SON XƏBƏRLƏR

İslamçılar heç bir namizədi dəstəkləmir

2021.10.20, 07:36
İslamçılar heç bir namizədi dəstəkləmir

Gunaz.tv
İslamçılar heç bir namizədi dəstəkləmir İslam Demokrat Partiyası qarşıdan gələn prezident seçkilərində hansı namizədi dəstəkləyəcəyini hələlik müəyyənləşdirməyib. Belə bir açıqlama ilə çıxış edən partiyanın sədri Tahir Abbaslı "OLAYLAR"İA-ya bildirib ki, müxalifət namizədləri arasında prezidentliyə layiqli şəxs hələlik meydanda yoxdur:"Əgər bu posta layiqli olan bir nəfər ortaya çıxarsa və həqiqətən də xalqın etimadını doğrulda bilərsə, o halda İslam Demokrat Partiyası həmin şəxsin namizədliyini dəstəkləyə bilər". Tahir Abbaslı təmsil etdiyi partiyanın seçkilərdə öz namizədinin olmayacağını bildirib. olaylar -------------------------------------------------------------------- “Gürcüstanda yaşayan soydaşlarımızın problemlərini həll etməyə çalışacağam” “Gürcüstanda yaşayan azsaylı millətlərin problemləri çoxdur. Bu problemlər həm də dövlətin problemidir. Bacardığım qədər dövlətin arxasında dayanıb, bu problemləri, o cümlədən azərbaycanlıların problemlərini həll etməyə çalışacağam”. Bu eksklüziv açıqlamanı APA-ya Gürcüstan prezidentinin milli məsələlər üzrə yeni təyin etdiyi müşaviri, soydaşımız Mübariz Qarayev deyib. M. Qarayevin sözlərinə görə, prezident milli məsələlər üzrə özünə 5 müşavir təyin edib: “Onlardan biri də mənəm”. Təyinatın onun üçün gözlənilməz olduğunu deyən M. Qarayev bu barədə sərəncamın mayın 18-də imzalandığını bildirib. O, prezident Mixail Saakaşvili ilə bu günlərdə görüşəcəyini söyləyib. Qeyd edək ki, M. Qarayev 1970 il mayın 15-də Tiflisdə anadan olub, Sankt-Peterburq Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Müşavir təyin olunana qədər M. Qarayev qeyri-hökumət təşkilatı olan Torpaq Sahibkarlarının Səlahiyyətli Müdafiə Assosiasiyasının rəhbəri olub. Azərbaycan, gürcü və rus dillərini sərbəst bilir. 525

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar