SON XƏBƏRLƏR

AŞPA-nın yay sessiyasında Ermənistanla bağlı növbədənkənar dinləmələr keçiriləcək

2021.10.20, 07:36
AŞPA-nın yay sessiyasında Ermənistanla bağlı növbədənkənar dinləmələr keçiriləcək

Gunaz.tv
AŞPA-nın yay sessiyasında Ermənistanla bağlı növbədənkənar dinləmələr keçiriləcək Avropa Şurası Parlament Assambleyasının yay sessiyasında Ermənistanla bağlı növbədənkənar dinləmələr keçiriləcək. Belə ki, respublikada 1609 saylı qətnamənin tələblərinin yerinə yetirilməsi - demokratik institutların gücləndirilməsi kifayət hesab edilməyib. Bu barədə Avropa Şurasının İrəvandakı ofisi xəbər verib. «Avropa Şurasının həmməruzəçiləri Corc Kolombe və Con Pereskot Ermənistan hakimiyyətinin AŞPA-nın Ermənistanda prezident seçkisindən sonra baş vermiş zorakılıq hadisələrindən sonra irəli sürdüyü tələbləri yerinə yetirərkən əldə etdikləri inkişafı qənatəbəxş hesab etməyiblər», deyə AŞPA-nın monitorinq komitəsinin sədri Serxi Holovatinin AŞPA prezidentinə ünvanladığı məktubda deyilir. Xatırladaq ki, AŞPA-nın həmməruzəçilərinin İrəvana səfəri 16-17 iyun tarixində baş tutub. Məqsəd Ermənistanın 1609 saylı qətnamənin tələblərini yerinə yetirməsini qiymətləndirmək idi. Avropa parlamentilərinin Ermənistanda yeni seçilmiş prezident, spiker, parlament nümayəndələri və müxalifət nümayəndələri ilə görüşləri olub. AŞPA-nın yay sessiyası iyunun 23-də başlayacaq və iyunun 27-nə kimi davam edəcək. Ermənistanda demokratik institutların işləməsi məsələsi isə iyunun 25-də müzakirə ediləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar