SON XƏBƏRLƏR

Avropa İttifaqı Azərbaycanla viza rejimini ləğv edə bilər

2021.10.20, 07:36
Avropa İttifaqı Azərbaycanla viza rejimini ləğv edə bilər

Gunaz.tv
Avropa İttifaqı Azərbaycanla viza rejimini ləğv edə bilər 20080621113000_1.jpg Avropa İttifaqına üzv 27 ölkənin rəhbərləri «Şərq tərəfdaşlığı» haqqında Polşa və İsveçin təklif etdiyi layihəni dəstəkləyib və bununla bağlı müvafiq qərar qəbul ediblər. Layihə Avropa İttifaqının Azərbaycan, Ukrayna, Moldova, Gürcüstan, Ermənistan və Belarusla regional əməkdaşlıq forumunun yaradılmasını nəzərdə tutur. Qəbul olunan sənəddə bildirilir ki, Avropa İttifaqı Şərq qonşuları ilə regional əməkdaşlığı daha da inkişaf etdirməyin zəruriliyi barədə fikirlərlə razıdır. Qətnamə layihəsinə əsasən, gələcəkdə tərəfdaş ölkələrlə viza rejiminin ləğvi, güzəştli şərtlərlə azad ticarət zonalarının yaradılmasını nəzərdə tutulur. ANS PRESS

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar