SON XƏBƏRLƏR

Superaxın.İran $75 milyardı Avropadan çıxardı

2021.10.20, 07:36
Superaxın.İran $75 milyardı Avropadan çıxardı

Gunaz.tv
Superaxın İran $75 milyardı Avropadan çıxardı Həyata keçirdiyi nüvə proqramı və uranın zənginləşdirilməsi ilə bağlı işləri dayandırmaq fikrində olmayan İran dünya birliyinin sanksiyalarından çəkinərək Avropa Birliyindəki banklardan $75 milyard həcmində vəsaiti çıxarıb. Tehranda çıxan "Şəhrvəndi Əmruz" həftəliyi İran xarici işlər nazirinin iqtisadi əlaqələr üzrə müavini Möhsün Taleiyə istinadən bildirib ki, ölkənin AB-dəki valyuta aktivlərinin əksəriyyət hissəsi Asiya banklarına köçürülüb. "Onların bir qismi qızıla döndərilib, bir qismi kiçik və orta banklara yatırılıb, bir qisminə də qiymətli kağızlar alınıb. İndi Avropadakı banklardakı hesablarımızda yalnız kiçik məbləğdə qalıqlar var. Bu da həmin hesabların bağlanmaması üçün edilib". İranın valyuta ehtiyatları ötən il $76 milyard olsa da, dünya bazarlarında xam neftin durmadan bahalaşması və Tehranın "qara qızıl" ixracını artırması nəticəsində həmin pulların həcmi xeyli artıb. "The Financial Times" hesab edir ki, qlobal maliyyə-kredit və ipoteka böhranı başlayandan bəri müxtəlif ölkələrin bankları hesablarından təqribən $390 milyardlıq aktivləri siliblər ki, onların $200 milyardı Avropa Birliyi banklarının payına düşür. Vaşinqtondakı Beynəlxalq Maliyyə İnstitutu hesab edir ki, İranın AB-dəki banklardan $75 milyardı geri çəkməsi ümumlikdə likvidliyə təsir edəcək, amma bu problem ciddi olmayacaq. Ekspertlər isə hesab edirlər ki, İranın Avropa Birliyindəki valyuta avuarlarının əksər hissəsini çıxarması Qərbin aparıcı dövlətlərinin Tehranla münaqişəsinin daha da dərinləşəcəyindən xəbər verir. "Ən yaxşı halda İran dünya birliyi tərəfindən iqtisadi, maliyyə, ticari və siyasi sanksiyaların daha da sərtləşməsinə hazırlaşır. Ən pis halda isə İran savaşa hazırlıq görür. Tehrana qarşı hərbi əməliyyatlar dünya bazarında xam neftin qiymətini sürətlə artıraraq fond bazarlarını alt-üst edə bilər", - "JPMorgan Chase"nin analitiki Ted Aventor "Dow Jones"ə bildirib. İranın "Ettemadi Melli" qəzeti dünənki sayında məlumat verir ki, rəsmi Tehran dünyanın iri bankları, o cümlədən çoxillik və stabil tərəfdaşı HSBC ilə əməkdaşlığı dayandırır, əvəzində kiçik banklarla tərəfdaşlığı genişləndirir. Parisdə yerləşən Ali İctimai Elmlər Məktəbinin (EHESS) iqtisadiyyat professoru Jak Sapirin fikrincə, İranın nə etdiyi hələ də dəqiq bəlli deyil. "İranlıların Avropa Birliyindəki son bank əməliyyatları barədə rəsmi açıqlama yoxdur. İran hökumətinin vəsaitlərinin bir qismi gerçəkdən də Avropa banklardakı depozit hesablardaydı. Lakin o pulların $75 milyard olduğunu düşünmürəm. İranın depozitlərinin əksər hissəsi ABŞ hökumətinin təminat verdiyi qiymətli kağızlar, o cümlədən ABŞ Milli İpoteka Assosiasiyasının buraxdığı istiqraz və səhmlərdi. Banklar bu kağızları ABŞ Xəzinadarlığının vekselləri qədər etibarıl sayır. İranlılar da bir qədər əvvəl həmin aktivləri Avropa Birliyi banklarına idarəetməyə vermişdilər. Düşünürəm ki, iranlılar məhz həmin qiymətli kağızları Avropa banklarından çıxarıblar. Onlar aktivləri ya başqa banklara verə bilərlər, ya da sataraq avro ilə nominasiya edilən başqa qiymətli kağızlar alarlar", - J.Samir bildirib. Londondakı "Global İnsight" konsaltinq şirkətinin eksperti Semüel Çijuk isə əmindir ki, İrana qarşı yeni sanksiyalar payızda tətbiq ediləcək. "Tehranın həyata keçirdiyi nüvə proqramı ilə bağlı BMT, ABŞ və Avropa Birliyinin son sanksiyalarına iranlıların çox mənfi reaksiyasını nəzərə alsaq, Avropadan pulların çıxarılmasını gözlənilməz hadisə saymaq olmaz", - S.Çijuk söyləyib. Analitiklər düşünürlər ki, $75 milyard təki böyük həcmdə maliyyə aktivlərinin banklardan çıxarılması İranla Avropa Birliyi ölkələri arasında uğurlu danışıqlar aparılmadan baş tuta bilməzdi. Böyük Britaniyanın baş naziri Qordon Braun Londonda səfərdə olan ABŞ prezidenti Corc Buşla keçirdiyi birgə mətbuat konfransında bildirib ki, əgər Tehran nüvə ambisiyalarından əl çəkməsə İranın ən böyük bankı "Melle"nin hesabları dondurulacaq, bu ölkədən neft və təbii qaz idxalına məhdudiyyətlər tətbiq ediləcək. express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar