SON XƏBƏRLƏR

Sivilizasiyaların dialoqu: geriyə yol yoxdur. Heydər Əliyev Fondu fərqli mədəniyyətləri birləşdirir

2021.10.20, 07:36
Sivilizasiyaların dialoqu: geriyə yol yoxdur. Heydər Əliyev Fondu fərqli mədəniyyətləri birləşdirir

Gunaz.tv
Sivilizasiyaların dialoqu: geriyə yol yoxdur Heydər Əliyev Fondu fərqli mədəniyyətləri birləşdirir Müasir dünya üçün müxtəlif dini-mədəni fərqlərə malik toplumların birgə yaşaya bilməsi məsələsi olduqca əhəmiyyətli olub. Dünya üzrə qloballaşma sürtləndikcə avtomatik olaraq bu kimi məsələlər meydana çıxır. Artıq hər hansı milli və ya dövləti məsələ konkret ölkənin sərhədləri daxilində olan reallıqlarla məhdudlaşmır. Düşüncə qlobal miqyasda özünü göstərən faktorları nəzərə almalıdır. Bu isə özlüyündə çoxlu sayda mürəkkəb proseslər haqqında düzgün mövqe tutmaq deməkdir. Müşahidələr göstərir ki, dünyamız bu məsələni sona qədər həll edə bilməyib. Çünki dünyanın müxtəlif guşələrində hələ də günahsız insanların qanı tökülür, aclıq və yoxsulluq milyonları məhv etdiyi bir halda məhdud sayda insan eyş-işrət içində yaşayır. Təbii ki, hər kəsin bir qisməti var. Ancaq Allahın ədalətinin qarşısını heç kəs ala bilməz. Ona görə də insan övladı sivilizasiyaların dialoqunun ən optimal yolunu axtarıb tapmağa məcburdur. Heydər Əliye Fondunun Azərbaycanda bu problemə aid tədbir təşkil etməsi hər bir prizmadan aktual göründü. Məsələyə Azərbaycan qadınlarının münasibətinin bildirilməsi və bunun üçün dünyanın dörd bir yanından ekspertlərin, siyasətçilərii, mütəxəssislərin gəlməsi böyük məsələdir. Tədbirdə "Sivilizasiyaların dialoqu" adlı beynəlxalq təşkilatın sədri də iştirak edib. Bu səviyyədə Azərbaycan qadınlarının məsələni müzakirə etməsinin təsiri çox ciddi olacaq. Dünya gördü ki, Azərbaycan qadınları elmi-fəlsəfi səviyyədə sivilizasiyalararası münasibətlərin tənzimlənməsi üçün səmərəli işlər görə bilirlər. Bu, Azərbaycanı yanlış formada dünyaya təqdim etmək istəyənlərə tutarlı cavabdır. Ona görə də Heydər Əliyev Fondunun bu tədbiri dövlətçilik və demokratiyanın inkişafı üçün konstruktiv addımdır. Əslində, sivilizasiyaların dialoqu məsələsini siyasətçilər uzun illərdir ki, müzakirə edirlər. Hətta onlar arasında sivilizasiyaların toqquşmasını təxmin edənlər də var. Sivilizasiyaların toqquşmasını qaçılmaz sayanlar xalqlar və millətlər arsında barış və sülhün olmasına inamı olmayanlardır. Onlar daha çox müharibələri, çəkişmələri irəli sürürlər. Ona görə də bu kimi fikirlərdən bir çox siyasətçi istifadə edir. Siyasətçilər fərqli mədəniyyətə və dini inanca sahib ölkələrə qarşı ikili standarlarla siyasət yeritməyə üstünlük verirlər. Bu da müxtəlif faciələrə və müharibələrə səbəb olur. Azərbaycanda keçirilən tədbir isə faktiki olaraq bu kimi mövqe ilə razılaşmamaq deməkdir. Azərbaycan qadınları sivilizasiyaların dialoquna, bir-birini anlamağa, bir-birinin mədəni fərqliliyinə hörmət etməyə dəvət edir. Tədbirdə iştirak edənlər İslam sivilizasiyasının qadınlara verdiyi hüquqları araşdırmağı vacib saydıqlarını bildirməklə, dinimizin özəlliklərini dərindən öyrənməyi təklif ediblər. Onda aydın olacaq ki, İslamda qadınlarla bağlı nə dərəcədə sağlam fikirlər var. Eyni zamanda, bunlar müasirləşmənin qarşısını almamalıdır. İnkişaf həmişə olmalıdır. Azərbaycan tarixən mədəniyyətlərin kəsişdiyi yer olub. Burada Avrasiya məkanının demək olar ki, bütün mədəni özəllikləri maraqlı şəkildə mövcuddur. Azərbaycan kimi İslam mədəniyyəti ilə rus-avropa mədəniyyətini özündə inteqrasiya edən başqa toplum yoxdur. Bunu konkret müşahidələr və mövcud durum təsdiq edir. Ona görə də dünya Azərbaycanın bu unikallığından yararlanmağa çalışmalıdır. Bizim ölkəmiz sivilizasiyaların ortaq yaşaya bilməsi üçün bir nümunə rolunu oynaya bilər. Heydər Əliyev Fondunun təşkil etdiyi tədbirin də əsas qayəsi bundan ibarətdir. Azərbaycan fərqli mədəniyyət və inanc sahiblərinin ortaq vətəni kimi zəngin təcrübəyə malikdir. Çoxlarının bizlərdən bu keyfiyyəti öyrənməsi üçün kifayət qədər imkanı vardır. Əsrlərdir Azərbaycanda yan-yana yaşayan fərqli mədəniyyət və inanc sahibləri bu məntiqi aça bilərlər. Yəhudilər, ruslar, ermənilər, gürcülər və başqa xalqlar özləri Azərbaycanda türklərin onlarla sivil davranmalarının fəlsəfəsini söyləməlidirlər. Qürurla deyə bilərik ki, bu məsələdə Azərbaycanla müqayisə oluna biləcək ikinci bölgə dövləti yoxdur. Heydər Əliye Fondunun təşkil etdiyi tədbirin mühüm mesajlarından biri də bundan ibarətdir. Gec və ya tez bütün dünya Azərbaycanın bu dostluq, əməkdaşlıq və sülh missiyasını qəbul edəcək. Yetər ki, müstəqil dövlətimiz və azadlığımız əbədi olsun. Şahin Məhəmmədoğlu olaylar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar