SON XƏBƏRLƏR

21 PKK-lı öldürüldü

2021.10.20, 07:36
21 PKK-lı öldürüldü

Gunaz.tv
21 PKK-lı öldürüldü Silahlı Qüvvələr Baş Qərargahından yayılan məlumatlarda dünən İraqın şimalından Türkiyəyə keçmək istəyən 21 nəfərlik PKK dəstəsi güclü atəşlə məhv edilmişdir. Ölkənin Ərzincan vilayətində yola nəzarət edən hərbçilərə atəş açıldığı və bir nəfər əsgərin yaralandığı bildirilir. Bingöl vilayətində isə PKK-lılara yaxından yardım edən bir nəfərin həbs edildiyi xəbər verilir. zaman ----------------------------------------------------------------------- Xəzəryanı qaz kəmərinin çəkilməsi ilə bağlı hazırlıqlar davam edir Türkmənistan, Rusiya və Qazaxıstan Xəzəryanı qaz kəmərinin inşasının həyata keçirilməsini nəzərdə tutan layihənin əsas prinsipləri barədə razılığa gəliblər. Bundan əlavə, tərəflər hazırda türkmən qazını Rusiyaya nəql edən Orta Asiya-Mərkəz qaz kəmərinin yenidən qurulması və onun buraxıcılıq qabiliyyətinin daha da artırılmasına xidmət edən tədbirlərin həyata keçirilməsi üçün addımlar atacaqlarını bəyan ediblər. Bununla əlaqədar “Qazprom”(Rusiya), “KazMunayQaz” və “Türkmənqaz” (Türkmənistan) arasında işçi qrupları və ekspertlər səviyyəsində keçirilən iclasda qısa müdətdə Xəzəryanı qaz kəməri layihəsinin reallaşdırılmasının vacibliyi vurğulanıb. Tərəflər yeni qaz kəməri layihəsinin inşası ilə bağlı işlərin daha da sürətləndirilməsi üçün hər üç ölkənin dövlət başçılarına müraciət ünvanlayıblar. Xatırladaq ki, yeni qaz kəmərinin inşası ilə bağlı razılıq ötən ilin may ayında Türkmənbaşı şəhərində əldə edilib. O vaxt Türkmənistan, Qazaxıstan və Rusiya prezidentləri türkmən qazının Rusiyaya nəqlini nəzərdə tutan Xəzəryanı qaz kəmərinin inşası barədə birgə bəyannamə imzalamışdılar. Yeni qaz kəməri işə düşəndən sonra ilk illərdə ildə 20, sonrakı mərhələlərdə isə 30-35 milyard kubmetr qaz dünya bazarına nəql ediləcək. Onu da deyək ki, Türkmənistan öz qazını Avropa bazarına Azərbaycan, Gürcüstan və Türkiyə ərazisi ilə (”Nabukko” layihəsi) nəql etməyə də razılıq verib. “Nabukko” layihəsi reallaşacağı halda, Türkmənistan Rusiyanın asılılığından qurtarmış olacaq. zaman

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar