KİV: Yəməndə SEPAH-ın Qüds Qüvvələri komandiri öldürülüb
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
Səudiyyə Ərəbistanı təyyarəsi Tehran hava limanına eniş edib
Müharibə repressiyaları gücləndirib- Mai Sato
Şəbistərdə silahlı insident- Ölən var
SEPAH İraqın şimalında kürd bazalarını vurdu
Ərəb koalisiyası Husilərin raket anbarlarını məhv etdi
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır
Azərbaycan QHT-ləri Pezeşkiana müraciət etdi
Azərbaycanla Özbəkistan arasında iki saziş təsdiqlənib
İranın birinci vitse-prezidenti azərbaycanlı qızlarla bağlı fərman verdi
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
Ocanda əfqanistanlılar həbs edilib
ETN: İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir
Nazirlik: İranda Azərbaycan dilində məktəb yoxdur, azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Müharibəyə görə İranda daha dörd nəfər həbs edildi
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
İran ABŞ-yə Pakistan vasitəsilə yeni təklif göndərib
Səmərqənd ətrafında diplomatik gərginlik: Özbəkistan İrana rəsmi etiraz notası verdi
Tahir Nəqəvi məcburi etiraf üçün təzyiqlərlə üzləşir
Salar Taher Əfşarın ikinci doğum günü həbsxanada keçir
Pezeşkian: “Nə müharibə, nə sülh” vəziyyəti insanları çörək dərdinə salıb
Təbriz meriyasının sürücüləri maaş əvəzinə işdən çıxarılmaqla hədələnirlər
Tramp: Ya İran razılaşacaq, ya da işi bitirəcəyəm
“The Hill”: ABŞ ordusu İrana yenidən zərbə endirmək üçün variantlar hazırlayıb
Xəzər dənizinin şimalında bir sıra adalar materiklə birləşib
Bu gün, 25 oktyabr — Azərbaycan Respublikasında Qubadlı Şəhəri Günüdür
BƏƏ Rəs əl-Xeymə əmirliyinin bütün çimərliklərini növbəti xəbərdarlığadək bağlayıb
Qalibaf Hindistanda BRICS-in parlamentlərarası toplantısında iştirak etməyəcək
Almaniya İranın Hamburqdakı Bank Saderat filialının ləğvi barədə qərar verib
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
“Ayrılıq” şairinin həsrətləri: Şərifə Cəfərinin Fərhad İbrahimi haqqında xatirələri
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb
İranda dollar 400 min tümənə yüksələ bilər: hökumət 80–90 faizlik inflyasiyani qəbul edib
Livan şiələri Hizbullahın silahları barədə nə düşünür?
Pezeşkian Moskvaya səfər edəcək
"Azərbaycan Xalq Cümhuriyyəti tariximizin şanlı bir səhifəsidir" 1918-1920-ci illərdə 23 ay mövcud olan Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizdə xüsusi hadisədir. Bu barədə danışan BDU-nun dosenti, tarixçi-alim Azad Rzayev öncə xatırlatdı ki, "1918-ci ildə Şərqdə ilk dəfə demokratik cümhuriyyət yarandı. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi əslində yenidən bərpa edildi. O dövrdə görülən misilsiz işlər bu gün də tarixilik baxımından ciddi əhəmiyyətini saxlayır. Bugünkü müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul edilmiş bayrağı, gerbi yaşatmaqla özünün milli dövlətçilik ənənəsinə uyğun olaraq varisliyini sübut edir. Tarixi tale baxımından Azərbaycan Xalq Cümhuriyyətinə qısa zaman kəsiyində fəaliyyət göstərmək qismət oldu. Amma bu cümhuriyyət 23 ayda çox ciddi işlər görə bildi. Respublikanın daxili və xarici siyasəti, gənc dövləti yaşatmaq üçün gördüyü hərtərəfli işlər şanlı tariximizdir, sabahımızda daim yaşayacaq. Azərbaycanın yeni dönəmdə müstəqil dövlətinin yaranması, beynəlxalq müstəvidə tanınması yönündəki çoxsaylı cəhdləri tariximizdə xarici siyasətimizin vacib bir məqamıdır. Daxili siyasətdə qəbul etdiyi qərarlar (vətəndaşlıq, təhsil, mədəniyyət, iqtisadiyyatla bağlı və s.) o dövrdə böyük rezonans doğuran məsələlərdən idi. Doğrudan da Azərbaycan Xalq Cümhuriyyətini yaradanlar özlərindən sonra tarix qoyub getdilər". 28 May tarixində Azərbaycan Cümhuriyyətinin yaradılması xalqımız üçün həyati əhəmiyyətli bir məsələ idi: "Zaqafqaziya Seymi dağılandan sonra Azərbaycanda rəhbərlik yox idi. Azərbaycan Cümhuriyyətini yaradanlar başa düşürdülər ki, əgər öz öhdələrinə bu vəzifəni götürməsələr, bolşeviklər az vaxtda Azərbaycanı işğal edəcəklər. Baxmayaraq ki, milli dövlət qurucularının bu sahədə təcrübələri demək olar, yox idi. Təcrübəsizlik ona gətirib çıxartdı ki, 1918-ci ilin 29 mayında İrəvan quberniyası ermənilərə verildi: ermənilər danışıqlar zamanı Qarabağa iddialarını geri götürdüklərini bildirdilər, əvəzində isə İrəvan quberniyasının onlara verilməsini, İrəvanın isə paytaxt kimi qəbul edilməsini xahiş etdilər. Amma ermənilər bu istəklərinə çatandan sonra daha da amansızlaşdılar". Tarixi vəziyyət yenə də imperiya ab-havası yaradırdı, Azərbaycanın özünə gəlməmiş imperiyaçı dövlətlər ölkəmizin sərvətlərini ələ keçirməyə çalışırdılar. Bu dövrdə Osmanlı dövlətinin (general Nuru paşanın hünəri olmaqla) mövqeyi dövlətçiliyimizin yenidən qurulmasında xilaskarlıq rəmzi oldu: " O zamankı tarixi vəziyyət olduqca gərgin idi. Vəziyyətin mürəkkəbliyi ilk növbədə onda idi ki, Almaniyanın da gözü Bakıda idi. Almaniyanın kansleri demişdi ki, bizim yeraltı müharibəmiz Bakıdan asılıdır. Əgər Bakı neftini ələ keçirə bilsək, cahan savaşındakı sualtı əməliyyatlarda qalib gələ biləcəyik. O zaman Almaniya ilə Türkiyə müttəfiq idilər. Türk ordusu o dövrdə Azərbaycana kömək məqsədilə gəlmişdi: Azərbaycan Xalq Cümhuriyyətinin bağladığı müqaviləyə əsasən, Türkiyəyə və Almaniyaya neft göndərildi. Almaniya üçün neft çox gərəkli idi. Almaniya ilə Rusiyanın o dövrdə yaxın əlaqələri vardı. 1917-ci il çevrilişindən sonra Leninin Almaniyaya diqqət ayırması ilə bağlı tarixçilər gerçək faktlar ortaya qoyurlar. Lenin Almaniyada yaşadığı vaxt Almaniya hökuməti ilə yaxın əlaqələri olub, bolşevikləri maliyyələşdiriblər. Lenin hakimiyyətə gələndən sonra çalışırdı ki, almanlarla müqavilə bağlasın. 1917-ci il oktyabr çevrilişindən sonra Brest-Litovsk müqaviləsi bağlandı. Türk ordusu Azərbaycana gələndə almanlarla ruslar arasında danışıqlar gedir ki, Denstervilin ordusu gözləmə mövqeyi tutsun. Əgər burda almanlarla türk ordusu arasında ciddi savaş başlasa, o zaman bu, neft buruqlarının yandırılmasına səbəb ola bilər. Belədə Almaniya faktiki ziyan çəkə bilər". O zaman beynəlxalq vəziyyətin gərginliyinə diqqəti çəkən Azad Rzayev bildirir: "Anlaşmadan sonra İngiltərə tələb etdi ki, türk qoşunları Azərbaycanı tərk etməlidir. 1918-ci ilin noyabrında ingilis qoşunu Ənzəlidən Bakıya girdi. Əgər əvvəl Nuru paşa, sonra Denstervil Azərbaycan hökumətinə təzyiq göstərirdisə, Tomson gələn kimi ilk əmri bu olur ki, Azərbaycan bayraqları çıxarılmalıdır. Deyir ki, Azərbaycan hökumətini tanımır, özü-özünü general-qubernator təyin edir. Belə bir vəziyyətdə - Azərbaycan parlamentinin çağırılmasının baş tutması böyük hadisə idi. Vəziyyət o qədər təhlükəli idi ki, hər an dövlətçilik tamam əldən gedə bilərdi. Deyirlər ki, Azərbaycan Xalq Cümhuriyyətinin vaxtında hökumətin tərkibi 5 dəfə dəyişib. Bu, ondan irəli gəlirdi ki, Türkiyə, Almaniya, İngiltərə rəhbərliyi ilə dil tapmaq, Azərbaycan dövlətinin siyasətini yeritmək lazım idi. Azərbaycan Xalq Cümhuriyyəti qurucularının dövlətçilik təcrübəsinin azlığı dövlətin süqutunu yaradan amillərdən idi. Tarix bu şəxslərə cəmi 23 ay vaxt vermişdi. Cümhuriyyət qurucuları təbii ki, nəyi isə öyrəndilər, hansısa səhvləri də etdilər. Ümumiyyətlə isə Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan tarixinin şanlı bir səhifəsidir". Bu tarix Aərbaycan yenidən müstəqillik qazandıqdan sonra ali və orta məktəblərimizdə gənc nəslə öyrədilir, ali məktəblərimizdə tələbələrə bu mövzuda diplom, kurs işləri verilir, o dövrün tanınmış şəxsiyyətlərinin ömrü, əməlləri öyrənilir. Məhəmməd Əmin Rəsulzadənin isə Azərbaycan dövlətçilik tarixində özünəməxsus rolu olub: "Hələ 1917-ci ildə Müsavat Partiyasının proqramında Azərbaycanın müstəqil bir dövlət olması, təhsil, mədəniyyət və s. sahələrdə qoyulan məsələlər Məhəmməd Əmin Rəsulzadənin tarixi xidmətidir, bunu heç cürə danmaq olmaz. Onun Milli Şuraya rəhbərlik etməsi də təqdirəlayiqdir". Azərbaycanın, xüsusən də Bakının 1918-ci ildə erməni-bolşevik işğalçılarından azad olunmasında müstəsna xilaskarlıq nümunəsi göstərən Nuru Paşanın xidmətləri haqqında danışan Azad Rzayev deyir: "Nuru Paşanın bir sərkərdə, hərbi xadim olaraq Azərbaycanın, Bakının xilas olunmasında xidmətləri çox böyükdür. O, bu prosesdə Azərbaycan türklərinin də ordu quruculuğuna cəlb olunması işi ilə məşğul oldu. Bakının azad olunmasında həmçinin xeyli Azərbaycan türkü də iştirak edirdi. O, sonradan - 1920-ci ilin iyununda Qarabağda bolşeviklərə qarşı silahlı üsyana rəhbərlik etdi. Bu, Nuru paşanın sonuncu cəhdi idi ki, rusları Azərbaycandan çıxarsın. Onun bu cəhdi uğursuzluqla nəticələndi. Tarixi vəziyyət elə idi ki, heç nə alınmadı. Bolşeviklər sürətlə Azərbaycanın bölgələrini ələ keçirir, möhkəmlənirdilər. Həmin ilin may ayında Gəncədə, sonra Zaqatalada da üsyanlar oldu". 1918-ci ildə Türkiyə müharibəni uduzandan sonra çətin vəziyyətə düşdü, özünə müttəfiq axtarmağa başladı: "1920-ci ildə Sovet Rusiyası ilə Türkiyə arasında müqavilə bağlandı. Bu zaman artıq 11-ci Qızıl Ordu hələ Bakıya girməmişdi. Artıq biz Türkiyədən Azərbaycana kömək gözləyə bilməzdik. Çünki Türkiyənin öz taleyi həll olunurdu. Faktiki Türkiyə ölüm ayağında idi. Atatürk Türkiyəni çətinliklə də olsa, xilas edə, qura bildi. Bu vəziyyətdə Türkiyənin Azərbaycana kömək edə bilməməsinə görə ondan küsmək olmaz. 1920-ci ilin aprelində Azərbaycan parlamentinin son iclasında belə bir məsələ müzakirəyə qoyulur ki, 11-ci Qızıl Ordu Bakıdan keçib Türkiyəyə köməyə gedir. Bu da rusların taktiki gedişi idi. Sonra hər şey aydın oldu ki, məqsəd Bakını işğal etmək imiş". Məhəmməd Əmin Rəsulzadə və ətrafı Milli Hökuməti tək qura bilmədilər, başqa qüvvələrlə birləşməyə məcbur oldular: "Azərbaycan Xalq Cümhuriyyətindən danışarkən onun demokratikliyini göz önünə gətiririk. Hökumətdə ayrı-ayrı partiyaların, fraksiyaların iştirakı təbii idi. Əks təqdirdə demokratik prinsiplərdən söhbət gedə bilməzdi. Söhbət tarixi şəraitdən gedir: Birinci Cahan savaşı təzəcə qurtarmışdı. Azərbaycanın nefti çox idi, dünyanın gücləri Bakı nefti üstündə dartışırdılar. Siyasi partiyalar arasında gedən çaxnaşmalar respublikanın süqutunu sürətləndirdi". Nəriman Nərimanovun yanlışlarına münasibət bildirən Azad Rzayev deyir: "Nərimanov öz dövrünün adamı idi. Onu daim millətimiz üçün çalışan bir şəxs kimi tanımalıyıq. Azərbaycanda sovet inqilabından az sonra Səmədağa Mehmandarov və Əliağa Şıxlinski tutulan kimi o, Leninə məktub yazır ki, bu şəxsləri məhv etmək olmaz, bizə kömək edə bilərlər. Məhz onun məktubundan sonra bu generalları Butırka həbsxanasından azad edirər. Nərimanovun Stalinə, Trotskiyə, Leninə məktubları var, burada o, Azərbaycanda gedən proseslərdə ehtiyatlı olmağı məsləhət görür. 1921-ci ildə Lenin ona Genuya konfransında iştirak etməyi məsləhət görəndə Nərimanov yazır ki, konfransa getmək istəmir, çünki o, gedən kimi Azərbaycanda çox hadisələr baş verir". Bu, gerçəkdir ki, Azərbaycan Xalq Cümhuriyyəti qurucularının başına olmazın fəlakətlər gətirildi. Fətələli xan Xoyski və başqaları amansızlıqla qətlə yetirildi, Məhəmməd Əmin Rəsulzadə və başqaları xaricə mühacirət etdilər, qalan ömürlərini də Azərbaycanın azadlığı uğrunda savaşa həsr etdilər. Azərbaycan Xalq Cümhuriyyətinin tarixi dərslərindən danışan Azad Rzayev deyir: "Bu da ondan ibarətdir ki, biz gərək bir millət kim həmişə bir olaq. Bəlkə də o dövrdə Azərbaycan bir olsaydı, fəlakətlərimizin miqyası bu dərəcədə olmazdı. Bütün hallarda bunlar tarixi məqamlardır. 1991-ci ildə Azərbaycanın qazandığı müstəqilliyin həmişəlik olacağına möhkəm inanıram. Şərqdə ilk demokratik respuğblikanın dəyəri hələ bundan sonra daha geniş öyrəniləcək". Elçin Qaliboğlu BUTOVAZ
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İranda bir ayda 79 məhbus edam edilib
Əhvaz ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İranda daha səkkiz məhbus edam edildi
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
İraq da İranla sərhəddi bağladı
Təbrizdə iki hüquqşünas həbs edilib
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi