SON XƏBƏRLƏR

Amsterdamda Azərbaycanla bağlı konfrans keçiriləcək

2021.10.20, 07:36
Amsterdamda Azərbaycanla bağlı konfrans keçiriləcək

Gunaz.tv
Amsterdamda Azərbaycanla bağlı konfrans keçiriləcək İyunun 28-29-da Niderland Krallığının Amsterdam şəhərində Benilüks Azərbaycanlıları Konqresi Azərbaycan Demokratik Respublikasının yaranmasının 90 illiyi münasibətilə "Azərbaycan Şərqin ilk demokratik dövləti: keçmişdən gələcəyə doğru 90 il" mövzusunda konfrans keçirəcək. Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "OLAYLAR"İA-ya verilən məlumata görə, konfransda tarixçi-alim Musa Qasımlı 23 ay fəaliyyət göstərmiş ADR haqqında geniş məruzə ilə çıxış edəcək, eləcə də bu günkü Azərbaycan dövləti, onun siyasi və iqtisadi yüksəlişi barədə danışacaq. Tədbirdə Benilüks ölkələrinin hökumət rəsmiləri, ictimai-siyasi, elm, mədəniyyət xadimləri, Avropada fəaliyyət göstərən Azərbaycan və türk diaspora təşkilatlarının fəalları iştirak edəcək. Konqres həmin günlərdə Azərbaycanı tanıtmaq məqsədilə tədbir də təşkil edəcək. Benilüks ölkələrinin təmsilçilərinə ADR və müasir Azərbaycan haqqında fotosərgi təqdim olunacaq, film nümayiş etdiriləcək. Həmçinin tanınmış incəsənət ustaları Azərin və Elza Seyidcahanın ifasında Azərbaycan mahnıları səsləndiriləcək. olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar