KİV: Yəməndə SEPAH-ın Qüds Qüvvələri komandiri öldürülüb
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
Səudiyyə Ərəbistanı təyyarəsi Tehran hava limanına eniş edib
Müharibə repressiyaları gücləndirib- Mai Sato
Şəbistərdə silahlı insident- Ölən var
SEPAH İraqın şimalında kürd bazalarını vurdu
Ərəb koalisiyası Husilərin raket anbarlarını məhv etdi
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır
Azərbaycan QHT-ləri Pezeşkiana müraciət etdi
Azərbaycanla Özbəkistan arasında iki saziş təsdiqlənib
İranın birinci vitse-prezidenti azərbaycanlı qızlarla bağlı fərman verdi
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
Ocanda əfqanistanlılar həbs edilib
ETN: İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir
Nazirlik: İranda Azərbaycan dilində məktəb yoxdur, azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Müharibəyə görə İranda daha dörd nəfər həbs edildi
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
İran ABŞ-yə Pakistan vasitəsilə yeni təklif göndərib
Səmərqənd ətrafında diplomatik gərginlik: Özbəkistan İrana rəsmi etiraz notası verdi
Tahir Nəqəvi məcburi etiraf üçün təzyiqlərlə üzləşir
Salar Taher Əfşarın ikinci doğum günü həbsxanada keçir
Pezeşkian: “Nə müharibə, nə sülh” vəziyyəti insanları çörək dərdinə salıb
Təbriz meriyasının sürücüləri maaş əvəzinə işdən çıxarılmaqla hədələnirlər
Tramp: Ya İran razılaşacaq, ya da işi bitirəcəyəm
“The Hill”: ABŞ ordusu İrana yenidən zərbə endirmək üçün variantlar hazırlayıb
Xəzər dənizinin şimalında bir sıra adalar materiklə birləşib
Bu gün, 25 oktyabr — Azərbaycan Respublikasında Qubadlı Şəhəri Günüdür
BƏƏ Rəs əl-Xeymə əmirliyinin bütün çimərliklərini növbəti xəbərdarlığadək bağlayıb
Qalibaf Hindistanda BRICS-in parlamentlərarası toplantısında iştirak etməyəcək
Almaniya İranın Hamburqdakı Bank Saderat filialının ləğvi barədə qərar verib
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
“Ayrılıq” şairinin həsrətləri: Şərifə Cəfərinin Fərhad İbrahimi haqqında xatirələri
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb
İranda dollar 400 min tümənə yüksələ bilər: hökumət 80–90 faizlik inflyasiyani qəbul edib
Livan şiələri Hizbullahın silahları barədə nə düşünür?
Pezeşkian Moskvaya səfər edəcək
Vəfa Quluzadə: «ABŞ-Iran münasibətlərində irəliləyişin olmaması narahatedici faktdır və bu cür qarşıdurma yalnız müharibə ilə nəticələnə bilər» Bir müddət səngiyən ABŞ-Iran arasında hərbi toqquşmaların mümkünlüyü ilə bağlı söz-söhbətlər yenidən gündəmə gəlib. Bu günlərdə ABŞ prezidenti Corc Buş Italiya telekanallarından birinə müsahibəsində bildirib ki, Irana qarşı əməliyyatlar onun masası üzərində olan hücum variantlarından biri ola bilər. Amma bununla belə, bəzi ekspertlər C.Buşun prezidentlik səlahiyyətlərinin sonuna az müddət qalmış Tehrana qarşı hərbi əməliyyatlara başlayacağını inandırıcı saymırlar. Politoloq Vəfa Qulazədəylə müsahibəmizə bu sualla cavab öyrənməklə başlasaq da, həmsöhbətimizə hazırda beynəlxalq aləmdə aktual olan digər sualları da ünvanladıq: - ABŞ-ın yaxın zamanlarda Irana müxtəlif cür təzyiq etmək cəhdləri hazırda nəzərə çarpır. Çünki bir yandan Irana qarşı iqtisadi, maliyyə, digər yandan isə mənəvi-psixoloji təzyiqlər edilir. Hazırda da dəqiq söyləmək ki, Buşun Italiya telekanalına açıqlaması real niyyətlərə söykənib, bu bir qədər çətindir. Baş verəcəkləri dəqiq pronozlaşdırmaq heç zaman mümkün deyil. Lakin ABŞ-Iran müharibəsinin mümkünlüyünün gündəmə qayıtması təsadüfi deyil. O da istisna deyil ki, Buşun bu bəyanatı növbəti dəfə Iranda daxili vəziyyəti gərginləşdirməyə xidmət edir. O da nəzərdən qaçmamalıdır ki, ABŞ heç zaman Irana zərbə endirmək niyyətini gizlətməyib. Yaranmış vəziyyəti yalnız Iranın öz nüvə proqramlarından əl çəkməsi və Qərblə əməkdaşlıq etməsi çözə bilər. Bütün bunlar olmayınca isə ABŞ-Iran müharibəsi həmişə gündəmdə qalacaq. - Dünya mətbuatı yazır ki, yəhudi lobbisi ABŞ-ın Irana qarşı hərbi əməliyyatlara başlaması üçün Buş administrasiyasına ciddi təzyiqlər göstərir. O da məlumdur ki, ABŞ-la Iran arasında müharibə başlayacağı təqdirdə Tehranın mümkün hədəflərindən biri Israil olacaq. Belə olan halda yəhudi lobbisinin bu cür addımlarını nəylə izah etmək olar? - ABŞ Iranı hədəf götürdüyü zaman burada ən maraqlı ölkə Israil olacaq. Çünki Iranın nüvə silahı Amerika üçün hədəf deyil. Amma Iranın silahları Israilə hədə ola bilər. O da nəzərə alınmalıdır ki, Iran Israilə necə bomba zərbəsi vura bilər ki, onun yaxınlığında Fələstin yerləşir. Belə olan halda Iran müdafiə etdiyi Fələstini də məhv edə bilər. Eyni zamanda bunların hamısı regionda vəziyyətin daha da gərginləşməsinə aparıb çıxarır. ABŞ-Iran qarşıdurması Xomeyni hakimiyyətə gəldiyi gündən davam edir. Uzun müddət keçsə də bu düşmənçiliyə hələ də son qoyulmayıb. Bu vaxta qədər Amerika-Iran münasibətlərində heç bir irəliləyiş, yumuşalma yoxdur. Bu çox narahatedici faktdır və bu cür qarşıdurma yalnız müharibə ilə nəticələnə bilər. - ABŞ-ın Yaxın Şərq siyasətini müəyyənləşdirənlərdən biri olan Respublikaçı konqressmen Mark Kairk mətbuata açıqlamasında bildirib ki, Iranla mümkün müharibə zamanı Türkiyənin proseslərə qarışmamasını istəyir. Onun sözlərinə görə, onların əsas dəstək gözlədikləri ölkələr Azərbaycan, Bəhreyn və Küveytdir... - Bu üç ölkənin adının çəkilməsini çoxları dini faktorlarla, əsasən də şiəliklə əlaqələndirirlər. Amma o nəzərə alınmalıdır ki, Azərbaycan - birincisi dini dövlət deyil. 91-ci ilə qədər Azərbaycan rəsmi surətdə ateist bir dövlət olub. Bu xalq 70 il ərzində öz dinindən məhrum olub. Bir ölkənin isə sırf dini dövlətə çevrilməsi üçün 100 illər vaxt lazımdır. Ona görə Azərbaycandan dini baxımdan nə Iran, nə də Amerika bəhrələnə biləcək. - Sizcə, hərbi əməliyyatlar başlayacağı təqdirdə Azərbaycanın baş verənlərə münasibəti necə olacaq və əslində necə olamlıdır? - Bu çox sadədir. Sözsüz ki, Azərbaycanın rəsmi elan edilmiş mövqeyi öz ərazisindən Irana hücum etməyə imkan verməmək olmalıdır. Əgər Amerika Iranın əleyhinə müharibə aparsa, ilk zərbə Azərbaycan ərazisindən dəyməməlidir və dəyməyəcək də. Digər tərəfdən Azərbaycan ərazisi başqa məqsədlər üçün də istifadə oluna bilər. Birinci zərbədən sonra hərbi əməliyyatlarla bağlı gündəmə gələn yaralılar, humanitar problemlərin çözülməsində Azərbaycan yardım göstərə bilər. ABŞ-ın Irana hərbi zərbə endirməsi üçün Azərbaycan ərazisindən istifadə etməsi vacib deyil. ABŞ-ın bunun üçün kifayət qədər hərbi bazaları var. - Amma ABŞ rəsmilərinin bu cür bəyanatlarının fonunda Iran prezidenti kifayət qədər rahat görünür. Iranın dövlət başçısı bildirib ki, Buşun prezidentlik səlahiyyətləri bitdiyindən onun Irana qarşı müharibə etmək üçün nə gücü, nə də imkanı var... - Bu rahatçılıq Iran prezidentinin hesablamalarından irəli gəlir. O aydın şəkildə görür ki, Iraqda vəziyyət normallaşmağa doğru getmir. Amerika ordusu Iraqda bu cür vəziyyətdə Irana çətin zərbə vurar. Iran rəhbərliyi bunu başa düşür. Tutaq ki, Amerika lap elə gücə sahib oldu ki, hava zərbələri nəticəsində Iranı yarımçökdürülmüş vəziyyətə gətirib çıxardı. Amma bu hələ Iranın tam ram edilməsi demək deyil. Bu baxımdan Buşun müharibəyə başlaya biləcəyi ilə bağlı dediklərini şübhə altına alan Əhmədinejad haqlı da ola bilər. - Bu günlərdə məlum oldu ki, Iran dövləti Avropa banklarındakı 33 milyard dollar vəsaiti Asiya banklarına köçürməyə başlayıb. Bu nəyin göstəricisidir. Iran mümkün sanksiyalardan qorxur, yoxsa bu müharibənin başlamasının əlamətləridir... - Təbii ki, bu addımın məqsədi aydındır. Iran dövləti bu köçürmə ilə vəsaitlərini sanksiyalardan qorumaq istəyir. Çünki hərbi əməliyyatlar başlayacağı təqdirdə Iranın Avropa banklarındakı vəsaitlərinin dondurulması tamamilə realdır. Vəsaitlərin Asiya banklarına köçürülməsi isə onların təhlükəsizliyini müəyyən dərəcədə təmin edir. Bu baxımdan Iranın vəsaitlərini Avropa banklarından çıxarması vəziyyətin həqiqətən də qəliz olduğunu nümayiş etdirir. - Türkiyədə Konstitusiya Məhkəməsinin parlamentin ali məktəblərdə hicablı tələbələrin təhsil ala biləcəyilə bağlı qəbul etdiyi qərarı ləğv etməsi ölkədə yenidən vəziyyəti gərginləşdirib. Proseslər nəylə nəticələnə bilər? - Mən çox təəssüflənirəm ki, bu cür məsələ Türkiyə kimi ölkəni ciddi şəkildə sarsıdır. Buna yalnız heyfslənmək olar. Türkiyənin dostları qardaş ölkənin bu cür problem yaşamasını istəmir. Amma vəziyyətdən çıxış yolunu yalnız Türkiyə xalqı tapa bilər. - Belə fikir səslənir ki, hicabla bağlı məsələ əslində hökumətə bir mesajdır və ictimai rəyin öyrənilməsinə xidmət edir. Bundan sonra AKP-nin bağlanması qərarı gələ bilər. Hadisələrin bu cür gedişatı nəylə nəticələnə bilər? - Türkiyə reallığı ondan ibarətdir ki, AKP geniş xalq kütlələrinə arxalanır. AKP-nin seçkidə qalib gəlməsi təsadüfən baş verməyib. Amma hazırda Türkiyədə cərəyan edən proseslər bu ölkənin gələcəyi baxımından çox təhlükəlidir. Hətta onlar bu istiqamətdə inkişafını davam etdirəcəyi təqdirdə Türkiyənin parçalanmasına belə gətirib çıxara bilər. Türkiyədə islam dəyərlərinə sadiq xalq kütlələri Konstitusiya Məhkəməsinin bu qərarına kəskin reaksiya verərək vətəndaş müharibəsinə də yuvarlana bilərlər. Türkiyə kimi bir ölkədə düşünürəm ki, xalqın rəyi ilə hesablaşmaq lazımdır. Qanuni yolla hakimiyyətə gələn bir partiyanı Konstitusiya Məhkəməsi ləğv edə bilməz. Əvvəllər Türkiyədə hərbi çevrilişlər mümkün idi. Amma indi Türkiyədə mütəşəkkil bir partiya var. - Türkiyədə parlamenti, icra hakimiyyətini nəzarətində saxlayan bir partiyanın Konstitusiya Məhkəməsinin və ordunun əlində aciz görünməsi nəylə bağlıdır? Ümumiyyətlə hazırda Türkiyəni qarışdıran qüvvələr hansı dövlətlərdir? - Həqiqətən də Türkiyəni hazırda bir sıra xarici qüvvələr qarışdırmağa çalışır. O da məlumdur ki, dünyada hazırda antitürk əhval-ruhiyyəsi həm Rusiyada, həm də Avropada hökmrandır. Böyük qüvvələr ona can atırlar ki, Yaxın Şərq regionunda iri dövlətlər olmasın. Çünki kiçik dövlətləri idarə etmək daha asandır. Görək, bu proseslərin sonu nə olacaq. Allah Türkiyəni qorusun! Xəyal azadliq
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İranda bir ayda 79 məhbus edam edilib
Əhvaz ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İranda daha səkkiz məhbus edam edildi
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
İraq da İranla sərhəddi bağladı
Təbrizdə iki hüquqşünas həbs edilib
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi