SON XƏBƏRLƏR

Macarıstanda Xocalı faciəsi qurbanlarının xatirəsinə abidə ucaldılacaq

2021.10.20, 07:36
Macarıstanda Xocalı faciəsi qurbanlarının xatirəsinə abidə ucaldılacaq

Gunaz.tv
Macarıstanda Xocalı faciəsi qurbanlarının xatirəsinə abidə ucaldılacaq Azərbaycan Nazirlər Kabineti Xocalı faciəsi qurbanlarının xatirəsinin Macarıstanda, 1956-cı il Macarıstan hadisələri qurbanlarının xatirəsinin Azərbaycanda əbədiləşdirilməsi haqqında qərar qəbul edib. Azərbaycan Xarici İşlər Nazirliyinin təklifi ilə qəbul edilmiş qərara əsasən, Hacıqabul rayonun mərkəzində 1956-cı il Macarıstan hadisələri qurbanlarının xatirəsinə, Macarıstanın Hodmezovaşarey şəhərində isə Xocalı faciəsi qurbanlarının xatirəsinə abidə ucaldılacaq. Hacıqabul rayon mərkəzində abidənin qoyulması ilə bağlı bütün xərclər Macarıstan tərəfindən ödəniləcək. ---------------------------------------------------------------------------- Ermənistanda zəlzələ olub 20080621155122_1.jpg Bu gün Ermənistanın şimal-şərqində zəlzələ baş verib. Respublikanın milli seysmologiya xidmətindən verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 04.41-də baş verib. Zəlzələnin episentri Noyemberyan rayonunun mərkəzindən 12 km cənub-şərqdə qeydə alınıb, yeraltı təkanların gücü episentrdə 12 ballıq şkala üzrə 5 bal olub, Zəlzələ nəticəsində dağıntı və tələfat olmayıb. Yeraltı təkanları Berd rayonun (4-5) və İcevan rayonunun (3-4 bal) sakinləri hiss edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar