SON XƏBƏRLƏR

Müqtəda əs Sədr yeni ordu yaradır

2021.10.20, 07:36
Müqtəda əs Sədr yeni ordu yaradır

Gunaz.tv
Müqtəda əs Sədr yeni ordu yaradır İraqdakı şiələrin radikal "Mehdi Ordusu" hərəkatının lideri şeyx Müqtəda əs Sədr yeni silahlı qruplaşma yaratmağa başladığını bəyan edib. Bu qruplaşmadakı dəstələr ABŞ-ın İraqdakı hərbi kontingentinə qarşı silahlı mübarizə aparacaq. "Bəyan edirəm ki, "Mehdi Ordusu" bundan sonra amerikalılara qarşı vuruşmayacaq. Savaş işini yeni təşkilatımıza həvalə edirik. Onlar işğalçılara qarşı ya tam qələbə, ya da şəhidliyə qədər döyüşəcəklər", - Sədr deyib. Onun sözlərinə görə, yeni, adı hələ bəlli olmayan qruplaşma yalnış peşəkar hərbçilərdən ibarət olacaq. Müqtəda əs Sədr onlara silahı dinc əhaliyə çevirməyi qəti qadağan edib. Xatırladaq ki, Müqtəda əs Sədr 2004-cü ildən başlayaraq ABŞ-ın İraqdakı qoşunlarına qarşı vuruşur. express

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar