SON XƏBƏRLƏR

Türkiyəli diplomat: “Ermənistandan üç əsas tələbimiz var”

2021.10.20, 07:36
Türkiyəli diplomat: “Ermənistandan üç əsas tələbimiz var”

Gunaz.tv
Türkiyəli diplomat: “Ermənistandan üç əsas tələbimiz var” “Ermənistanla aramızdakı mövcud problemlərdən biri də İrəvanın bizim ərazi bütövlüyümüzü tanımamasıdır. Ermənistan 1991-ci ildə qəbul etdiyi müstəqillik bəyannaməsində Türkiyəyə qarşı ərazi iddiası irəli sürüb. Halbuki 1920-ci ildə imzalanmış Qars müqaviləsi bu gün də qüvvədədir. Qars müqaviləsində sərhəd xətləri çəkilib. Ermənilər bunu tanımalıdır”. Bu sözləri APA-nın Türkiyə bürosuna açıqlamasında Avrasiya Strateji Araşdırmaları Mərkəzi Erməni araşdırmaları idarəsinin rəisi, istefada olan səfir Ömər Lütəm deyib. ABŞ dövlət katibinin muavini Daniel Fridin Ermənistanı Türkiyənin mövcud sərhədlərini tanımağa çağırmasına toxunan sabiq diplomat bunun çox mühüm addım olduğunu bildirib: “Ermənistan uzun müddətdir Türkiyənin bu tələbini qulaqardına vurur. İndi ABŞ məsələni ən yüksək səviyyədə qaldırıb. Ermənistanın buna qulaq asmağa məcbur olacağına inanıram”. Ö. Lütəm Ermənistanla sərhədləri açması üçün daim Türkiyəyə çağırışlar, müraciətlər edən ABŞ və Avropanın indi Ermənistandan addım atmağı tələb etməsinin səbəblərinə dair sualı belə cavablandırıb: “Amerikalılar uzun müddətdən bəri Türkiyə-Ermənistan-Azərbaycan məsələsinin həll edilməsini istəyir. Bu yolla Qafqazda uaunmüddətli sülhə nail olmaq niyyətindədirlər. Bu, yeni bir siyasət deyil. Daniel Fridin müraciəti göstərir ki, gələcəkdə amerikalılar bu məsələlərlə daha yaxından maraqlanacaqlar. Bu, yaxın gələcəkdə Qərbin Ermənistana təzyiqi artıracağını göstərir. Türk diplomatiyası Ermənistanla bağlı bütün müzakirələrdə ərazi bütövlüyümüzün tanınmasını gündəliyə gətirərək İrəvanı həmişə çətin vəziyyətdə qoyub. Son 17 ildə bizim bu istiqamətdəki çalışmalarımızı çox yaxşı bilirlər. Ancaq Daniel Fridin Konqresdəki bu bəyanatı çox önəmlidir”. Keçmiş səfir Türkiyənin Ermənistanla 3 əsas problemi olduğunu xatırladıb: “Ərazi bütövlüyümüzün tanınması, saxta “soyqırım” iddialarından vaz keçilməsi və Qarabağ məsələsinin həlli. Biz “Qarabağ məsələsinin həlli” deyəndə ilk növbədə Dağlıq Qarabağ ətrafndakı 7 rayonun işğaldan azad edilməsini, sonra isə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağ probleminin həllini nəzərdə tuturuq. Bu tələblərimiz heç vaxt dəyişməyəcək”. 525

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar