütöv olmalıdır. Tarixçilərin bir çoxu Azərbaycan mədəniyyətinin qədim şumerlərin mahiyyətinə dayandığını sübut etdikləri halda alim Elçibəy Şumer mədəniyyətinin üçüncü olduğunu, Azərbaycan mədəniyyətinin ilkin davamı, üçüncüsünün isə özülü hesab edir. Tədqiqatçı qədim dövr Azərbaycan tarixi ilə məşğul olanlar üçün sanki riyazi bir düstur yaratdı. Bu düsturun məchul ədədlərinin tapılmasını isə dünyada bəlkə də ən az öyrənilmiş, Azərbaycan tarixinin qaranlıq səhifələrini işıqlandıracaq alimlərin qarşısında qoydu. Əlbəttə ki, Elçibəy araşdırmalar zamanı məkan və şəraitin nəzərə alınmasını əsas götürür. Alimin fikrincə, Babil, Arrad, Assur qaynaqlarına müraciət zamanı daha diqqətli olmaq lazımdır. Çünki bu mənbələr çox zaman mənsub olduqları millətin və ərazinin təəssübünü çəkmiş, çox zaman da Azərbaycan həmin ölkə və ərazilərlə müharibə şəraitində olmuşdur. Müəllif həmçinin ərəb, fars, erməni, yeni dövrdə isə daha çox rus qaynaqlarına istinadən aparılan araşdırmalar zamanı xüsusilə diqqətli olmağı təkid edir. Elçibəy vətəndaş-alim, millətini, vətənini qəlbən və ruhən sevən tədqiqatçı idi. Bütün şərəfli ömrünü Azərbaycanın azadlığı və bütövlüyü uğrunda mücadiləyə həsr etmiş bir insan, milli lider və vətənpərvər alimin “Bütöv Azərbaycan yolunda” adlı əsərinin meydana çıxması təsadüf deyil, zərurətdən doğmuşdu, obyektiv gerçəkliyin diqtəsi idi. Elçibəydən bir nəzəriyyəçi-alim və ideoloq kimi danışmaq istəyiriksə, təbii ki, bunları onun neçə illik gərgin əməyi nəticəsində yaranmış əsərlərində və bu əsərlərin ideya istiqamətini müəyyənləşdirən siyasi görüşlərində axtarmaq lazımdır. 20-ci illərdən sonra müsavatçılıq ideyasının amansızlıqla qarşısının alınması, II Dünya müharibəsindən sonra sovet siyasi rejiminin insanların həyatına daha iyrənc formada daxil olması, ruhən milli olan və düşünməyi bacaran ziyalıların demək olar ki, tamamilə sıradan çıxarılması cəmiyyətdə bir boşluq yaratdı. Millətin ruhən məhvə doğru getdiyi bir dövr başladı. 70-ci illərdə rejimin dözülməzliyinə, siyasi təqiblərə baxmayaraq, Elçibəy sovet ideoloji sisteminin tüğyan etdiyi bir zamanda “Tulukilər dövləti” kimi əsərini yazdı. Türkün dövlətçilik tarixini, qədimliyini göstərdi. İlk türk dövlətinin tarixi haqqında məhəbbətlə danışdı. Türkün əzəmət və qüdrətini bütün dünyaya bəyan etməklə yanaşı tarixçi-alim kimi istedad və qabiliyyət, həm də böyük cəsarət sahibi olduğunu sübut etdi. Siyasi görüşlərindən irəli gələn yəqinlik və cəsarəti özünü bir müəllim və alim kimi onun mühazirələrində də göstərdi. O, sovet dövləti üçün praqmatik təfəkkürlə hazırlanmış təhsil sisteminin məhdud çərçivələrini vurub dağıdaraq gənclərə deyirdi: “Siz böyük bir millətin övladlarısınız. Azərbaycanlı adı sonradan verilmiş bizə. Hamımız türkük və türklüyümüzlə hər zaman qürur duyuruq”. Bəzən Rəsulzadəyə, Elçibəyə və müsavatçılıq ideyalarına qarşı yönəlmiş ittihamların, onları təftiş edilməsinin, hətta bu böyük şəxslərə məxsus siyasi fikir və ideyaların mənimsənilməsinin şahidi oluruq. Görünür, tale bizləri bu dönəmi də yaşamağa məhkum edib. Özlərini demokrat, türkçü və müsavatçılıq ideyalarına bağlı kimi göstərənlər anlamalıdır ki, dünən sovet siyasi rejiminə varlığı ilə bağlı olanlar, digərlərini illərlə mənəvi və fiziki terrora məruz qoyanlar bu gün demokrat ola bilməzlər. Lenini ataları, sovetlər birliyini isə vətənləri hesab edənlərdən fərqli olaraq Elçibəy “Mən Leninin deyil, dəriləri soyulmuş, qanı sorulmuş bir millətin övladıyam. Mənim üçün vətən ikiyə bölünmüş yaralı Azərbaycandır” deyirdi: “Mənim həyatımın məqsədi bu yaranı sağaltmaq, özünü də türk bilən bütün insanlarla birlikdə Azərbaycanın azad gələcəyinə doğru addımlamaqdır”. Təbii ki, böyük dühaların cismani yoxluğu onların fiziki hərəkətlərinin qarşısını ala bilər, ancaq onların yazıb gələcək nəsillər üçün qoyduğu böyük ideoloji sistemi dağıda, məhv edə bilməz. Xarizmatik lider olan Elçibəyin istər həyatı, istər ideoloji sistemi, istərsə də orijinal elmi yaradıcılığı, dünyagörüşü, insanların qəlbinə və təfəkkürünə nüfuz etmək bacarığı onu fenomen bir şəxsiyyət səviyyəsinə ucaltdı. Almaz ƏLİQIZI musavat
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
İran məhkəmə hakimiyyətinin rəhbəri: ABŞ-la qarşıdurma bitməyəcək
İki Azərbaycan fəal həbs edilərək Təbriz həbsxanasına köçürülüb
Hörmüz boğazı açılmayacaq - Keyhan
İsfahanda 100 nəfərin əmlakının müsadirə olunmasına göstəriş verilib
ABŞ ordusu Ərəb körfəzindən gündəlik 7 milyon barel neftin çıxarılmasına kömək edir
İrana təhdidinə qarşı fəaliyyət apara bilməliyik - Katz
Əraqçi: İran və ABŞ memorandumun imzalanmasına heç vaxt olmadığı qədər yaxındır
İranda daha 19 nəfərin əmlakı müsadirə olundu
İranda mina partladı- Ölən var
İrana bağlı hakerlər Kaliforniyanın su təchizatı şirkətlərinə hücum edib
OPEC: İranın neft hasilatında kəskin azalma var
5 şəhərdə 8 məhbus edam edilib
Reuters: ABŞ iranlıları Mərkəzi Afrika Respublikasına deportasiya etməyi planlaşdırır
ABŞ və İran arasında danışıqlar Xameneinin olduğu yer gizlədildiyi üçün uzanır
Axios: İranla memorandum ABŞ-ın bütün tələblərini qarşılayır
KİV: ABŞ Hörmüz boğazı istiqamətində uçan iki İran dronunu vurub
İran və BƏƏ-nin yüksək səviyyəli rəsmiləri görüşdü
Tramp: ABŞ Xarq adasını ələ keçirmək niyyətindədir
Sadiq Zibakəlam həbs edilib
İranın etnik qrupları güc balansını dəyişə bilər – RƏY
ABŞ Küveytə 1,98 milyard dollarlıq antidron sistemlərinin satışını təsdiqləyib
Bəhreyn İranın Bəhreyn və Küveytə raket hücumlarını qınayıb
Elyar 27 günlük hüquqi mübarizədən sonra doğum haqqında şəhadətnamə ala bilib
Təbrizdə qadın məhbus edam edilib
İran, Rusiya və Çin nümayəndələri Qrossi ilə görüşüb
Azərbaycanlı vəkilə qarşı yeni ittiham irəli sürülüb
Müctəba Xameneinin səhhəti ilə bağlı yeni etiraf
KİV: Uitkoff və Kuşner nüvə mütəxəssisləri ilə görüşüblər
İranda məişət texnikasının qiyməti yenidən artdı
“Rosneft” rəhbəri: İran müharibəsindən ən çox ABŞ neft şirkətləri faydalanır
Küveyt İranın hücumlarını suverenliyin pozulması kimi qiymətləndirib
İsrail ABŞ-ın yüksəkvəzifəli rəsmilərini dinləyib
Tramp: İran raket arsenalının təxminən 22 faizini qoruyub saxlayıb
Güneyli məhbuslarla bağlı yeni imza kampaniyası; 81 ildən çox həbs cəzasına etiraz
ABŞ İranın hərbi hədəflərinə zərbələr endirib
Hindistan səfirliyi çağırış etdi: İranı tərk edin
ABŞ İran milli komandasının məsullarına viza vermədi