KİV: Yəməndə SEPAH-ın Qüds Qüvvələri komandiri öldürülüb
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
Səudiyyə Ərəbistanı təyyarəsi Tehran hava limanına eniş edib
Müharibə repressiyaları gücləndirib- Mai Sato
Şəbistərdə silahlı insident- Ölən var
SEPAH İraqın şimalında kürd bazalarını vurdu
Ərəb koalisiyası Husilərin raket anbarlarını məhv etdi
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır
Azərbaycan QHT-ləri Pezeşkiana müraciət etdi
Azərbaycanla Özbəkistan arasında iki saziş təsdiqlənib
İranın birinci vitse-prezidenti azərbaycanlı qızlarla bağlı fərman verdi
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
Ocanda əfqanistanlılar həbs edilib
ETN: İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir
Nazirlik: İranda Azərbaycan dilində məktəb yoxdur, azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Müharibəyə görə İranda daha dörd nəfər həbs edildi
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
İran ABŞ-yə Pakistan vasitəsilə yeni təklif göndərib
Səmərqənd ətrafında diplomatik gərginlik: Özbəkistan İrana rəsmi etiraz notası verdi
Tahir Nəqəvi məcburi etiraf üçün təzyiqlərlə üzləşir
Salar Taher Əfşarın ikinci doğum günü həbsxanada keçir
Pezeşkian: “Nə müharibə, nə sülh” vəziyyəti insanları çörək dərdinə salıb
Təbriz meriyasının sürücüləri maaş əvəzinə işdən çıxarılmaqla hədələnirlər
Tramp: Ya İran razılaşacaq, ya da işi bitirəcəyəm
“The Hill”: ABŞ ordusu İrana yenidən zərbə endirmək üçün variantlar hazırlayıb
Xəzər dənizinin şimalında bir sıra adalar materiklə birləşib
Bu gün, 25 oktyabr — Azərbaycan Respublikasında Qubadlı Şəhəri Günüdür
BƏƏ Rəs əl-Xeymə əmirliyinin bütün çimərliklərini növbəti xəbərdarlığadək bağlayıb
Qalibaf Hindistanda BRICS-in parlamentlərarası toplantısında iştirak etməyəcək
Almaniya İranın Hamburqdakı Bank Saderat filialının ləğvi barədə qərar verib
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
“Ayrılıq” şairinin həsrətləri: Şərifə Cəfərinin Fərhad İbrahimi haqqında xatirələri
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb
İranda dollar 400 min tümənə yüksələ bilər: hökumət 80–90 faizlik inflyasiyani qəbul edib
Livan şiələri Hizbullahın silahları barədə nə düşünür?
Pezeşkian Moskvaya səfər edəcək
Turan xanım Cavid Hansısa bir səs, gizlin bir istək məni Hüseyn Cavidi oxumağa çağırmışdı sanki. Orta məktəbdə oxuduğum zaman Hüseyn Cavidin bir neçə lirik şeirini və özəlliklə “İblis” dram əsərindən İblisin monoloqlarını əzbərləmişdim. Bir neçə dəfə də Savalanın zirvəsində yüksək səslə, bağıraraq söyləmişdim bu monoloqları. Yayda məktəblər bitirdi və biz kəndə geri dönməli olurduq. Kənddə 3 ay qoyun otarırdım örüşlərdə. Bəzən qara-buludlar göyləri sarıb, küləkli, boranlı yağış yağdığında qoyunlar başlarını bir-birlərinin qarnının altına soxub duruşurdular. Göy gurultuları bəzən də qoyunları hürküdüb daha da bir-birinin içinə soxurdu. Qorxunc ildırımlar çaxırdı. Bu zaman mən böyük bir qayanın üstünə çıxıb “İblis”dən monoloqlar söyləyirdim. Təbiətin bu durumunu Hüseyn Cavidin “İblis” əsərində səhnələşdirdiyi ortama bənzədirdim. Üzümü qoyunlara tutub “İblis”in monoloqlarını yüksək səslə, bağıraraq söyləyirdim. Ancaq səsimi özüm belə, çətin eşidirdim. Küləyin, yağmurun, göy gurultusunun səsi mənim səsimi boğurdu. Ancaq zövq alırdım belə təbii ortamlarda Cavidin monoloqlarını söyləməkdən. Sinifdə tənəffüs saatlarında İblisin monoloqlarını yüksək səslə oxuduğum zaman sinif yoldaşlarım heyrətlə dinləyib əl çalardılar. O zaman Hüseyn Cavidin əzbər bildiyim şeirləri çevrəmi etkiləmək üçün bir vasitə olmuşdu mənim üçün. Bəzən təkbaşıma evdə kimsə olmadığında bu monoloqları söylərdim. Belə işlərdən anlamayan qonşularımız səsimi eşitdiklərində dəli olduğumu sanırmışlar. Bir neçə dəfə qonşularımız gəlinimizə “O niyə öz-özünə danışıb bağırır?”- deyə sormuşdular. Hüseyn Cavidin şeirləri ilə içimdəki fırtınaları dışarıya boşaldırdım. Bir çox hallarda da hönkürtü ilə ağlayırdım monoloqların sonunda. Artıq Hüseyn Cavid mənim qəlbimdə ən yaxın sirdaşım olmuşdu. Elə bilirdim ki, Cavid bu əsərləri mənim üçün, yalnız mənim üçün yazmışdır. Bir çox əsərlərini əzbərləmişdim qəlbimdə sirdaşım olan Hüseyn Cavidin. Təbrizdə tələbə olduğum illərdə, Tehrandakı münasibətlərimdə, hər hansı mədəni toplantılarda Hüseyn Caviddən monoloqlar söyləyirdim. Ləzzət alırdım bu monoloqları söylərkən. Hüseyn Cavidin başına gələn fəlakətləri öyrəndiyim zaman çox ağır psixoloji sıxıntılar keçirmişdim. Xəstəhal olmuşdum. Bu bilgiləri əldə etdikdən sonra Cavidin monoloqlarını daha da enerjili olaraq oxuyurdum. Hər oxuduğumda sanki intiqam alırdım kimlərdənsə. Sanki öz ruhumu da Cavidin şeirlərinə qatıb dinləyicilərin diqqətinə sunurdum. Heç vaxt yadımdan çıxmaz ki, bir neçə dəfə Təbrizdəki məclislərdə Cavidin monoloqlarını bütün enerjimlə oxuduğum zaman, məclis sanki şoka uğrarcasına dərin bir sükuta dalırdı. Hər şeir oxuyuşumdan sonra məclisdəkilərin mənə olan sayqınlığı, ehtiramları göstərirdi ki, mən böyük bir iş görmüşəm. Böyük işləri böyük insanlarla görmək olur. Cavid mənim qəlbimdə və ağlımda yol göstəricim olmuşdu. Hətta məndən sonra muğam oxuyacaq insanlar da çətin özlərini toparlayıb konsertə başlayırdılar. Milli şüurum gəlişdikcə, dərinləşdikcə Cavidin ruhu və yaradıcılığı ilə təmas şəklim də dərinləşirdi. Cavidin yaradıcılığındakı dərinlik, üslubundakı epik tutum, dil zənginliyi məni tərbiyə edirdi. Ən çox əzbər bildiyim Hüseyn Cavid və Səhənd idi. Bu iki uluruh mənə enerji verirdi. Artıq mən yalnız deyildim o fars vurmuş, kimliyi itmiş, itirilmiş mühitdə. İçimdə Cavidin ruhunu daşıyırdım. Yüksəlirdim. Güclənirdim. Bir missionun adamı olduğumu sanırdım. Milli missionun ən dərin, əbədi, fəlsəfi şəkli Cavidin əsərlərindədir. * * * Bu şəkildə gəncliyimin ən enerjili çağında Hüseyn Cavid ruhuma girmiş və məni yönləndirməyə başlamışdı. Taleyim məni Bakıya sürüklədiyində içimdə Hüseyn Cavidin yaratdığı dünya ilə gedirdim. Heç bir zaman Hüseyn Cavidsiz olmadım. Tam əzbər bildiklərim əsərlərini bəzən təkrar kitabın üzündən oxuma ehtiyacı duyurdum. Bu gün də elədir. Yeni dünyaya gəlmiş oğlum Alpərə Hüseyn Cavidin monoloqlarını yüksək səslə oxuyuram. Bakıda Hüseyn Cavidin nəslinin qalıb-qalmaması ilə maraqlandım. Bir qızı həyatdadır, dedilər. Turan xanım adında. Turan xanım kimsə ilə evlənməmiş. Kimsə cürət edib onunla evlənmək istəməmiş. Çünki atası Hüseyn Cavid kommunistlər tərəfindən xalq düşməni elan edilmişdi. Hüseyn Cavid öz millət sevgisinin cəzasını sadəcə özü çəkməmişdir, qızı Turan xanım da çətin bir həyat yaşamaq zorunda buraxılmışdı. 2002-ci ildə Nasir Purpirarın “On iki əsr sükut” kitabını tərcümə edib Bakıda yayınladım. Kitabdan bəzi tanıdığım insanlara hədiyyə verirdim. İki cild də Turan xanıma vermək istədim. Düşündüm ki, Hüseyn Cavidin soyunu yaxından görmək üçün də yaxşı fürsət olar. Elmlər Akademiyasında Turan xanımın hüzuruna getdim. İllər boyu qəlbimdə daşıdığım Cavidimin soyundan birisini görə bilmək həyəcanlandırırdı məni. İş otağında yalnız idi. Görüşdükdən sonra tərcümə etdiyim kitabın ilk səhifəsini yazaraq hədiyyə etdim. Sonra da söhbət etdik. Hardan olduğumu soruşdu. Ərdəbildənəm dediyimdə gülümsəyərək “O tərəflərdən gələnlərə bənzəmirsən,”- dedi. “Çünki ana dilim üzərində çox zəhmət çəkmişəm, bu yolda Hüseyn Cavid də mənə yardımçı olmuş,”- dedim. “Necə yardımçı olmuş?” “Əsərləri ilə, bütün əsərlərini oxudum və əzbərlədim,”- dedim və sonra da Cavidin 2 kiçik şeirini oxudum Turan xanıma. Dalğın-dalğın dinləyirdi məni. Gözlərimi Turan xanıma zilləyib şeirləri oxuyarkən Hüseyn Cavidin bu xanımda ölməz ruhunun cizgilərini axtarırdım. Sibirlərdə sürgündə və işgəncə altında öldürülən Hüseyn Cavid, qızının gözləri ilə məni görməsini istəyirdim. İstəyirdim görsün ki, uzun illərdən sonra Ərdəbilin kəndindən çıxmış bir gənc adam onun ideallarının arxasındadır. Şeirləri oxuyarkən gözlərimin yaşını tuta bilmirdim. Öz-özünə axıb gedirdi. Turan xanım da səssizcə mənim göz yaşlarıma baxaraq dinləyirdi şeir oxumağımı. Şeir bitmişdi. Turan xanımın da gözləri dolmuşdu. Sanki göz yaşlarının yanaqlarından süzülməsini əngəlləmək istəyirdi, ancaq bacarmadı. Çantasından bir dəsmal çıxarıb göz yaşlarını sildi. Boğazım tutulmuşdu. Bir sözlər demək istəyirdim, ancaq boğazımı sıxan qəhər imkan vermirdi. Özümü toparlayıb “Mən zəif adam deyiləm. Hüseyn Cavidin ruhu və əsərləri ilə böyüyən insanlar güclü olurlar,”- dedim. Turan xanım oturduğu yerdən qalxıb mənə yaxınlaşdığında mən də yerimdən qalxdım. Yaxınlaşıb alnımdan öpdü. Mən də Hüseyn Cavidin qızının önündə baş əyib əlindən öpdüm. Turan xanım vəfat etmiş. Onu atasının məzarının yanında dəfn etmişlər. Ancaq Cavidin əsərləri yaşayır. Yenə də Finlandiyanın ormanlıqlarının dərinliyində Cavidin monoloqlarını söyləyirəm. Qonşulara mane olmayım deyə, velosipedlə çox uzaqlara gedirəm, kimsənin olmadığı yerlərə. Yalnız mən oluram və bir də Hüseyn Cavid. Bəzən də Finlandiyanın qorxunc buz bağlamış ormanlarında monoloq hayqırışlarım bəyaz səssizliyi qırır: …Şərqin əsəbi yavrusu bilməz ki, nə yapsın, Bilməz ki, sağır göylərə, yaxud mənə tapsın…
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İranda bir ayda 79 məhbus edam edilib
Əhvaz ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İranda daha səkkiz məhbus edam edildi
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
İraq da İranla sərhəddi bağladı
Təbrizdə iki hüquqşünas həbs edilib
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi