KİV: Yəməndə SEPAH-ın Qüds Qüvvələri komandiri öldürülüb
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
Səudiyyə Ərəbistanı təyyarəsi Tehran hava limanına eniş edib
Müharibə repressiyaları gücləndirib- Mai Sato
Şəbistərdə silahlı insident- Ölən var
SEPAH İraqın şimalında kürd bazalarını vurdu
Ərəb koalisiyası Husilərin raket anbarlarını məhv etdi
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır
Azərbaycan QHT-ləri Pezeşkiana müraciət etdi
Azərbaycanla Özbəkistan arasında iki saziş təsdiqlənib
İranın birinci vitse-prezidenti azərbaycanlı qızlarla bağlı fərman verdi
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
Ocanda əfqanistanlılar həbs edilib
ETN: İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir
Nazirlik: İranda Azərbaycan dilində məktəb yoxdur, azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Müharibəyə görə İranda daha dörd nəfər həbs edildi
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
İran ABŞ-yə Pakistan vasitəsilə yeni təklif göndərib
Səmərqənd ətrafında diplomatik gərginlik: Özbəkistan İrana rəsmi etiraz notası verdi
Tahir Nəqəvi məcburi etiraf üçün təzyiqlərlə üzləşir
Salar Taher Əfşarın ikinci doğum günü həbsxanada keçir
Pezeşkian: “Nə müharibə, nə sülh” vəziyyəti insanları çörək dərdinə salıb
Təbriz meriyasının sürücüləri maaş əvəzinə işdən çıxarılmaqla hədələnirlər
Tramp: Ya İran razılaşacaq, ya da işi bitirəcəyəm
“The Hill”: ABŞ ordusu İrana yenidən zərbə endirmək üçün variantlar hazırlayıb
Xəzər dənizinin şimalında bir sıra adalar materiklə birləşib
Bu gün, 25 oktyabr — Azərbaycan Respublikasında Qubadlı Şəhəri Günüdür
BƏƏ Rəs əl-Xeymə əmirliyinin bütün çimərliklərini növbəti xəbərdarlığadək bağlayıb
Qalibaf Hindistanda BRICS-in parlamentlərarası toplantısında iştirak etməyəcək
Almaniya İranın Hamburqdakı Bank Saderat filialının ləğvi barədə qərar verib
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
“Ayrılıq” şairinin həsrətləri: Şərifə Cəfərinin Fərhad İbrahimi haqqında xatirələri
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb
İranda dollar 400 min tümənə yüksələ bilər: hökumət 80–90 faizlik inflyasiyani qəbul edib
Livan şiələri Hizbullahın silahları barədə nə düşünür?
Pezeşkian Moskvaya səfər edəcək
Novruz Məmmədov: "Onlar məhz yalançı, saxta vədlərlə, qeyri-konstruktiv addımlarla hakimiyyətdə qalırlar" Artıq 2008-ci ilin altı ayı arxada qalır. Ancaq Dağlıq Qarabağ münaqişəsi hələ də həllini tapmayıb. Bəs proseslərin gələcək inkişafı necə olacaq? Bu yöndə suallarımızı cavablandıran Prezident Aparatının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyir ki, Ermənistan hakimiyyətinin danışıqlar yoluyla problemin həllinə maneəçilik törətməsi səbəbsiz deyil. Çünki onlar üçün bu həll yolu zamanı başqa bir situasiya yaranacaq. Üzü 80-90-cı illərdən bəri bir sıra siyasətçilərlə, dövlət xadimlərilə birlikdə indiki Ermənistan hakimiyyətini də, rəhbərlərini də yaxşı aqibət gözləmir... Ramiz Mikayıloğlu - Az əvvəl Sankt-Peterburq şəhərində keçirilən MDB dövlət başçılarının növbəti sammitinin yekunlarını necə qiymətləndirirsiniz? - MDB dövlət başçılarının ildə bir dəfə qeyri-formal görüşü olur və belə demək mümkünsə, bu, artıq bir ənənə forması alıb. Ümumiyyətlə, bu görüşün rəsmi bir gündəliyi olmur. Dövlət başçıları əslində qeyri-formal şəraitdə bir yerə toplaşır, bir-birilə görüşür və bu görüşdə həm ikitərəfli münasibətlərlə, həm də MDB-nin bir qurum kimi inkişafı ilə bağlı məsələlər ətrafında gündəlikdən asılı olmayan söhbətlər aparırlar. Bu dəfə də məhz belə oldu. Azərbaycan prezidenti də bu qeyri-formal sammitdə iştirak etdi. Eyni zamanda, dövlət başçısı bu qeyri-formal sammitdən istifadə edərək orada özünün bir neçə görüşünü keçirdi və bu görüşlərdən biri də Rusiya Federasiyasının yeni seçilmiş prezidenti Dmitri Medvedyevlə oldu. Bu görüş də çox yaxşı və işgüzar bir şəraitdə keçdi. Bu görüşün müzakirə mövzusu da əsasən Azərbaycan-Rusiya münasibətləri idi. Bu gün doğrudan da, Azərbaycanla Rusiya arasında münasibətlər çox yaxşı və hərtərəfli inkişaf edir. Bununla belə, bu iki ölkə arasında münasibətlərin inkişafının potensialı daha güclüdür və elə bu münasibətləri daha da genişləndirmək, gücləndirmək, möhkəmləndirmək məqsədilə Azərbaycan prezidentinin dəvətinə cavab olaraq Rusiya Federasiyasının prezidenti iyulun əvvəllərində Azərbaycana səfər etməklə bağlı qərarını, razılığını bildirmiş oldu. MDB dövlət başçılarının qeyri-formal görüşü, sammitilə bağlı qısaca olaraq bunları demək olar. - Bəs bu qeyri-formal toplantı çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin tanışlıq xarakteri daşıyan görüşünün yekunlarını necə dəyərləndirirsiniz? - İndiyə qədər yaşadığımız proseslərə, Ermənistanda baş verən son hadisələrə baxmayaraq, bu görüşü reallaşdırmaq vacib idi. Ümumiyyətlə, bu görüş keçirilməsəydi, həm dünya ictimaiyyəti, həm də beynəlxalq təşkilatlar Azərbaycanı qeyri-konstruktivlikdə günahlandıra bilərdi. Bu baxımdan hesab edirəm ki, Azərbaycan prezidenti bu görüşü keçirməklə çox düzgün bir addım atmış oldu. Açığını deyim ki, Ermənistanın yeni seçilmiş prezidentinin özü bu görüşə daha çox can atırdı, çünki onun müxtəlif problemləri var. Ermənistanda keçirilən prezident seçkilərindən sonra baş verən qanun pozuntuları, həbslər, media vasitələrinin sıxışdırılması, insanların qətlə yetirilməsi, bütün bunlar hamısı Ermənistan rəhbərlərini və bir sıra siyasətçilərini ifşa edirdi. O vaxtdan bu yana Ermənistanda ciddi siyasi böhran yaşanırdı və bu böhranın məsuliyyəti də yeni seçilmiş prezidentin-əvvəllər müdafiə naziri və baş nazir olmuş Serj Sərkisyanın çiynindədir. Odur ki, Serj Sərkisyan bu görüşü reallaşdırmaqla, bu görüşə can atmaqla özünü həm ölkə, həm də dünya ictimaiyyəti qarşısında bir qədər reabilitasiya etmək istəyirdi. Bütün bu qeyd etdiklərimə rəğmən, baxmayaraq ki, Ermənistan ictimaiyyətinin yeni seçilmiş prezidentə inamı, etimadı azdır, Serj Sərkisyanın imkanlarının hansı dərəcədə olduğunu dəqiq bilməsi üçün Azərbaycan prezidentinə də lazım idi ki, bu görüşü keçirək. Yəni bu insanın imkanları nə dərəcədədir, o, hansı mövqeni tutacaq? Görüş zamanı fikir mübadiləsi aparılıb. Tanışlıq məqsədilə keçirilən bu görüş bir növ mövqelərin, situasiyanın öyrənilməsi, gələcək addımların atılmasının planlaşdırılması xarakteri daşıyırdı. Belə demək mümkünsə, bu görüş faydalı bir görüş oldu. Görüş zamanı İlham Əliyev istər xarici işlər nazirinə, istərsə də həmsədrlərə müəyyən addımların atılması ilə bağlı göstəriş verdi. Bu baxımdan, ola bilsin ki, həmsədrlər yaxın zamanlarda Azərbaycana və bütövlükdə regiona səfər etsinlər və yeni addımların atılması ilə bağlı öz mövqelərini bir daha bildirsinlər. - Yaşadığımız il də yavaş-yavaş öz sonuna yaxınlaşmaqdadır, ilin ilk altı ayı artıq arxada qalmaqdadır. Ancaq buna baxmayaraq, Qarabağ münaqişəsinin ədalətli çözümü hələ də tapılmayıb. Bu baxımdan, proseslərin gedişatı, sonucu nəyi və nələri şərtləndirir? - Ümumiyyətlə, bu, çox açıq sualdır. Azərbaycan prezidentinin bu gün əsas məqsədi ondan ibarətdir ki, Qarabağ münaqişəsini beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyi nümayiş etdirərək, danışıqlar və sülh yolu ilə həll etmək mümkün olsun. Ona görə Azərbaycan rəhbəri bununla bağlı bütün addımlarını atır. Hətta mən belə başa düşürəm ki, dövlət başçımız İlham Əliyev bəlkə də ona layiq olmayan bir şəxslə görüşə də razı oldu və bu görüşü də həyata keçirdi. Amma bununla belə, əsas məqsəd bundan ibarətdir ki, Ermənistan-Azərbaycan münaqişəsi tezliklə həll olunsun və münaqişənin həll yolu da mövcuddur. Bu yolu da Azərbaycan prezidenti göstərir və dünya birliyi də bu həll yolu ilə razılaşır. Həmin yol isə bu yaxınlarda BMT Baş Assambleyasının 62-ci sessiyasında qəbul edilən qətnaməyə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünün tanınması, Azərbaycandan erməni silahlı qüvvələrinin dərhal rədd olub, çıxıb getməsi və azərbaycanlı qaçqın-köçkünlərin öz ata-baba yurdlarına qayıtmasından ibarətdir. Münaqişənin ədalətli həlli üçün bundan başqa variant yoxdur. Amma Ermənistan müxtəlif dövrlərdə, müxtəlif bəhanələrlə- baxmayaraq ki, onlara təzyiqlər getdikcə güclənir - bu ədalətli həll yolundan qaçır. Çünki onlar üçün bu həll yolu zamanı başqa bir situasiya yaranacaq. Üzü 80-90-cı illərdən bəri bir sıra siyasətçilərlə, dövlət xadimlərilə birlikdə indiki Ermənistan hakimiyyətini də, rəhbərlərini də yaxşı aqibət gözləmir. Ermənistan ictimaiyyəti onları götürüb tarixin, arxivin zibil yeşiyinə tullayacaqlar. Demək istəyirəm ki, onlar məhz yalançı, saxta vədlərlə, qeyri-konstruktiv addımlarla hakimiyyətdə qalırlar və hakimiyyət ömürlərini uzatmağa çalışırlar. Bəli, doğrudan da, biz artıq 2008-ci ilin təxminən yarısındayıq. Əgər müəyyən olsa ki, bu adamla da danışmaq, müəyyən konstruktiv addımlar atmaq, münaqişənin həllində irəliləmək mümkün deyil, o zaman şübhəsiz ki, bütün ehtimalların reallaşmasına ehtiyac yarana bilər. Yəni, prezidentin dediyi kimi Azərbaycan dövləti, nəyin bahasına olursa-olsun, öz ərazi bütövlüyünü təmin edəcək, Ermənistanın işğalçı qüvvələrini işğal olunmuş ərazilərimizdən qovacaq və Dağlıq Qarabağ, ona bitişik ərazilər yenə Azərbaycanın bir tarixi hissəsi kimi onun tərkibində qalacaq. - Qarşıdan növbəti prezident seçkiləri gəlir. Seçkiqabağı situasiyanı gərginləşdirmək üçün Ermənistanın təxribatçı addımlar atması, hətta atəşkəsin pozularaq, onun müharibə həddinə çatması istiqamətində cəhdlərin göstərilməsi gözləniləndirmi? - Ermənilərlə bağlı tam əminliklə, dəqiqliklə deyirəm, onlar tarix boyu bütün həyatlarını, fəaliyyətlərini, siyasətlərini yalnız bu cür məkrli və alçaq planlara həsr edirlər. Onlar gecə-gündüz oturub fikirləşirlər ki, bu məsələnin həll olunmaması üçün hansı addımı atsınlar, hansı təxribatçı fikirləri desinlər, hansı planları qursunlar, kimlərə arxalansınlar və s. Onlar ömrüboyu bununla yaşayıblar, ömrüboyu həmin bu cür avantürist addımları, planları əsaslandırmaq üçün fəaliyyət göstəriblər. Amma mən bircə buna təəssüf edirəm ki, onlar başa düşmürlər ki, bu cür addımlar, planlar tarix boyu həmişə onlara fəlakət gətirib. Bu xalq üçün normal yaşamaq, inkişaf etmək, belə demək mümkünsə, rifaha gəlib çatmaq elə bil ki, Allah tərəfindən yasaqdır. Onlar özlərini məzlum millət kimi təqdim edə-edə dünyanın bütün yerlərinə səpələniblər. Heç əslində bu torpaqlar da erməniləri maraqlandırmır. Amma buna baxmayaraq, gördüyünüz kimi, onlar bir ovuc boyda olsalar da, öz əməllərindən çəkinmirlər. Ona görə də bununla bağlı başqa bir söz söyləmək mümkün deyil. Baş verən bütün proseslər bu xalqın xarakterini bir daha açıb ortaya qoyur. xalqcebhesi
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İranda bir ayda 79 məhbus edam edilib
Əhvaz ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İranda daha səkkiz məhbus edam edildi
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
İraq da İranla sərhəddi bağladı
Təbrizdə iki hüquqşünas həbs edilib
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi