SON XƏBƏRLƏR

Ermənilər Azərbaycanla iqtisadi əlaqələr qurmaq istəyir

2021.10.20, 07:36
Ermənilər Azərbaycanla iqtisadi əlaqələr qurmaq istəyir

Gunaz.tv
Ermənilər Azərbaycanla iqtisadi əlaqələr qurmaq istəyir gperamv2.jpg Həmsədrlər Dağlıq Qarabağa səfər edəcək ATƏT-in Minsk Qrupu həmsədrləri iyunun sonuncu həftəsində Dağlıq Qarabağ regionuna səfər edəcəklər. «Novosti-Armeniya» agentliyinin verdiyi xəbərə görə, bu barədə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan məlumat verib. Onun sözlərinə görə, həmsədrlər regiona Minsk Qrupunun mövqeyi ilə tərəflərin fikirlərini yaxınlaşdırmağı davam etdirmək üçün regiona gələcək. Ermənistanın XİN rəhbəri həmçinin, hər iki ölkə prezidentinin son görüşlərinin münaqişənin həllinə hansı formada təsiri barədə suala cavab verib. Onun dediyinə görə, prezidentlərin münaqişənin nizamlanmasına dair son görüşü çox konstruktiv və tərəfdaşlıq məcrasında keçib: «Bu, çox ümidverici və kifayət qədər müsbət görüş idi. Görüşdən sonra prezidentlər xarici işlər nazirlərinə danışıqların məhz Madrid prinsipləri əsasında davam etdirilməsi barədə tapşırıq verdilər». XİN başçısı görüşdə çoxsaylı məsələlərin müzakirə olunduğunu deyib: «Əlbəttə ki, biz azərbaycanlılarla bütün məsələləri həll edəcəyik, biz həm də ticarətlə məşğul olmağa hazırıq. Lakin bu gün söhbət ciddi danışıqlardan gedir». Elmar bizimyol

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar