SON XƏBƏRLƏR

LEVON TER-PETROSYAN DAĞLIQ QARABAĞ SEPARATÇILARININ LİDERİNİ HƏDƏLƏYİB

2021.10.20, 07:36
LEVON TER-PETROSYAN DAĞLIQ QARABAĞ SEPARATÇILARININ LİDERİNİ HƏDƏLƏYİB

Gunaz.tv
LEVON TER-PETROSYAN DAĞLIQ QARABAĞ SEPARATÇILARININ LİDERİNİ HƏDƏLƏYİB Ermənistan müxalifətinin lideri, keçmiş prezident Levon Ter-Petrosyan tərəfdarlarının dünən paytaxt Yerevanda düzənlədiyi mitinqdə növbəti aksiyanın iyulun 4-də keçiriləcəyini deyib. Ter-Petrosyanın tərəfdarları iyunun 20-də aksiyanı qədim əlyazmaların saxlandığı Matenadaran meydanında keçirə biliblər. Yerevan meriyası iyunun 12-də müxalifətin Azadlıq meydanında mitinq keçirməklə bağlı müraciətinə müsbət cavab verməmiş, tədbirin Matenadaranda keçirilməsini də qadağan etmişdi. Ancaq müxalifət aksiyanın Yerevan meriyasının təklif etdiyi «Razdan» stadionunda yox, məhz Matenadaranda keçirilməsinə nail olub. Mitinqdə çıxış edən Ter-Petrosyan tərəfdarlarını son prezident seçkisinin nəticələrinə etiraz əlaməti olaraq düzənlənən fasiləsiz aksiya dağıdılarkən öldürülənlərin xatirəsini bir dəqiqəlik sükutla yad etməyə çağırıb. O deyib ki, hadisələrdə dünyasını dəyişənlərin hamısına, o cümlədən polis əməkdaşlarına milli qəhrəman adı verilməlidir. Ter-Petrosyan mitinqdə məqsədin Ermənistan hakimiyyətinə, beynəlxalq ictimaiyyətə azad və müstəqil vətəndaşların prezident Serj Sərkisyanınn legitimlyini tanımadıqlarını sübut etmək olduğunu söyləyib. Eks prezidentin fikrincə, hakimiyyət mitinqə icazə versəydi, iştirakçıların sayı qat-qat çox olardı: «Toplumun mitinqdə fəal iştirakı bir daha sübut edir ki, Ermənistan cəmiyyəti öz haqqının qorunmasında israrlıdır və məqsədinə nail olana qədər geri çəkilməyəcək. Müxalifət lideri deyib ki, martın 1-də baş vermiş faciəli hadisələrdə Dağlıq Qarabağdan gətirilən xüsusi təyinatlıların iştirakı ilə bağlı dəlilləri var: «Bilmirəm, bu dəllillər nə qədər dəqiqdir, əgər bu fakt təsdiqlənərsə, onda Bako Saakyan (qondarma «Dağlıq Qarabağ Respublikası»nın «prezidenti» - red.) Ermənistanda persona non-qrata elan olunacaq». Ermənistanın ilk prezidenti bütün siyasi məhbusların tezliklə azadlığa buraxılmasını tələb edib. Ter-Petrosyan Ermənistan prezidenti postunu 1991-1998-ci illərdə tutub. 2008-ci il fevralın 19-da keçirilən prezident seçkisində iştirak edib və 21,5 faiz səslə ikinci yeri tutub. Seçkinin baş nazir Serj Sərkisyanın xeyrinə saxtalaşdırıldığını iddia edən Ter-Petrosyan və tərəfdarları fevralın 20-dən martın 1-nə qədər Yerevanda kütləvi aksiyalar keçirib. Martın 1-də polis və ordu birləşmələri aksiyanı qanla yatırdıb. Rəsmi məlumata görə, hadisələrdə 10 nəfər ölüb, yüzlərlə adam yaralanıb. Geniş repressiyalarda müxalifətin 50-dən çox lideri və fəalı həbs olunub. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar