SON XƏBƏRLƏR

Avropa Parlamenti və Almaniya dövləti İrandakı insan haqları pozuntularına sərt etiraz edib

2021.10.20, 07:36
Avropa Parlamenti və Almaniya dövləti İrandakı insan haqları pozuntularına sərt etiraz edib

Gunaz.tv
Avropa Parlamenti və Almaniya dövləti İrandakı insan haqları pozuntularına sərt etiraz edib DAK infromasiya mərkəzinə daxil olan məlumata əsasən iyun ayının 19-u Avropa Parlamenti və Almaniya dövləti İranda insan haqlarının ciddi surətdə pozuntusuna etirazını bildirib. İranda azyaşlıların edamı, dini azlıqlara bəhayi, yəhudi, ələvi və islam dinindən başqa etiqadları olan insanlara qarşı qeyri-insani rəftarları ciddi surətdə tənqid atəşinə tutublar. Xatırladaq ki, Avropa parlamentinin verdiyi bu qərarlar öncəki verilən qərarlardan daha sərt olduğu bildirilir. Xüsusilə İranda yaşayan qeyri-fars millətlərə qarşı assimliyasiya siyasəti yəni onların öz dillərində təhsil almaq hüququndan məhrum edilməsi, iqtisadi baxımından da qeyri-fars bölgələri ağır duruma salınması İranda açıq şəkildə əhalinin gözü qarşısında insanların daş-qalaq edilməsi, bədən əzaların kəsilməsi, yaş həddinə çatmamış uşaqların edam edilməsi beynəlxalq ictimaiyyətdə çox böyük narahatlıq doğurdugunu əks etdirən bəyanatlar verilib. Iran dövləti başqa dövlətlər kimi beynəlxalq insan haqları konvensiyalarına imza atan dövlətlərdəndir. Lakin İran bu qanunların heç birinə riayyət etmir, əksinə İranda günü-gündən insan haqları pozuntuları artdığı müşahidə olunur. Avropa Parlament nümayəndələri bu yaxınlarda İranda Azərbaycanlıların milli fəallarına qarşı həbs və işgəncələrini artırmaqda davam etməkdədir. Avropa parlamentinin beynəlxalq təşkilatlara bildirib ki, Avropa ölkələrinə pənah gətirən və ölüm təhlükəsində olan insanları İrana deportasiya etməsinlər. İrana qaytarılan hər bir sığınacaq istəyən insan İran dövləti tərəfindən ağır işgəncələrə və həddə edama məhkum edilirlər. Son illərdə İranın Azərbaycan, türkmən, ərəb və bəluc millətlərinə qarşı İranın təhlükəsizlik və polis qüvvələri tərəfindən qeyri-insani təzyiqlər nəticəsində çoxlu sayda günahsız insan qətlə yetirilib, həbs edilib və ağır işgəncələrə məruz qalıb. Söz azadlığı başqa azadlıqlar kimi İran ərazisində kobud şəkildə pozularaq çoxlu sayda jurnalistlər, hüquq müdafiəçiləri, universitet müəllim və tələbələri, milli və insani haqları müdafiə etdiyinə görə həbs edilib və işgəncələrə məruz qoyur. Almaniya dövləti və Avropa Parlamentində fəaliyyət göstərən bütün insan haqları təşkilatları İran dövlətindən tələb edir ki, tez bir zamanda İranda edam cəzasını ləğv edilməsinə qərar verilsin. Əks təqdirdə İrana qarşı ciddi embarqolar həyata keçiriləcək. Beynəlxalq İnsan Haqları Təşkilatları və Avropa Parlamenti İrandakı insan haqlarının durumundan narahatlığını bir daha bəyan edir. qaynaq:www.dak.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar