KİV: Yəməndə SEPAH-ın Qüds Qüvvələri komandiri öldürülüb
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
Səudiyyə Ərəbistanı təyyarəsi Tehran hava limanına eniş edib
Müharibə repressiyaları gücləndirib- Mai Sato
Şəbistərdə silahlı insident- Ölən var
SEPAH İraqın şimalında kürd bazalarını vurdu
Ərəb koalisiyası Husilərin raket anbarlarını məhv etdi
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır
Azərbaycan QHT-ləri Pezeşkiana müraciət etdi
Azərbaycanla Özbəkistan arasında iki saziş təsdiqlənib
İranın birinci vitse-prezidenti azərbaycanlı qızlarla bağlı fərman verdi
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
Ocanda əfqanistanlılar həbs edilib
ETN: İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir
Nazirlik: İranda Azərbaycan dilində məktəb yoxdur, azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Müharibəyə görə İranda daha dörd nəfər həbs edildi
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
İran ABŞ-yə Pakistan vasitəsilə yeni təklif göndərib
Səmərqənd ətrafında diplomatik gərginlik: Özbəkistan İrana rəsmi etiraz notası verdi
Tahir Nəqəvi məcburi etiraf üçün təzyiqlərlə üzləşir
Salar Taher Əfşarın ikinci doğum günü həbsxanada keçir
Pezeşkian: “Nə müharibə, nə sülh” vəziyyəti insanları çörək dərdinə salıb
Təbriz meriyasının sürücüləri maaş əvəzinə işdən çıxarılmaqla hədələnirlər
Tramp: Ya İran razılaşacaq, ya da işi bitirəcəyəm
“The Hill”: ABŞ ordusu İrana yenidən zərbə endirmək üçün variantlar hazırlayıb
Xəzər dənizinin şimalında bir sıra adalar materiklə birləşib
Bu gün, 25 oktyabr — Azərbaycan Respublikasında Qubadlı Şəhəri Günüdür
BƏƏ Rəs əl-Xeymə əmirliyinin bütün çimərliklərini növbəti xəbərdarlığadək bağlayıb
Qalibaf Hindistanda BRICS-in parlamentlərarası toplantısında iştirak etməyəcək
Almaniya İranın Hamburqdakı Bank Saderat filialının ləğvi barədə qərar verib
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
“Ayrılıq” şairinin həsrətləri: Şərifə Cəfərinin Fərhad İbrahimi haqqında xatirələri
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb
İranda dollar 400 min tümənə yüksələ bilər: hökumət 80–90 faizlik inflyasiyani qəbul edib
Livan şiələri Hizbullahın silahları barədə nə düşünür?
Pezeşkian Moskvaya səfər edəcək
Bahəddin Həziyev: "Elçibəy tarixi proseslərə təsir etmək gücündə olan bir siyasətçiydi" İradə Tuncay: "Əbülfəz bəy bizdən biri olan və bizə bənzəməyən insan idi" Akif Aşırlı: "Əbülfəz Elçibəyi vətənpərvər, millətçi və xalqına sədaqətli bir ziyalı kimi xatırlayıram" Arzu Şirinova: "Elçibəy bizlərə Vətəni, milləti sevmək üçün bir örnək oldu" Tural İyunun 24-də Milli Azadlıq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin 70 illik yubileyi qeyd olunacaq. Bu yubiley ərəfəsində media nümayəndələri Azərbaycan tarixində özünəməxsus dəsti- xəttilə seçilən Əbülfəz Elçibəylə bağlı xatirələrini bizimlə bölüşdü. "Bizim yol" qəzetinin baş redaktoru Bahəddin Həziyev bildirdi: "Əbülfəz Elçibəyin azad mətbuata həmişə dəstək verib. Əbülfəz Elçibəyi böyük, ziddiyyətli və faciəli bir şəxsiyyət kimi xatırlayıram. Yəni o, geniş miqyaslı bir şəxsiyyət idi və belə insanlar hər bir xalqın tarixində az-az olur. Elçibəy tarixi proseslərə təsir etmək gücündə olan bir siyasətçi idi. Bəylə bağlı xatirələrimiz çox olub. Bunlardan ən yadda qalanı Xalq Cəbhəsinin dönəmində Məclisdə "Azadlıq" qəzetinə hücum edilərkən baş vermişdi. O zaman qəzetin baş redaktoru mərhum Nəcəf Nəcəfov idi. Həmin dövrdə Xalq Cəbhəsini qəzetdə tənqid etdiyinə görə Nəcəf bəyəittihamlar yağdırırdılar. Məclisdəki çıxışların sonunda Əbülfəz bəy öz sözünü dedi və söylədi ki, "Nəcəf bəy, xahiş edirəm qəzetinizin növbəti sayında mənim karikaturamı verin". Bu çox maraqlı epizod idi. Onun replikası qəzetə qarşı ittihamları bir növ aradan qaldırdı. Bu addım bütövlükdə həm "Azadlıq" qəzetinin, həm də azad mətbuatın müdafiəsi baxımından çox mühüm bir hadisə oldu. Kiçik bir replika o zaman azad yazarlara ən böyük dəstək idi". "Əbülfəz Elçibəyi vətənpərvər, millətçi və xalqına sədaqətli bir ziyalı kimi xatırlayıram"-deyən "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlının fikrincə, onda xüsusi bir insani keyfiyyət vardı ki, bu da, insanların hər birinə çox yüksək qiymət verməsi idi: "Təbii ki, Elçibəy birinci növbədə öz millətinə, türklərə məxsus insanları hörmətlə qəbul edirdi. Əbülfəz bəylə bağlı çoxsaylı xatirlərim var ki, bunları bir-birindən ayıra bilmirəm. Ən yadda qalan xatirəm isə, Əbülfəz Elçibəy Kələkidə olarkən mənim cavan bir jurnalist kimi bu kəndə gedərək oradan hazırladığım reportaj zamanı baş vermişdi. O zaman Bəy Vənənd çayının üstündə yerləşən geoloji kəşfiyyat idarəsidə qərargah qurmuşdu. O qərargahda Əbülfəz bəylə xeyli söhbət edəndən sonra bildirdim ki, Bakıya qayıtmalıyam. Əbülfəz bəy isə həmin vaxt məni buraxmadı və söylədi ki, "Sən çox arıq və cansızsan. Burada bir müddət qalıb dağ yeməklərindən yeyib, Kələkinin qonağı ol". Mən bəyin tələbilə bir həftə kənddə qaldım və Əbülfəz bəylə xeyli söhbətlər etdim". "Ədalət" qəzetinin baş redaktoru İradə Tuncay bildirdi: "Əbülfəz Elçibəy bizdən biri olan və bizə bənzəməyən insan idi. Amma siyasi xadim kimi Əbülfəz bəy uduzdu. Görünür xalq hələ onun boyu üçün yetişməmiş və bu boya hələ çatmamışdı. Ya da ki, o özü hələ bütün bu zamanın əyriliklərini dərk edə bilməmişdi. Mənim onunla şəxsi münasibətlərim olmasa da, onu bir neçə dəfə yaxından görüb maraqlı bir insan kimi müşahidə etmişəm. Əbülfəz bəyi həmişə Azərbaycanın böyük oğlu kimi xatırlayıram". "Əbülfəz Elçibəyi heç zaman yaddan çıxarmamışıq"-söyləyən "Olaylar" İnformasiya Agentliyinin baş direktoru və eyniadlı qəzetin baş redaktoru Yunus Oğuz onunla bağlı xeyli xatirələri olduğunu açıqladı: "Onunla həmişə millətimizin kimliyi, özünüdərki və idarə olunması haqqında uzun-uzadı söhbətlərimiz olub. Məni bu yola döndərməsinə görə Əbülfəz Elçibəyə yalnız minnətdar ola bilərəm. Millətin kimliyini ortaya qoyması və məni də bu istiqamətə yönəltməsini yüksək dəyərləndirirəm. Bəy hər kəsə imkan verir və şərait yaradırdı ki, istədiyi fikri desin. Əbülfəz Elçibəy fikir müxtəlifliyinə böyük önəm verirdi. Amma təəssüf ki, cəmiyyətin əksəriyyəti bu demokratiyanı xaos kimi başa düşdü. Görünür, cəmiyyətin özü hələ yetişməmişdi. Demokratiyanın xaosa çevrilməsi isə son nəticədə üsyanlara və iğtişaşlara səbəb oldu. Nə etmək olar bu da onun taleyi idi". "Xalq Cəbhəsi" qəzetinin redaktoru Arzu Şirinova xatırlatdı ki, Əbülfəz Elçibəyin xeyir-duası ilə işıq üzü görən "Haray" qəzetində əvvəlcə jurnalist, sonra isə baş redaktor kimi fəaliyyət göstərib: "Sonralar müxtəlif mətbuat orqanlarında fəaliyyət göstərdiyim zaman Əbülfəz Elçibəylə təmaslarım olub. Elçibəyin digər siyasətçilərdən bir çox fərqli cəhətləri vardı. O həm də gündəmi dəyişmək, yeni təkliflərlə çıxış etmək, daxili və xarici siyasətdə yenilik etmək bacarığı olan bir siyasətçiydi. Bəlkə də çoxlarının yadındadır, bir dəfə Elçibəy Bakı-Tiflis- Ceyhan neft boru kəməriylə bağlı elə fikir söyləmişdi ki, səhəri bu layihədə maraqlı dövlətlərin Azərbaycanda fəaliyyət göstərən səfirləri Əbülfəz bəyin qəbuluna gəlmişdilər. Elçibəy millətinin maraqlarını hər şeydən uca tuturdu. Mən mübaliğəsiz deyirəm, Elçibəy bizlərə Vətəni, milləti sevmək üçün bir örnək oldu. Yadımdadır, 1999-cu ilin yay ayları idi. Elçibəy qəzetlərə müsahibə verməyi dayandırmışdı. Səbəbi isə bu idi ki, rəsmi olaraq latın qrafikasına keçidlə bağlı fərman verilsə də, hələ də mətbuat sahəsində tətbiq olunmurdu. Mən telefon açıb müsahibə verməsini xahiş edəndə, dedi: "Ancaq bir şərtlə-mənim müsahibəm kiril əlifbasıyla deyil, latın qrafikasıyla verilsin". Razılaşdım. Təxminən iki səhifəlik müsahibə götürdüm. Xudahafizləşib çıxanda gülərək bildirdi ki, sözümüz-sözdü. Bəyin arzusu kimi oldu. Qəzetdə 8-9-cu səhifələrdən başqa qalan səhifələr kirillə çap olunmuşdu. Səhəri Bəy telefon açıb təşəkkürünü bildirdi və dedi: "Çoxlarından fərqli olaraq kişi qızı kimi sözünün üstündə durdun". Elçibəy insanları dəyərləndirməklə yanaşı, bağışlamağı da bacarırdı. Bağışlamaq deyəndə təbii ki, ona olan münasibəti nəzərdə tuturam. Elçibəy mətbuat səhifələrində atılan böhtanları, iftiraları təmkinlə qarşılayar, jurnalistlərə qərəzli, qəzəbli münasibət göstərməzdi. Yenə də onun jurnalistlərə münasibəti ilə bağlı kiçik bir xatirəni yada salım. Mətbuatda imzası tanınan qələm dostlarımdan biri bəlkə də bilməyərəkdən Elçibəylə bağlı həqiqətə uyğun olmayan yazılar yazmışdı. Sonuncu yazısının üstündən bir neçə gün keçməmiş Elçibəylə müsahibə götürməyə gəlmişdi. Həmin vaxt mən də Bəylə müsahibə götürəcəkdim. Həmkarım sonuncu yazısından sonra Elçibəyin onu qəbul edəcəyinə inanmırdı. Ancaq Bəy hər ikimizi qəbul etdi və heç nə olmamış kimi suallarımızı dinləyib cavab verdi. Elçibəy dünyasını dəyişəndən sonra həmin qələm dostum bir həqiqəti də etiraf elədi. Onun dediyinə görə, Elçibəyin xəstə olduğu son aylarda müsahibə götürmək üçün qaldığı bağ evinə yollanır. Burada bir qədər gözləməli olur və deyinir. Bir qədər sonra sistem altından duran Elçibəy jurnalistin könlünü almaq üçün bağçadan dərdiyi qızıl gülləri salfet kağızına bükərək ona uzadır və deyir: "Gülləri bükdüm ki, tikanları əllərini incitməsin". Elçibəy bu cür qəlb sahibi idi. Nə yazıqlar ki, yaxşıların qədrini onları itirəndən sonra bilməyə başlayırıq". www.xalqcebhesi.az
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İranda bir ayda 79 məhbus edam edilib
Əhvaz ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İranda daha səkkiz məhbus edam edildi
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
İraq da İranla sərhəddi bağladı
Təbrizdə iki hüquqşünas həbs edilib
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi