KİV: Yəməndə SEPAH-ın Qüds Qüvvələri komandiri öldürülüb
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
Səudiyyə Ərəbistanı təyyarəsi Tehran hava limanına eniş edib
Müharibə repressiyaları gücləndirib- Mai Sato
Şəbistərdə silahlı insident- Ölən var
SEPAH İraqın şimalında kürd bazalarını vurdu
Ərəb koalisiyası Husilərin raket anbarlarını məhv etdi
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır
Azərbaycan QHT-ləri Pezeşkiana müraciət etdi
Azərbaycanla Özbəkistan arasında iki saziş təsdiqlənib
İranın birinci vitse-prezidenti azərbaycanlı qızlarla bağlı fərman verdi
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
Ocanda əfqanistanlılar həbs edilib
ETN: İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir
Nazirlik: İranda Azərbaycan dilində məktəb yoxdur, azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Müharibəyə görə İranda daha dörd nəfər həbs edildi
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
İran ABŞ-yə Pakistan vasitəsilə yeni təklif göndərib
Səmərqənd ətrafında diplomatik gərginlik: Özbəkistan İrana rəsmi etiraz notası verdi
Tahir Nəqəvi məcburi etiraf üçün təzyiqlərlə üzləşir
Salar Taher Əfşarın ikinci doğum günü həbsxanada keçir
Pezeşkian: “Nə müharibə, nə sülh” vəziyyəti insanları çörək dərdinə salıb
Təbriz meriyasının sürücüləri maaş əvəzinə işdən çıxarılmaqla hədələnirlər
Tramp: Ya İran razılaşacaq, ya da işi bitirəcəyəm
“The Hill”: ABŞ ordusu İrana yenidən zərbə endirmək üçün variantlar hazırlayıb
Xəzər dənizinin şimalında bir sıra adalar materiklə birləşib
Bu gün, 25 oktyabr — Azərbaycan Respublikasında Qubadlı Şəhəri Günüdür
BƏƏ Rəs əl-Xeymə əmirliyinin bütün çimərliklərini növbəti xəbərdarlığadək bağlayıb
Qalibaf Hindistanda BRICS-in parlamentlərarası toplantısında iştirak etməyəcək
Almaniya İranın Hamburqdakı Bank Saderat filialının ləğvi barədə qərar verib
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
“Ayrılıq” şairinin həsrətləri: Şərifə Cəfərinin Fərhad İbrahimi haqqında xatirələri
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb
İranda dollar 400 min tümənə yüksələ bilər: hökumət 80–90 faizlik inflyasiyani qəbul edib
Livan şiələri Hizbullahın silahları barədə nə düşünür?
Pezeşkian Moskvaya səfər edəcək
Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu dünyanın bir sıra aparıcı dövlətləri tərəfindən də dəstəklənməkdədir. Bu günlərdə Böyük Britaniyanın ticarət və investisiya naziri lord Diqbi Cons keçirdiyi son mətbuat konfranslarından birində bu mühüm və strateji əhəmiyyətli məsələyə toxunaraq bildirmişdi ki, bu əsrdə Xəzər hövzəsi dövlətləri, o cümlədən Azərbaycan əlində olan valyuta imkanları hesabına dünyanın güc dövlətləri sırasına daxil olacaq. Adıçəkilən ölkənin digər bir rəsmisi, Avropa məsələləri üzrə nazir, parlament üzvü Cim Mörfi də Azərbaycanla bağlı fikirlərini açıqlayarkən digər vacib bir məsələyə toxunaraq ölkəsinin mövqeyini aydın və konkret şəkildə ifadə etmişdir. Bildirmişdir ki, Böyük Britaniya Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə, orta məxrəcə gəlməklə həllini istəyir. Bu mövzunun ən fundamental hissəsi ondan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü məsələsi müzakirə obyekti ola bilməz. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Bunu həm Böyük Britaniya, həm də dünya ictimaiyyəti qəbul edir. Ümumiyyətlə, təkcə Azərbaycana deyil, bütövlükdə türk dünyasına qarşı münasibətdə bir sıra super dövlətlərin mövqeyi son illər xeyli dəyişib. Məlum olduğu kimi, bu günlərdə Sloveniyada ABŞ-Avropa Birliyi Zirvə toplantısı keçirilib. Toplantıda Amerika prezidenti Corc Buş Türkiyənin Avropa Birliyinə üzv seçilməsi məsələsinə toxunaraq öz mövqeyini kəskin şəkildə bildirib":Türkiyənin Avropa Birliyinə üzv olmasının vacibliyinə çox inanırıq. Türkiyə Avropa Birliyinə üzv olmalıdır". Bütün bunlar ilk növbədə Azərbaycanın, o cümlədən Türkiyənin beynəlxalq aləmdə artan nüfuzundan və etibarlı tərəfdaş olmasından xəbər verir. Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizin Avropa Birliyi və NATO ilə əlaqələrinin genişlənməsi və əhəmiyyəti məsələsinə toxunaraq bildirmişdir ki, NATO ilə əməkdaşlıq adi xarakter daşımır, Azərbaycanın milli təhlükəsizlik doktrinasının təməl daşıdır. NATO-nun Əməliyyatlar Bölməsinin Planlaşdırma şöbəsinin rəhbəri Dieqo Polmer də öz növbəsində Azərbaycanla əməkdaşlığa böyük önəm verərək qeyd edib ki, Azərbaycan böyük enerji resurslarına malikdir. Bu isə təhlükəsizlik baxımından vacib amildir. NATO təhlükəsizlik məsələlərində Azərbaycanla əməkdaşlıqdan məmnundur. Göründüyü kimi, Azərbaycanın beynəlxalq aləmdə mövqeyi gündən-günə möhkəmlənir. Bu mövqe təkcə enerji resurslarının perspektivi ilə deyil, həm də digər sahələrdə, xüsusilə ordu quruculuğunda özünü qabarıq şəkildə göstərməkdədir. Sirr deyil ki, bu gün Azərbaycan Silahlı Qüvvələri NATO ilə əməkdaşlıq sahəsində üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirir. Belə ki, Silahlı Qüvvələrimizin nümayəndələri "Sülh Naminə Tərəfdaşlıq" Proqramı çərçivəsində keçirilən bütün tədbirlərdə fəal iştirak edirlər. Azərbaycanın bu proqram çərçivəsində fəaliyyəti respublikanın müdafiə qabiliyyətinin möhkəmləndirilməsi yolunda NATO dövlətləri və tərəfdaş ölkələrin Silahlı Qüvvələri ilə hərbi-siyasi, hərbi-texniki sahədə beynəlxalq əlaqələrin və əməkdaşlığın genişləndirilməsinə böyük imkanlar yaradıb. Məlum olduğu kimi, 2004-cü ilin may ayında NATO Baş Katibinə təqdim olunan Fərdi Tərəfdaşlığın Fəaliyyət Proqramı 2005-ci ilin may ayında təsdiq edilmiş və onun icrasına başlanmışdır. Azərbaycan hökumətinin NATO ilə hərbi əməkdaşlıq proqramı çərçivəsində qəbul etdiyi öhdəliklərlə bağlı tədbirlərin davamı olaraq Müdafiə Nazirliyinin birləşmə və hərbi hissələrinin təşkilat-ştat strukturu NATO standartlarına uyğunlaşdırılıb. Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları bir sıra beynəlxalq tədbirlərdə, xüsusilə sülhyaratma əməliyyatlarında ölkəmizi şərəflə təmsil edirlər. Yeri gəlmişkən, sülhməramlılarımızın peşəkarlığı koalisiya qüvvələri komandanlığı tərəfindən dəfələrlə yüksək qiymətləndirilib, hərbi qulluqçularımız ali mükafatlara layiq görülüblər. Bu günlərdə Müdafiə Nazirliyinə daxil olan sevindirici bir xəbər də hamımızın ürəyindən olub. Bildiyimiz kimi, Azərbaycan sülhməramlılarının bir bölüyü İraqda koalisiya qüvvələrinin tərkibində sülhyaratma əməliyyatlarında iştirak edir. Bu bölük strateji əhəmiyyətli obyektlərin qorunmasında, gecə və gündüz post-patrul xidmətlərinin aparılmasında xüsusilə yüksək peşəkarlıq nümayiş etdirib. Təsadüfi deyil ki, SENTKOM - Mərkəzi Komandanlıqda keçirilən toplantıda koalisiya qüvvələri komandanının müavini general Makkarti çıxış edərkən bildirmişdir ki, Azərbaycan sülhməramlı bölüyünün əsgərləri xidmət etdiyi bölgədə çox yüksək peşəkarlıq göstərir, üzərlərinə düşən vəzifəni yüksək səviyyədə, ləyaqətlə yerinə yetirirlər. Onların xidməti İraqdakı Amerika dəniz piyadalarının xidmətindən üstündür. Azərbaycan sülhməramlılarına verilən bu yüksək qiymət əslində Azərbaycan dövlətinin ordu quruculuğu işinə göstərdiyi diqqət və qayğının nəticəsidir. Ölkə rəhbərliyinin Azərbaycanın müdafiə qüdrətinin artırılması yolunda həyata keçirdiyi tədbirlər, tələb və tövsiyələri, göründüyü kimi, cavabsız qalmamışdır. Ordumuzun həyatında müşahidə olunan yeniliklər ilk növbədə Silahlı Qüvvələrimizin müasir dünya standartlarına uyğunlaşdırılması yolunda görülən ciddi işlərin parlaq nümunəsidir. Bu günlərdə Azərbaycanın müdafiə naziri Səfər Əbiyevin ünvanına Əfqanıstanda Təhlükəsizliyə Yardım Üzrə Beynəlxalq Qüvvələr Komandanı, Amerika Birləşmiş Ştatları Quru Qoşunları generalı Dən Maknelil tərəfindən məktub göndərilib. Məktubda sülhməramlılarımızın nümunəvi xidmətindən yüksək razılıq hissi ifadə olunur: "Sizin Əfqanıstandakı qoşunlarınız yerləşdiyi yerdən asılı olmayaraq hər gün təhlükəsizliyə öz töhfəsini verir və hər bir tapşırığın yerinə yetirilməsində böyük çeviklik və qəhrəmanlıq göstərir. Onlar Azərbaycanın heyrətamiz nümayəndələridirlər. Onlar əvvəllər də bu cür olmuş, gələcəkdə də belə olmaqda davam edəcəklər. Əfqanıstanda Təhlükəsizliyə Yardım üzrə Beynəlxalq Qüvvələrin bir hissəsi kimi onlara komandanlıq etmək mənim üçün şərəfdir". Bütün bunlar Azərbaycan Silahlı Qüvvələrinə beynəlxalq koalisiya qüvvələri komandanlığı tərəfindən verilən yüksək qiymətin, ifadə olunan minnətdarlıq hissinin yalnız bir hissəsidir. Şübhə yoxdur ki, Azərbaycan ordusu mənsub olduğu ölkənin hərtərəfli tərəqqisi işində nəinki geridə qalmayacaq, öz yüksək peşəkarlığı, döyüş hazırlığı ilə dövlətin və xalqın etimadını doğruldacaq. Təsadüfi deyil ki, ölkəmiz Azərbaycanın ərazi bütövlüyü və suverenliyi yolunda apardığımız mübarizədə ən böyük töhfəni də məhz ordumuzdan gözləyir. İbrahim RÜSTƏMOV əməkdar jurnalist 525
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İranda bir ayda 79 məhbus edam edilib
Əhvaz ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İranda daha səkkiz məhbus edam edildi
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
İraq da İranla sərhəddi bağladı
Təbrizdə iki hüquqşünas həbs edilib
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi