KİV: Yəməndə SEPAH-ın Qüds Qüvvələri komandiri öldürülüb
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
Səudiyyə Ərəbistanı təyyarəsi Tehran hava limanına eniş edib
Müharibə repressiyaları gücləndirib- Mai Sato
Şəbistərdə silahlı insident- Ölən var
SEPAH İraqın şimalında kürd bazalarını vurdu
Ərəb koalisiyası Husilərin raket anbarlarını məhv etdi
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır
Azərbaycan QHT-ləri Pezeşkiana müraciət etdi
Azərbaycanla Özbəkistan arasında iki saziş təsdiqlənib
İranın birinci vitse-prezidenti azərbaycanlı qızlarla bağlı fərman verdi
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
Ocanda əfqanistanlılar həbs edilib
ETN: İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir
Nazirlik: İranda Azərbaycan dilində məktəb yoxdur, azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Müharibəyə görə İranda daha dörd nəfər həbs edildi
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
İran ABŞ-yə Pakistan vasitəsilə yeni təklif göndərib
Səmərqənd ətrafında diplomatik gərginlik: Özbəkistan İrana rəsmi etiraz notası verdi
Tahir Nəqəvi məcburi etiraf üçün təzyiqlərlə üzləşir
Salar Taher Əfşarın ikinci doğum günü həbsxanada keçir
Pezeşkian: “Nə müharibə, nə sülh” vəziyyəti insanları çörək dərdinə salıb
Təbriz meriyasının sürücüləri maaş əvəzinə işdən çıxarılmaqla hədələnirlər
Tramp: Ya İran razılaşacaq, ya da işi bitirəcəyəm
“The Hill”: ABŞ ordusu İrana yenidən zərbə endirmək üçün variantlar hazırlayıb
Xəzər dənizinin şimalında bir sıra adalar materiklə birləşib
Bu gün, 25 oktyabr — Azərbaycan Respublikasında Qubadlı Şəhəri Günüdür
BƏƏ Rəs əl-Xeymə əmirliyinin bütün çimərliklərini növbəti xəbərdarlığadək bağlayıb
Qalibaf Hindistanda BRICS-in parlamentlərarası toplantısında iştirak etməyəcək
Almaniya İranın Hamburqdakı Bank Saderat filialının ləğvi barədə qərar verib
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
“Ayrılıq” şairinin həsrətləri: Şərifə Cəfərinin Fərhad İbrahimi haqqında xatirələri
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb
İranda dollar 400 min tümənə yüksələ bilər: hökumət 80–90 faizlik inflyasiyani qəbul edib
Livan şiələri Hizbullahın silahları barədə nə düşünür?
Pezeşkian Moskvaya səfər edəcək
Çingiz Aytmatov Ağır itki xəbəri onun əsərlərini uzun illər sevə-sevə oxuyan milyonlardan biri kimi məni sarsıtdı. Həyatın, ömrün faniliyini dərindən dərk etməklə yanaşı, taleyin şirin meyvələrini də dadmış bir insan Allahın hökmündən qaçmağın mümkünsüzlüyünə öz ömrünün sonluğunda bir daha yəqinlik tapdı. O artıq ahıl yaşında idi, lakin hərfi mənada paradoksal görünsə də, onu geniş çiyinlərinə biçilmiş şöhrət mantiyasını özü kimi şərəflə daşıyacaq başqa birisinin olmadığını nəzərə alaraq tam qətiyyətlə demək istəyirsən ki, həyatdan vaxtsız getdi. İngilislər bu sözü sırf mənasında «kamilliyə çatmadan», «yetişmədən» mənasında olan «premature» kimi ifadə edirlər. Bu adam isə hələ çox cavan ikən kamillik zirvəsinə yüksəlmiş, son nəfəsinə qədər bu olimpdən aşağı enməmişdi. Hamı yəqin ki, söhbətin dünya ədəbiyyatının görkəmli nümayəndəsi Çingiz Aytmatovdan getdiyini anladı. XX əsrin son qırx ili ərzində keçmiş sovet məkanında heç bir nasir populyarlığına görə onunla müqayisə oluna bilməzdi. Bu bəlkə də həmin dövrdə yeganə yazıçı idi ki, yaradıcılığını milyonlar izləyirdi və hər bir yeni əsəri az qala ədəbi hadisə hesab olunurdu. İlk əsər «Birinci müəllim» povesti olsa da, o, «Cəmilə» povesti ilə erkən məhşurlaşma yoluna qədəm qoymuşdu və ona ilk xeyir-duanı görkəmli fransız yazıçısı Lui Araqon ərini müharibədə itirmiş bu gənc gəlinin yeni məhəbbət hekayətini «XX əsrin Romeo və Cülyettası» adlandıraraq vermişdi. Sonralar isə onun yaradıcılıq bulağı daha gur çağlamış, dərin povest və romanlar çayına çevrilmişdir. Dissident yazıçıların ədəbi nümunələrindən fərqli olaraq onun yaradıcılığı heç bir ideoloji mənafe güdülmədən dünya oxucusuna yaxşı tanış idi və bu ölçüdə onu Remark, Heminquey, Markes siyahısına salmaq olar. O, elə bir filoloji təhsil almamışdı, ixtisasca zootexnik idi. İstedad isə heç də diplomla verilmir, onun timsalında isə bu möcüzəli bir Allah vergisi idi. Çingiz Aytmatov insan psixologiyasının bilicisi olmaqla öz qəhrəmanlarının daxili aləminə bütünlüklə nüfuz edə bilirdi, istər bu uşaq, ya qoca olsun, cavan qız və ya oğul itkisindən əzab çəkən ana olsun. «Bütün xalqların və dövrlərin» rəhbəri yazıçını «insan qəlbinin mühəndisi» adlandırsa da, qələm sahibi heç də texnikanı söküb qurmaqla, sazlamaqla məşğul olmur, bəlkə də bu həyati orqanın anatomiyasına da elə bələd deyil, lakin onun döyüntülərindən, hansı hissələrlə yaşadığından agahdır və bu bilicilik onun əsərlərinin bədii səviyyəsinə xüsusi yüksəklik verir. Çingiz Aytmatov öz dostu olan evenk yazıçısından eşitdiyi bu xalqa məxsus olan əfsanəni elə cilalaya bilmişdi ki, onun «Dəniz kənarı ilə qaçan alabaş» povesti insana məhəbbət himninə çevrilərək bütün bəşəriyyətə ünvanlanmışdı. Çingiz Aytmatovu simvollar, rəmzlər yaradıcısı adlandırmaq olar və o, simvolizmə meyil etsə də, ona daha geniş məna çaları verirdi. Onun qəhrəmanları ümumi isim hüququ qazanmışdı. İstər bu Nayman ana olsun, istər manqurt oğul olsun. Məhz «Əsrə bərabər gün» romanından sonra Vətəni anlamamaq, duymamaq, ona sevgini yaddan çıxarmaq kimi eybəcər xüsusiyyət əsərin qəhrəmanının özündən asılı olmayaraq bədbəxt taleyin bəxş etdiyi unutqanlığını nəzərə almadan, bu yığcam sözdə öz əksini tapmağa başladı. Onun heyvanlar aləminə ruhi səyahəti insan dünyasını təhlil etməkdə də ona qeyri-adi xidmət göstərmişdi. Bir sıra povestləri və romanlarında təsvir olunan heyvanlar elə bil ki, öz təbii dünyalarını tərk edib insanlar aləminə nüfuz edir və onları açmaqda, təhlil etməkdə əvəzsiz rol oynayırlar. Qədim Roma yazıçısı Apuleydən qalmış bu irs sonralar dünya ədəbiyyatında öz uğurlu inkişafını tapmaqla yeni ifadə təsvirləri qazanmışdır. Çingiz Aytmatovun geniş və daha böyük tədqiqatı isə Lev Tolstoyun «Xolstomer»i və ya öz yaşıdı olan məhşur ingilis şairi Ted Hyuzun heyvanlar barədə yazdığı alleqorik poemaları ilə müqayisə edilə bilər. Heyvanların məkrdən uzaq olmasına və sədaqətinə heyranlığına görə o, bəzi əsərlərini onların adı ilə adlandırmaqdan da çəkinməmişdir: «Botagöz», «Əlvida, Gülsarı». Oxucular heç bir xəcalət hissi keçirmədən onun bu dilsiz- ağızsız, yaşamaq üçün daim mübarizə aparan, lakin heç vaxt xəyanətə əl atmayan qəhrəmanlarından təlqin edilən ibrət dərslərini götürmək lüzumunu inkar etmirlər. Çingiz Aytmatovun əsərlərində folklor nümunəsi kimi verdiyi lakin müəllifliyi özünə məxsus olan pritçaları- ibrətamiz hekayələri bu istedadın işıq saçan bucaqlarının necə bol olduğundan xəbər verir. Özü də onun pritçaları zaman və məkan hüdudlarını tanımır, həqiqətə yaxınlığını vurğulamaq üçün başqa-başqa xalqlara aid edilir və kiçik bir hekayətdə həm də həmin xalqa məxsus olan milli xüsusiyyətlər, mərdlik, nəciblik qabardılır. Xarici ölkəyə qaçmaq üçün bir yerə yığılan və mərdliklərinə görə özlərini qurban verən gürcülər haqqında əhvalat bir məkandan çıxıb azadlıq barədəki ümumbəşəri duyğuların tərənnümünə çevrilir. Çingiz Aytmatovun ölümü türkdilli xalqların ədəbiyyatı üçün, qoy buna bizim hərf güdənlərimiz kinayə ilə baxmasınlar, xüsusilə böyük itkidir. Ana dilində bir əsər də yazmayan bu adam öz xalqının şərəfini xeyli ucaltmış, «Manas» kimi qüdrətli bir şifahi ədəbiyyat nəhənginin malik olan qırğızların yazılı ədəbi nümunələrini də dünya cərgəsinə çıxarmaqla heç bir millilikdən dəm vuranların qadir olmadığı Fərhad işini görmüşdür. Keşkə başqa millətçilər də səs telləri yarışına girməkdənsə belə xidmətin xırda damlasına bərabər olan bir işi görməklə öyünərdilər. Sovet dönəmində bəlkə də yeganə yazıçı idi ki, türklərin böyük və qədim keçmişinə ehtiyatla da olsa nüfuz edirdi, Ana sayın (indiki Yeniseyin) sahillərindən köç edib İssık-kul ətrafında məskunlaşan türklərin bir qolunun tarixçəsini qələmə almışdı. Onun əsərlərində nə manasçılara, nə komuza, nə də beşbarmağa rast gəlmək mümkün deyil, bunların əvəzində hər səhifədə qırğız ruhu, qırğız dünyasının paralelləri özünü büruzə verir. Bəli, çuxa vətənpərvərliyi ona yaddır, o, öz Vətəninə bütün qəlbi, könlü ilə bağlıdır və bu bağlılıq boğazdan yuxarı şit sözlərdə deyil, onun əsərlərində, onun ilham pərisində öz əksini tapır. Çingiz Aytmatov həm də böyük şəxsiyyət idi, hansısa «dərzinin» müəyyən etdiyi kiçik, dar ölçülərə sığmırdı. O, bir fərd kimi öz xalqına, böyük türk elinə mənsub idi, lakin bir insan, həm də yaradıcı şəxsiyyət kimi bütün bəşəriyyətə məxsus idi, ona görə də onu hansısa aula və ya alaçığa salıb kiçiltmək yolverilməzdir və bu onun ruhuna hörmətsizlik əlaməti olardı. Onu şəxsən tanıyanlar üçün bu itki ikiqat ağırdır, axı o, nurlu bir insan idi.Yəqin ki, onun vətənində, heç olmasa son illərdə yaşadığı Çolpon-atada heykəli qoyulacaq. Lakin o heç minnət götürmək də istəməzdi, axı sağlığında özü özünə möhtəşəm qranit abidə, qədim Romanın böyük şairi Horatsinin sözləri ilə deyilsə, «Əllə düzəldilmiş abidə» yaratmışdır və bəlkə də Mikelanceloya yaxınlaşmaq istəyən bu heykəltəraş onu öz füsünkar ağlı və yorulmaq bilməyən əlləri ilə tökmüşdür. Çingiz Aytmatovun məşhur «Əsrə bərabər gün» əsərinin digər adı «Boranlı qatar dayanacağı» adlanır və minnətdar tatarlar bu roman əsasında film çəkməyə başlamışlar. Onlar müəllifi filmin çəkilməsinə öz məsləhətləri ilə kömək etmək üçün Kazan şəhərinə dəvət etmişdilər. O bura gəldikdən sonra qəflətən xəstələndi və bədbəxtlikdən bu böyrək iltihabı ölümcül xarakter almaqla, adamları tufanlardan qorumağa çalışan bu insanın həyatına son qoydu. Raketlərin gurultusu yeri lərzəyə saldığı kimi, onun möhkəm bədəni bu xəstəliyin xain həmləsinə davam gətirə bilmədi və böyük ümidlərlə yaşayan bir insan boranlı dayanacağın acı taleyini yaşamalı oldu. Çingiz Aytmatov adlı nəhəng çay artıq öz axınını davam etdirə bilmədi və «o dünya» adlanan səhralığın qumlarında mənşəyini tapdı. Telman ORUCOV mediaforum
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İranda bir ayda 79 məhbus edam edilib
Əhvaz ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İranda daha səkkiz məhbus edam edildi
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
İraq da İranla sərhəddi bağladı
Təbrizdə iki hüquqşünas həbs edilib
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi