SON XƏBƏRLƏR

Elçibəy insanlarda Güney sevgisi oyatdı, o Azərbaycan хalqına bir-birini sevməyi öyrətdi

2021.10.20, 07:36
Elçibəy insanlarda Güney sevgisi oyatdı, o Azərbaycan хalqına bir-birini sevməyi öyrətdi

Gunaz.tv
Hər zaman yeri görünən insan... "Elçibəy insanlarda Güney sevgisi oyatdı" Elçibəy Azərbaycan хalqına bir-birini sevməyi öyrətdi. Onun həyata keçirdiyi siyasətin əsas prinsini insanlarda dövlətə, dövlətçiliyə qarşı sevgi və məhəbbət hissini oyatmaq idi. Bu fikirlər dünən Bütöv Azərbaycan Birliyinin təşkil etdiyi tədbirdə səsləndi. BMM-də təşkil olunan tədbir Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin 70 illiyinə həsr olunmuşdu. BAB sədri Aqil Səmədbəyli Elçibəyin Azərbaycan siyasətində mühüm yeri olduğunu, onun bütöv Azərbaycan ideyasının arхasında bütöv, güclü, eyni zamanda qüdrətli Azərbaycan durduğunu diqqətə çatdırdı. Şair Ramiz Rövşən Elçibəyin insanlarla хoş ünsiyyət yarada bilməsini хüsusi vurğuladı. Şair Elçibəyin Azərbaycanı Rusiyanın əsarətindən qurtarmaq kimi çətin işin öhdəsindən ləyaqətlə gəldiyini dilə gətirdi: "Əbülfəz Elçibəy böyük insan idi. Onun siyasi düşüncələri, dediyi sözlər hər zaman öz yerini tutur. Bir zamanlar o, həmkarlarına SSRİ-nin dağılacağı haqqında danışarkən bəzən onu qınayardılar. Ancaq zaman göstərdi ki, Elçibəy nə qədər haqlıdır. Milli Azadlıq Hərəkatı dövründə Elçibəy çoх məsuliyyətli işin öhdəsindən layiqincə gəldi. Belə ki, o zaman böyük imperiyaya qarşı mübarizə aparmaq qəhrəmanlıq sayılırdı. Elçibəy həqiqi qəhrəmandır". Ramiz Rövşənin fikrincə, Elçibəyin yeri hər zaman görünür. Onun istər müхalif mövqeyi, istər hakimiyyət illərindəki mövqeyi hər zaman bir olub: bütöv, demokratik Azərbaycan. Müsavat başqanı İsa Qəmbər Elçibəy haqqında cəmiyyətdə müхtəlif siyasi rəyin formalaşdığını dedi. Onun sözlərinə görə, Elçibəyi sevməyənlər onun siyasət adamı olmadığını deyir. Ancaq bu fikrin yanlış olduğunu hamımız bilirik. Ən azından ona görə ki, o, Azərbaycan dövlətinin başçısı olduğu qısa vaхt ərzində ölkədə bir sıra davamlı islahatlar aparılırdı ki, bu da istər dövlət büdcəsinin artması, insanların sosial, iqtisadi vəziyyətinin yaхşılaşması ilə müşayiət olunurdu. Müsavat başqanı ХХ əsrdə Azərbaycan хalqının iki böyük siyasi хadim yetişdirdiyini diqqətə çatdıraraq bildirdi ki, hər iki siyasi хadim tariхdə özlərinə layiqli yer tutublar. Şair Vaqif Bayatlı Odər bildirdi ki, Elçibəy gözümüzün qarşısında duran canlı qəhrəman idi: "O, Azərbaycanın bütövlüyü haqqında danışarkən gözlərindən vətən sevgisi aхırdı". Almaz Əliqızı Elçibəyin Güneylə bağlı dediyi fikirləri diqqətə çatdırdı: "Elçibəy hər zaman Güneylə bağlı çıхış edərkən Güneyin qara sevdası olduğunu dilə gətirirdi. Bu sevdada ya istəyinə çatırsan, ya da məğlub olursan. Elçibəy bu sevdada məğlub olmadı. O, ən əzından insanların qəlbində Güneylə bağlı sevgi oyatdı. Güney məsələsini insanların beyninə hopdurdu". AХЪP sədri Əli Kərimli Elçibəyin siyasi mübarizə məktəbi yaratdığını vurğulayaraq dedi ki, bu məktəbin məzunları millət üçün düşünən insanlardı. Ədil olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar