SON XƏBƏRLƏR

Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Komitəsinin iclası keçirilib

2021.10.20, 07:36
Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Komitəsinin iclası keçirilib

Gunaz.tv
Brüsseldə Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Komitəsinin iclası keçirilib İyunun 20-də Brüsseldə Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında Əməkdaşlıq Komitəsinin IX iclası keçirilib. Azərbaycanın Belçikadakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Avropada qonşuluq siyasəti çərçivəsində Aİ-Azərbaycan fəaliyyət planının icrası, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, enerji sahəsində əməkdaşlıq, insan hüquqları, söz azadlığı, seçkilər, media və KİV, Aİ-nin müxtəlif sahələrdə dəstək proqramları müzakirə edilib. Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə müxtəlif dövlət qurumlarının yüksək vəzifəli şəxsləri daxil olub. Aİ-nin nümayəndə heyətinə isə Avropa Komissiyasının Şərqi Avropa Mərkəzi Direktorluğunun başçısı Günar Virgint rəhbərlik edib. Aİ tərəfindən görüşə həmçinin təşkilatın cari prezidentliyi qismində Sloveniya XİN-in yüksək vəzifəli nümayəndəsi, həmçinin Avropa Komissiyası və Aİ Şurasının aidiyyəti qurumlarının mütəxəssisləri də qatılıb. İyunun 19-da isə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü ilə bağlı Azərbaycan nümayəndə heyəti ilə Aİ təmsilçiləri arasında keçirilən görüşdə hər iki tərəfi maraqlandıran məsələlər müzakirə olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar