SON XƏBƏRLƏR

«ÇƏNLİBEL» TƏLƏBƏ JURNALININ BAŞ REDAKTORU ŞƏRTİ HƏBSƏ MƏHKUM EDİLİB

2021.10.20, 07:36
«ÇƏNLİBEL» TƏLƏBƏ JURNALININ BAŞ REDAKTORU ŞƏRTİ HƏBSƏ MƏHKUM EDİLİB

Gunaz.tv
«ÇƏNLİBEL» TƏLƏBƏ JURNALININ BAŞ REDAKTORU ŞƏRTİ HƏBSƏ MƏHKUM EDİLİB rzadagistani11.jpg Rza Dağıstani İranda fəaliyyət göstərən azərbaycanlı jurnalist, «Çənlibel» tələbə jurnalının baş redaktoru Rza Dağıstani separat və pantürkçü qrupları ilə əlaqədə, ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda günahlandırılaraq Urmiya İnqilab Məhkəməsi tərəfindən 8 aylıq şərti həbs cəzasına məhkum edilib. «Media forum» saytının məlumatına görə, Sulduz (hazırda Nəqədə adlanır) şəhərinin Pəyami-Nur Universitetinin psixologiya ixtisası üzrə axırıncı kurs tələbəsi olan R.Dağıstani bu il fevral ayının 21-də Beynəlxalq Ana Dili Günü münasibətilə milli zəmində apardığı fəaliyyətinə görə ETTELAAT-ın Urmiya idarəsinin əməkdaşları tərəfindən tutularaq 27 gün təcridxanada saxlanmış, 40 milyon tümənlik (təxmnən 40 min dollar) mülk girovu müqabilində azadlığa buraxılmışdı. «Media forum» ------------------------------------------------------------------------ forumda müzakirə et SERJ SƏRKİSYAN RUSİYA SƏFƏRİNƏ ÇIXIR Ermənistan prezidenti Serj Sərkisyan iyunun 23-25-nə kimi Rusiya paytaxtı Moskvada rəsmi səfərdə olacaq. Səfər Rusiyanın dövlət başçısı Dmitri Mevedyevin dəvətiylə reallaşır. th022347473.jpg Serj Sərkisyan «Media forum» xəbər verir ki, S.Sərkisyan səfər müddətində D.Medvedyevlə, baş nazir Vladimir Putin, Federal Məclisin palata sədrləri Sergey Mironov və Boris Qrızlovla görüşəcək. Onun Rusiya ekspertləri və erməni diasporu nümayəndələri ilə də bir araya gələcəyi gözlənilir. 1954-cü ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsində doğulan S.Sərkisyan Ermənistan prezidenti postuna bu ilin fevralında seçilib. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar