SON XƏBƏRLƏR

«PEJAK»la TOQQUŞMADA 3 İRAN POLİSİ HƏLAK OLUB

2021.10.20, 07:36
«PEJAK»la TOQQUŞMADA 3 İRAN POLİSİ HƏLAK OLUB

Gunaz.tv
«PEJAK»la TOQQUŞMADA 3 İRAN POLİSİ HƏLAK OLUB İyunun 18-i axşam saatlarında İran Kürdüstanının Mərivan şəhəri yaxınlığındakı «Dalani» məntəqəsində hərbi qüvvələrlə terrorçu PKK təşkilatının İran qanadı - Kürdüstan Azad Həyat Partiyası («Pejak») döyüşçüləri arasında qanlı qarşıdurmada 3 polis həlak olub. Xəbəri iyunun 19-da İranın ingilis dilində verilişlər yayan «Press TV» telekanalı yayıb. «Media forum» saytının məlumatına görə, kürd mənbələri daha 4 polisin ayrı-ayrılıqda və müxtəlif məntəqələrdə həlak olduğunu desə də, İran tərəfi bunu təsdiqləməyib. «Pejak»ın siyasi məsələlər üzrə rəhbəri mətbuata açıqlamasında bu təşkilatın ötən bir ayda İran Kürdüstanının sərhədyanı məntəqələrində 150 İran hərbiçisini qətlə yetirdiyini bildirib. İran kürdlərinin milli hüququ uğrunda fəaliyyət apardığını iddia edən «Pejak» təşkilatının əsas hərbi bazaları İraqda yerləşir. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar