KİV: Yəməndə SEPAH-ın Qüds Qüvvələri komandiri öldürülüb
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
Səudiyyə Ərəbistanı təyyarəsi Tehran hava limanına eniş edib
Müharibə repressiyaları gücləndirib- Mai Sato
Şəbistərdə silahlı insident- Ölən var
SEPAH İraqın şimalında kürd bazalarını vurdu
Ərəb koalisiyası Husilərin raket anbarlarını məhv etdi
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır
Azərbaycan QHT-ləri Pezeşkiana müraciət etdi
Azərbaycanla Özbəkistan arasında iki saziş təsdiqlənib
İranın birinci vitse-prezidenti azərbaycanlı qızlarla bağlı fərman verdi
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
Ocanda əfqanistanlılar həbs edilib
ETN: İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir
Nazirlik: İranda Azərbaycan dilində məktəb yoxdur, azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Müharibəyə görə İranda daha dörd nəfər həbs edildi
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
İran ABŞ-yə Pakistan vasitəsilə yeni təklif göndərib
Səmərqənd ətrafında diplomatik gərginlik: Özbəkistan İrana rəsmi etiraz notası verdi
Tahir Nəqəvi məcburi etiraf üçün təzyiqlərlə üzləşir
Salar Taher Əfşarın ikinci doğum günü həbsxanada keçir
Pezeşkian: “Nə müharibə, nə sülh” vəziyyəti insanları çörək dərdinə salıb
Təbriz meriyasının sürücüləri maaş əvəzinə işdən çıxarılmaqla hədələnirlər
Tramp: Ya İran razılaşacaq, ya da işi bitirəcəyəm
“The Hill”: ABŞ ordusu İrana yenidən zərbə endirmək üçün variantlar hazırlayıb
Xəzər dənizinin şimalında bir sıra adalar materiklə birləşib
Bu gün, 25 oktyabr — Azərbaycan Respublikasında Qubadlı Şəhəri Günüdür
BƏƏ Rəs əl-Xeymə əmirliyinin bütün çimərliklərini növbəti xəbərdarlığadək bağlayıb
Qalibaf Hindistanda BRICS-in parlamentlərarası toplantısında iştirak etməyəcək
Almaniya İranın Hamburqdakı Bank Saderat filialının ləğvi barədə qərar verib
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
“Ayrılıq” şairinin həsrətləri: Şərifə Cəfərinin Fərhad İbrahimi haqqında xatirələri
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb
İranda dollar 400 min tümənə yüksələ bilər: hökumət 80–90 faizlik inflyasiyani qəbul edib
Livan şiələri Hizbullahın silahları barədə nə düşünür?
Pezeşkian Moskvaya səfər edəcək
Əbülfəz Elçibəy İyunun 24-də mərhum eks-prezident Əbülfəz Elçibəyin anadan olmasının 70 ili tamamlanır. Silahdaşları məşhur dissidentin, Azərbaycan milli-azadlıq hərəkatı liderinin, ikinci prezidentin yubileyini necə qeyd edəcək? «Media forum» saytı bu yöndə sorğu keçirib. Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Qəzənfəroğlu deyib ki, ayın 24-də saat 10-da bütün partiya fəalları ilə birlikdə Elçibəyin Fəxri Xiyabandakı məzarını ziyarət edəcək, tədbiri də burada başa vuracaqlar: «Başqa qüvvələrin düzənlədiyi tədbirlərdə iştirak etməməyi qərara almışıq». Deputat bildirib ki, Elçibəy adından sui-istifadə, saxtakarlıq elementləri çox qabardığından yubiley tədbirini özləri düşündüyü kimi, daha səmimi keçirməyi qərara alıblar: «Düşünürəm ki, Əbülfəz bəyin 70 illik yubileyi məsələsində dövlətin də bir az biganə qalması hər halda Azərbaycan tarixi üçün yaxşı hal deyil. Buna münasibətimizi bəyanatla bildirəcəyik». AXCP Ali Məclisinin sədri Qulamhüseyn Əlibəylinin sözlərinə görə, ayın 24-də Əbülfəz Elçibəyin 70 illiyinə həsr olunan dəyirmi masa keçirəcəklər: «Yubileylə bağlı partiyamıza yaxın «Azadlıq» qəzetində müəyyən yazılar çap olunur. Kütləvi tədbir kimi isə Elçibəyin məzarını ziyarət etmək nəzərdə tutulur». Eks-prezidentin kürəkəni Aqil Səmədbəyli deyib ki, iyunun 18-də saat 12-də Beynəlxalq Mətbuat Mərkəzində Bütöv Azərbaycan Birliyinin təşkilatçılığı ilə «Elçibəy aydınların gözü ilə» mövzusunda tədbir keçiriləcək: «Ayın 22-də Elçibəyçi gənclərin bir qrupu səhər tezdən eks-prezidentin məzarını ziyarət edəcək, sonra rayonların birinə səfərə çıxacaq. İyunun 23-də Müsavat Partiyası Beynəlxalq Mətbuat Mərkəzində böyük bir tədbir təşkil edəcək. Bundan başqa, sabah saat 15-də Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin qəragahında Əbülfəz bəyin yubileyinə həsr olunan anım tədbiri keçirəcək». Müsavat başqanının müavini Mehman Cavadoğlunun sözlərinə görə, Elçibəyin yubileyi ilə bağlı ilk böyük toplantı iyunun 21-də saat 12-də partiyaınn qərargahında olacaq: «Ayın 23-də isə Beynəlxalq Mətbuat Mərkəzində bizim təşkilatçılağımızla xarici ölkələrdən dəvət olunan qonaqların iştirakı ilə dəyirmi masa keçirmək nəzərdə tutulur». M.Cavadoğlu partiyanın təşkil etdiyi tədbirə hansı ölkədən qonaq dəvət etdiklərini açıqlamayıb: «Dəvətlər çoxdur. Türkiyədən, Ukraynadan, Amerikadan və digər ölkələrdən Elçibəyin yubileyinə qonaqlar gələcəyini gözləyirik. Amma bəri başdan konkret kimlərin gələcəyini açıqlamaq istəmirik». Müsavat başqanının müavini yubileylə bağlı tədbirlərin iyunun 24-də partiya rəhbərliyi və fəallarının iştirakı ilə Elçibəyin məzarının ziyarət edilməsi ilə başa çatacağını bildirib. Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu deyib ki, hakimiyyətin mane olmadığı bütün tədbirlər keçiriləcək: «Amma indiyə qədər yubileylə bağlı bir çox tədbirlərimizin baş tutmaması halları ilə rastlaşmışıq. Məsələn, «Hyatt Recency», «Avropa» və «Abşeron» otelləri ilə danışıqlar aparmışdıq, amma sonradan qarşı tərəf razılaşmadı. Bakı Əyləncə Mərkəzi ilə hətta tədbir üçün müqavilə bağlamaq həddindəydik, sonda dedilər ki, bizdə Elçibəyin 70 illik yubileyi ilə bağlı tədbirin keçirilməsinə icazə verilmir. Beləliklə, hakimiyyət elitar yerlərin heç birində geniş yubiley tədbiri keçirməyimizə icazə vermədi». Bununla belə, M.Mirəlioğlu deyib ki, ayın 24-də Əzizbəyov heykəlinin yanından Fəxri Xiyabana doğru hərəkət edib Əbülfəz Elçibəyin məzarı üstündə tədbir keçirəcəklər: «Tədbirin davamı partiyamızın Ağa Nemətulla küçəsi, 18-dəki qəragahında olacaq. Bundan başqa, bütün şəhər və rayon şöbələrində Elçibəyin yubileyi ilə bağlı tədbirlərin keçirilməsi qərara alınıb». KXCP sədrinin bildirdiyinə görə, ekç-prezidentin 70 illiyi ilə bağlı iyunun 24-nə çatdırılmasa da, il ərzində böyük bir fotoalbomun buraxılması da nəzərdə tutulur. 1938-ci ildə Ordubadın Kələki kəndində doğulan Əbülfəz Qədirqulu oğlu Əliyev (Elçibəy) 1960-cı ildə indiki Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib. Bir müddət Misir Ərəb Respublikasında çalışıb, daha sonra Bakıda elmi-pedaqoji fəaliyyətlə məşğul olub. 1975-ci ildə antisovet təbliğatında günahlandırılaraq həbs edilib. 1977-ci ildə həbsdən buraxılandan sonra Əlyazmalar İnstitutunda işləyib. 1989-cu ildən Azərbaycan Xalq Cəbhəsinə (sonradan Azərbaycan Xalq Cəbhəsi Partiyası) sədrlik edib. 1992-ci il iyunun 7-də Azərbaycan prezidenti seçilib. 1993-cü il yunun 17-də hərbi qiyam səbəbindən paytaxtı tərk edərək doğma kəndinə köçüb. İyunun 24-də Milli Məclisin qərarıryla vəzifədən uzaqlaşdırılıb. Avqustun 29-da bu qərar ümumxalq referendumunda təsdiqlənib. 1997-ci ildə paytaxta dönən Elçibəy 2000-ci il avqustun 22-də ağır xəstəlikdən sonra Türkiyə paytaxtı Ankarada vəfat edib. Bir gün sonra Azərbaycan paytaxtında dəfn olunub. «Media forum»
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İranda bir ayda 79 məhbus edam edilib
Əhvaz ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İranda daha səkkiz məhbus edam edildi
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
İraq da İranla sərhəddi bağladı
Təbrizdə iki hüquqşünas həbs edilib
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi