SON XƏBƏRLƏR

TÜRKİYƏ YIĞMASI YENƏ MÜMKÜN OLMAYANI MÜMKÜN ETDİ. QƏLƏBƏ BAKIDA DA QEYD OLUNDU

2021.10.20, 07:36
TÜRKİYƏ YIĞMASI YENƏ MÜMKÜN OLMAYANI MÜMKÜN ETDİ. QƏLƏBƏ BAKIDA DA QEYD OLUNDU

Gunaz.tv
2008-06-21 - 14:56:00 Türkiyə futbol yığması tarixində ilk dəfə Avropa çempionatının yarımfinalına vəsiqə qazandı. Dünən Avstriya paytaxtı Vyanada Xorvatiya ilə görüşən türklər dörddəbir final mərhələsini penalti seriyasında aşdılar. Əsas vaxtı qolsuz bitən matçın 119-cu dəqiqəsində xorvat İvan Klasniçin vurduğu qolu Türkiyə yığması son saniyələrdə cavabladı. 120(+2)-ci dəqiqədə Semih Şəntürk fərqləndi, penalti seriyasında isə Fatih Terimin yetirmələri daha dəqiq oldular - 3:1. Beləliklə, türklər bu çempionatda üçüncü dəfə uduzulmaqda olan matçı xeyirlərinə çevirə bildilər. Onlar qrup mərhələsində İsveçrə üzərində 2:1 (57-ci dəqiqəyədək 0:1, qələbə topu 90(+2)-ci dəqiqədə vurulub), Çexiya üzərində isə 3:2 (75-ci dəqiqəyədək 0:2, qələbə topu 89-cu dəqiqədə vurulub) hesablı çətin qələbələrin ardınca yenə mümkün olmayanı mümkün etdilər. Türkiyə yığmasının qələbəsi iyunun 21-nə keçən gecə Azərbaycan paytaxtında da qeyd olundu. Yarımfinalda Türkiyənin rəqibi Almaniya yığması olacaq. Bu matç iyunun 25-də İsveçrənin Bazel şəhərində keçiriləcək. Avropa birinciliyinin dörddəbir final həyəcanı isə bu gün Hollandiya - Rusiya matçıyla davam edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar