SON XƏBƏRLƏR

TÜRKİYƏ YIĞMASI YENƏ MÜMKÜN OLMAYANI MÜMKÜN ETDİ. QƏLƏBƏ BAKIDA DA QEYD OLUNDU

2021.10.20, 07:36
TÜRKİYƏ YIĞMASI YENƏ MÜMKÜN OLMAYANI MÜMKÜN ETDİ. QƏLƏBƏ BAKIDA DA QEYD OLUNDU

Gunaz.tv
TÜRKİYƏ YIĞMASI YENƏ MÜMKÜN OLMAYANI MÜMKÜN ETDİ. QƏLƏBƏ BAKIDA DA QEYD OLUNDU Türkiyə futbol yığması tarixində ilk dəfə Avropa çempionatının yarımfinalına vəsiqə qazandı. Dünən Avstriya paytaxtı Vyanada Xorvatiya ilə görüşən türklər dörddəbir final mərhələsini penalti seriyasında aşdılar. Əsas vaxtı qolsuz bitən matçın 119-cu dəqiqəsində xorvat İvan Klasniçin vurduğu qolu Türkiyə yığması son saniyələrdə cavabladı. 120(+2)-ci dəqiqədə Semih Şəntürk fərqləndi, penalti seriyasında isə Fatih Terimin yetirmələri daha dəqiq oldular - 3:1. Beləliklə, türklər bu çempionatda üçüncü dəfə uduzulmaqda olan matçı xeyirlərinə çevirə bildilər. Onlar qrup mərhələsində İsveçrə üzərində 2:1 (57-ci dəqiqəyədək 0:1, qələbə topu 90(+2)-ci dəqiqədə vurulub), Çexiya üzərində isə 3:2 (75-ci dəqiqəyədək 0:2, qələbə topu 89-cu dəqiqədə vurulub) hesablı çətin qələbələrin ardınca yenə mümkün olmayanı mümkün etdilər. Türkiyə yığmasının qələbəsi iyunun 21-nə keçən gecə Azərbaycan paytaxtında da qeyd olundu. Yarımfinalda Türkiyənin rəqibi Almaniya yığması olacaq. Bu matç iyunun 25-də İsveçrənin Bazel şəhərində keçiriləcək. Avropa birinciliyinin dörddəbir final həyəcanı isə bu gün Hollandiya - Rusiya matçıyla davam edəcək. «Media forum» ----------------------------------------------------------------- Er­mə­nis­tan tut­du­ğu möv­qe­dən çə­kil­mə­li­dir Araz Əzi­mov: "İc­ti­ma­iy­yət həm­sədr­lər­dən konk­ret ad­dım­lar göz­lə­yir" 621006084444.jpg "Həm­sədr­lər çox­dan­dır, re­gio­na sə­fər et­mir­lər. On­la­rın bu­də­fə­ki sə­fər­lə­ri za­ma­nı rəs­mi­lər­lə da­nı­şıq­lar­da Azər­bay­can və Er­mə­nis­tan pre­zi­dent­lə­ri­nin Sankt-Pe­ter­burq gö­rü­şü­nün nə­ti­cə­lə­ri əsa­sın­da pro­se­sin da­vam et­di­ril­mə­si mə­sə­lə­si mü­za­ki­rə olu­na­caq". Bu söz­lə­ri APA-ya eks­klü­ziv açıq­la­ma­sın­da Azər­bay­can xa­ri­ci iş­lər na­zi­ri­nin müa­vi­ni Araz Əzi­mov de­yib. İc­ti­ma­iy­yə­tin həm­sədr­lər­dən konk­ret ad­dım­lar göz­lə­di­yi­ni qeyd edən na­zir müa­vi­ni he­sab edir ki, Er­mə­nis­ta­nın Azər­bay­ca­nın əra­zi bü­töv­lü­yü­nü ta­nı­ma­maq və iş­ğa­lı da­vam et­dir­mək möv­qe­yin­dən çə­kil­mə­si üçün ef­fek­tiv təd­bir­lər gö­rül­mə­li­dir: "Konk­ret ad­dım­lar atıl­ma­lı­dır ki, Er­mə­nis­tan tut­du­ğu qey­ri-kons­truk­tiv möv­qe­dən çə­kil­sin, ümu­mi məx­rə­cə gə­lin­sin və bu ümu­mi məx­rəc əsa­sın­da da­nı­şıq­lar pro­se­si da­vam et­di­ri­lə bil­sin". Er­mə­nis­tan pre­zi­den­ti Serj Sər­kis­ya­nın Mosk­va­ya göz­lə­ni­lən sə­fə­ri­nə mü­na­si­bət bil­di­rən A. Əzi­mov bu sə­fə­rin tə­li­mat xa­rak­te­ri da­şı­dı­ğı­nı dü­şün­mə­di­yi­ni söy­lə­yib: "Sə­fə­rə Er­mə­nis­tan-Ru­si­ya əla­qə­lə­ri çər­çi­və­sin­də ba­xıl­ma­lı­dır. Ru­si­ya Er­mə­nis­ta­nın hə­ya­tın­da bö­yük rol oy­na­yır. Ru­si­ya­nın Er­mə­nis­tan­da möv­cud olan möv­qe­yi iq­ti­sa­di, si­ya­si, hər­bi cə­hət­dən bu res­pub­li­ka­ya bö­yük tə­sir gös­tə­rir. Əl­bət­tə ki, bu tə­sir­lər Sər­kis­ya­nın nə­zə­rin­dən qa­ça bil­məz". Qeyd edək ki, həm­sədr­lə­r re­gio­na gə­lən həf­tə sə­fər edə­cək­lər. sherg

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar