SON XƏBƏRLƏR

Unudulmaz şəxsiyyət

2021.10.20, 07:36
Unudulmaz şəxsiyyət

Gunaz.tv
Unudulmaz şəxsiyyət Yeganə Mehdibəyli: "Əbülfəz Elçibəy xalqa çox yaxın idi" Telman Siyabov: "Elçibəyi əsl kişi xarakteri olan bir siyasətçi kimi tanımışam" Teyyub Qəni:"Əbülfəz bəy hər kəsə layiq olduğunu qiyməti vermək və lazımınca qiymətləndirmək bacarığına malik idi" Milli Azadlıq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin 70 illik yubileyi yaxınlaşır. Əbülfəz Elçibəyin siyasi fəaliyyəti və şəxsi keyfiyyətləri haqqında söhbət aparmaq üçün ziyalılarla söhbətləşdik. BAXCP Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri Yeganə Mehdibəyli Əbülfəz Eçibəyin dünyəvi insan olduğunu bildirdi. Tural Rasimoğlu Yeganə Mehdibəylinin sözlərinə görə, onun siyasi fəaliyyətinin ən qaynar vaxtları ziddiyyətli, gərgin dövrə təsadüf edirib. Amma Əbülfəz bəy böyük insan olduğu üçün çox gözəl bilib ki, nəyi necə etmək və hansı formada təşkilat qurmaq lazımdır. Mərhumun yaratdıqlarına özündən sonra qiymət verəcək zaman lazımdır, hələ ki, bu zaman isə hələ gəlməyib: "Əbülfəz Elçibəy xalqa çox yaxın idi və insanları tanıyırdı, amma cəmiyyətdən çox yüksəkdə dururdu. Ona görə də Elçibəy siyasəti istədiyi formada tənzimləyə bilirdi. Əbülfəz bəyi həm siyasətçi, həm də xalq hərəkatının lideri kimi tanıyırıq". Əbülfəz bəyin sağlığında öz ətrafına kifayət qədər ziyalı və elm adamlarını topladığını deyən Yeganə Mehdibəyli bəyin xüsusi xarakterə malik olduğunu söylədi. O, hər kəsi dinləməyi bacarıb, ətrafındakı insanların xarakterlərini dərk edib və onların hamısını ayrı-ayrı məcraya yönəldə bilib. Əbülfəz bəy Azərbaycanın bütövlüyünə də böyük önəm veririb və bununla bağlı təşkilatlar yaradıb. Bu şəxsiyyətin sağlığında cəmiyyətimizdə vətənpərvərlik ruhu da çox yüksək olub, amma günümüzdə həmin vəziyyət müşahidə olunmur. Digər tərəfdən, sağlığıyla müqayisədə haqqında bu gün daha çox müsbət fikirlər söylənilir: "Bəy millətini sevən insan kimi tarixdə qalacaq. Bu gün Azərbaycan siyasi məkanında olan partiyaların çoxu da Əbülfəz bəyin xeyir- duasıyla yaranıb". Yeganə Mehdibəyliyə görə, Əbülfəz Elçibəyin böyüklüyü özünü daha çox şəxsi iddialarının olmamasında göstərib. Onun siyasi proseslərin xəttini tutmaq bacarığı da yüksəkliyilə seçilib: "Əbülfəz Elçibəy çox gözəl başa düşmüşdü ki, cəmiyyət hələ formalaşmalı və Azərbaycanda milli şüur inkişaf etməlidir. Çox istəyərdim ki, bu gün də Əbülfəz Elçibəyin yolunu davam etdirən insanlar meydana çıxsın. Bizim partiyamız bu gün doğrudanda bəyin ideyalarını yaşatmağa çalışır. Bu gün Əbülfəz Elçibəyin zamanında olan siyasi mühiti müşahidə etmək olmur. Bəy haqqında danışmaqdansa, onun atdığı addımların bir hisəssini reallaşdıra bilsəydik, bu gün Azərbaycanda siyasi mühitdə əlverişli şərait yaratmaqla yanaşı, insanlarda vətənpərvər və mübariz əhval- ruhiyyəni də saxlaya bilərdik". Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) ictimai- siyasi məsələlər üzrə katibi Telman Siyabov Əbülfəz Elçibəyin siyasi fəaliyyətində olan müsbət keyfiyyətlərin onun həyat tərzinə sirayət etdiyini bildirdi. O, Əbülfəz Elçibəyi ilk növbədə əsl türk və xalqını sevən bir insan kimi xatırlayır. Telman Siyabov Milli Azadlıq Hərəkatının liderini 1974-75-ci illərdən tanıyıb: "Həmin vaxt Əbülfəz Elçibəy universitetdə müəllim işləyirdi və həbs edilmişdi. Qardaşım da universitetdə tələbə idi. Qardaşımın onun haqqında danışdığı sözləri və tərifləri sonradan mən özüm canlı olaraq gördüm. Əbülfəz bəylə ilk görüşüm 1985-ci ilə təsadüf etdi. Üç saata yaxın söhbətləşdik. O zaman gənc idim və Əbülfəz bəyin fikirlərini, danışığını dinlədikcə məndə belə bir sual yaranırdı ki, Azərbaycan müstəqil olarmı? Hətta özümü saxlaya bilməyib bəyə sual etdim ki, Əbülfəz bəy, belə böyük imperiyadan ayrılıb müstəqil ola bilərikmi? Bəy əlini çiynimə qoyaraq dedi ki, bunları siz edəcəksiz və müstəqilliyi də qazanacaqsınız. Hərəkat başlayanda mən də bu hərəkatda iştirak etdim və sonradan Əbülfəz bəylə görüşəndə ona söhbətimizi xatırlatdım. Mərhum da bildirdi ki, mən axı sizə demişdim, bunlar baş tutacaq. İndi buyurub irəli gedərək bu ideyaları həyata keçirə bilərsiz". Əbülfəz Elçibəydə millətinə qarşı çox böyük sevginin olduğunu deyən Telman Siyabov bəyin xalqına verdiyi dəyərin dəyişməz qaldığını vurğuladı. O, 1993-cü ildə Milli Azadlıq Hərəkatının lideri Kələkidə olarkən onunla tez-tez görüşürüb: "Əbülfəz bəy millətini sevirdi. Ona görə də onu həmişə bu cür insan kimi xatırılamışam və yaddaşımda belə də qalacaq. Mən indi də çalışıram ki, bu günkü gənclərə Elçibəy sevgisini aşılayım. Əbülfəz bəy dövlət prinsiplərini ortaya qoyan bir insan idi. O prezident olarkən çox işlər görmüşdü. İlk növbədə müstəqil dövlət atributlarından biri olan Azərbaycan manatını dövriyyəyə gətirdi. Bəy heç bir xarici dövlətin Azərbaycanda kiçik də olsa hərbi baza qurmasına imkan vermədi. Çünki ölkədə belə bazaların olması dövlətçiliyimizə və müstəqilliyimizə zərbə vura bilərdi. Bəy hətta rus ordusunu da ölkədən çıxarmağa nail oldu. Əbülfəz Eləçibəy qəbul imtahanlarında test üsulunu tətbiq etdi. Yəni bütün dünyada tərtib olunan üsulları Azərbaycana gətirməyə çalışırdı". Eks-prezidentin millətin maraqları naminə düz yolla getdiyini deyən Telman Siyabov onun əqidəli siyasətçi olduğunu vurğuladı: "Bəy "siyasətçinin bir sifəti olar və vahid kurs tutub gedər" deyərək fəaliyyət göstərirdi. Mən Elçibəyi əsl kişi xarakteri olan bir siyasətçi kimi tanımışam. Elçibəy qeyri-yollarla hakimiyyətə gəlməyib və həmişə düzgün yol seçib. Əbülfəz bəy rus dilindən imtina edirdi və bildirirdi ki, biz türkük. Bir sözlə siyasəti mənə Əbülfəz Elçibəy aşılayıb. Bu gün isə bəyi daha çox sevirlər. Zaman keçdikcə bu insan daha yaxşı tanınacaq və tarix ona daha da yüksək qiymətini verəcək" Təkamül Partiyasının sədri Teyyub Qəni Əbülfəz Epçibəyi Azərbaycan tarixində görkəmli bir yer tutan şəxsiyyət, mütəfəkkir, ziyalı, hər şeyin yerini bilən, sözün deyilməsi məqamını gözləyib vaxtında deyən, hər kəsə hörmətlə yanaşan və demokratik bir insan kimi tanıyır: "Əbülfəz Elçibəy tale verən ömrünü yaşayıb və o xalq üçün kifayət qədər işlər görüb. Təəssüf ki, bəyin ömrü çox uzun olmadı. O xalq üçün hələ çox işlər görə bilərdi. Mən ona həmişə hörmət etmişəm və ona qarşı hörmətim yüksək səviyyədə qalacaq. Onda insanlara fərdi yanaşmaq qabiliyyəti vardı. Yəni hər kəsə layiq olduğunu vermək və lazımınca qiymətləndirmək, insanları dinləmək mədəniyyətinə malik insan idi. Bəy onu tənqid edənlərə də insani münasibət bəsləyirdi. Hətta yeri gələndə mən özüm də bəyin bu və digər məqamlarda fəaliyyətini tənqid etmişəm. Amma ondan heç vaxt özümə qarşı hansısa bir neqativ münasibət görməmişəm. O, məni həmişə dinləyib və təbii ki, özünün fikirlərini nəzərimə çatdırıb və tənqidlərlə bağlı razılaşdığı məqamlarla yanaşı, onu razı salmayan məqamlar da olurdu. Ona görə də həmişə onun şəxsiyyətinə hörmət bəsləmişəm. Bəy dəfələrlə qeyd edirdi ki, tənqid olmayan yerdə inkişaf olmur. Yəni demokratik bir insan kimi onu həmişə qiymətləndirmişəm". xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar