KİV: Yəməndə SEPAH-ın Qüds Qüvvələri komandiri öldürülüb
Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
Səudiyyə Ərəbistanı təyyarəsi Tehran hava limanına eniş edib
Müharibə repressiyaları gücləndirib- Mai Sato
Şəbistərdə silahlı insident- Ölən var
SEPAH İraqın şimalında kürd bazalarını vurdu
Ərəb koalisiyası Husilərin raket anbarlarını məhv etdi
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır
Azərbaycan QHT-ləri Pezeşkiana müraciət etdi
Azərbaycanla Özbəkistan arasında iki saziş təsdiqlənib
İranın birinci vitse-prezidenti azərbaycanlı qızlarla bağlı fərman verdi
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
Ocanda əfqanistanlılar həbs edilib
ETN: İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir
Nazirlik: İranda Azərbaycan dilində məktəb yoxdur, azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Müharibəyə görə İranda daha dörd nəfər həbs edildi
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
İran ABŞ-yə Pakistan vasitəsilə yeni təklif göndərib
Səmərqənd ətrafında diplomatik gərginlik: Özbəkistan İrana rəsmi etiraz notası verdi
Tahir Nəqəvi məcburi etiraf üçün təzyiqlərlə üzləşir
Salar Taher Əfşarın ikinci doğum günü həbsxanada keçir
Pezeşkian: “Nə müharibə, nə sülh” vəziyyəti insanları çörək dərdinə salıb
Təbriz meriyasının sürücüləri maaş əvəzinə işdən çıxarılmaqla hədələnirlər
Tramp: Ya İran razılaşacaq, ya da işi bitirəcəyəm
“The Hill”: ABŞ ordusu İrana yenidən zərbə endirmək üçün variantlar hazırlayıb
Xəzər dənizinin şimalında bir sıra adalar materiklə birləşib
Bu gün, 25 oktyabr — Azərbaycan Respublikasında Qubadlı Şəhəri Günüdür
BƏƏ Rəs əl-Xeymə əmirliyinin bütün çimərliklərini növbəti xəbərdarlığadək bağlayıb
Qalibaf Hindistanda BRICS-in parlamentlərarası toplantısında iştirak etməyəcək
Almaniya İranın Hamburqdakı Bank Saderat filialının ləğvi barədə qərar verib
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
“Ayrılıq” şairinin həsrətləri: Şərifə Cəfərinin Fərhad İbrahimi haqqında xatirələri
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb
İranda dollar 400 min tümənə yüksələ bilər: hökumət 80–90 faizlik inflyasiyani qəbul edib
Livan şiələri Hizbullahın silahları barədə nə düşünür?
Pezeşkian Moskvaya səfər edəcək
"Rusiyanın Azərbaycan ərazisində heç bir anklavı yoxdur" Xələf Xələfov: "Keşişçi dagı" adlanan ərazinin Gurcustanla mubadilə edilməsi muzakirə movzusu deyil" Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun APA-ya müsahibəsi - Türkmənistan və İranla Xəzərin hüquqi statusuna dair danışıqlar hansı mərhələdədir? Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun Bakıya səfəri bu danışıqlara müsbət təsir göstərəcəkmi? - Türkmənistan prezidentinin Azərbaycana səfəri çox böyük tarixi əhəmiyyətə malikdir. Prezidentlər arasında danışıqlar nəticəsində əlaqələrdə yeni meyllər yaranmağa başlanıb. Bu meylləri bərkitmək və daha da inkişaf etdirmək üçün bir çox tədbir həyata keçiriləcək. Azərbaycanın baş nazirinin, xarici işlər nazirinin Türkmənistana səfərləri, hər iki prezidentin sərəncamı ilə iqtisadi əməkdaşlıq komissiyasının yaradılması, onun birinci iclasının nəticəsi olaraq Azərbaycanla Türkmənistan arasında borc məsələsinin tamamilə həll olunması Türkmənistan prezidentinin Azərbaycana rəsmi səfər etməsinə imkanlar yaratdı. Səfər hər iki dövlət, iki dost və qardaş xalq üçün çox böyük tarixi əhəmiyyət kəsb edir. Səfərin çox böyük nəticələri oldu. Əsas nəticələr ondan ibarətdir ki, Türkmənistanla Azərbaycan arasında siyasi münasibətlər normal axarına düşdü, münasibətlərin yeni mərhələdə inkişafı üçün əsas yaradıldı və ən azı iki dövlət arasında siyasi dialoqun bundan sonra da intensiv qaydada davam etdirilməsi, hökumətlər arasında bu dialoqun genişləndirilməsi, iqtisadi sahədə əməkdaşlığın artırılması, konkret layihələrin həyata keçirilməsini təmin edən addımların atılması, xüsusilə iqtisadi əməkdaşlıq çərçivəsində energetika sahəsində olan böyük potensialı nəzərə alaraq konkret əməkdaşlığa başlanması, eyni zamanda humanitar və mədəniyyət sahəsində tarixi köklərə malik olan bu əlaqələrin daha da genişləndirilməsi və dərinləşdirilməsi haqqında qərarlar qəbul edilib. Ən vacib qərarlardan biri isə prezidentlər tərəfindən Azərbaycan-Türkmənistan neft-qaz konfransının Bakıda keçirilməsinə dair razılıq əldə olunmasıdır. Bunun çox böyük əhəmiyyəti var. Birincisi, bu format imkan verir ki, Azərbaycan və Türkmənistan neft-qaz və energetika sahəsində əməkdaşlığa başlasın, öz potensiallarını tutuşdursun, mövcud vəziyyəti araşdırsın və bunun əsasında əməli addımların atılması, konkret layihələrin həyata keçirilməsinə start verilsin. Hal-hazırda konfransın həyata keçirilməsi üçün təşkilatı və hazırlıq işləri aparılır. Bir neçə gün əvvəl sənaye və energetika naziri Natiq Əliyev və mən Türkmənistanda keçirilən neft və qaz konfransında iştirak etdik. Həmin konfransda yalnız Azərbaycan nümayəndə heyəti ən yüksək səviyyədə təmsil olunurdu. Bu onu göstərir ki, bizim əməkdaşlığın artırılması üçün böyük iradəmiz var və hər iki tərəfdən buna qarşılıqlı səylər göstərilir. Xəzərin delimitasiyasına gəldikdə, bu, çox mühüm məsələdir. Bizim bütün danışıqlarımızda və ikitərəfli münasibətlərin inkişafı kontekstində belə bir anlaşma var ki, bu məsələnin ayrıca olaraq işçi qrupları tərəfindən müzakirəsi davam etdirilməlidir. Çalışmalıyıq ki, bu məsələ ilə bağlı hər iki tərəfin mövqeyini yaxınlaşdıraq və ümumi razılaşmanın yaranması üçün bir qərara gələk. Bu məsələnin davam etməsinin ikitərəfli müstəvidə əlaqələrin inkişafına heç bir təsiri olmayacaq. Biz birgə layihələr həyata keçirməyi, o cümlədən enerji sahəsində əməkdaşlığı nəzərdə tuturuq, paralel olaraq isə Xəzərin delimitiasiyası məsələsinin müzakirəsi davam etdiriləcək. Delimitasiya çərçivəsində əsas məqamlardan biri ondan ibarətdir ki, tərəflərin bu məsələni həll etməyə böyük iradəsi var, bu, hər iki dövlət başçısının nəzarətində olan məsələdir və onların bununla bağlı təlimatları var. Bu təlimatlar əsasında işçi qruplar mütəmadi olaraq danışıqları davam etdirəcək. Son danışıqlar Aşqabadda keçirilib, bir çox məsələ müzakirə edilib. Ancaq bəzi açıq məsələlər ətrafında ekspertlər səviyyəsində iş davam etdirilir. Bu, orta xəttin koordinatların qurulması üçün elementlərin razılaşdırılması, xəritə-topoqrafik materialların öyrənilməsi və digərləridir. Bu gün danışıqlar çərçivəsində mövcud olan potensial belə deməyə əsas verir ki, mühüm və müsbət nəticələrin əldə olunmasına imkan yaranacaq. Danışıqlar nəticəsində yaxın zamanlarda məsələnin həllinə, hər iki tərəf üçün məqbul variantın qəbuluna nail olacağımıza ümid edirik. - SSRİ-nin İranın dənizdəki payı neçə faiz təşkil edib? İran mənbələri həmin vaxt ölkələrinin dənizin yarısına sahib olduğunu iddia edir... - Təəssüf ki, sovetlər dövründə Xəzər dənizində hüquqi məsələlər həyata keçirilməyib, məsələ yalnız 1921 və 1940-cı il sazişləri çərçivəsində tənzimlənirdi. Həmin sazişlərə görə, sərbəst ticarət gəmiçiliyi prinsipi müəyyən olunmuşdu. Yəni, SSRİ və İranın ticarət gəmiləri dənizdə sərbəst hərəkət edə bilərdi, 10 mil enində balıqçılıq yurisdiksiyası müəyyən olunmuşdu, bu ərazidə onların balıq tutmaq icazəsi vardı. Eyni zamanda müəyyən təcrübələr tətbiq olunurdu. Məsələn, mineral ehtiyatlardan istifadə ilə əlaqədar demək olar ki, bölgü təcrübəsi formalaşmışdı. SSRİ İrandan asılı olmadan öz sektorunda mineral ehtiyatların hasilatı ilə məşğul olurdu, Neft Daşlarında 40-cı illərdən neft çıxarılmasına başlanmışdı. Nəinki İranla, hətta keçmiş SSRİ respublikaları arasında 70-ci illərdən başlayaraq bölgü prinsipi əsasında mineral ehtiyatların istifadəsi həyata keçirilirdi. Yəni, faktiki olaraq, həm İran və SSRİ arasında təcrübəyə əsaslanan şərti sektor mövcud idi, həm də SSRİ respublikaları arasında Xəzərdə iqtisadi fəaliyyət həyata keçirmək üçün sektorlar müəyyən olunmuşdu. Xəzər dənizində ümumi beynəlxalq hüquq səviyyəsində olan təcrübələr mövcud olub. SSRİ süquta uğrayandan sonra da bu qaydalar qüvvədə qalıb. Çünki hüquqi vakuumun yaranması mümkün deyildi, əks halda anarxiya yaranardı. Bu hüquqi qaydalar indi də qüvvədədir. Azad ticarət gəmiçiliyi həyata keçirilir, 10 mil enində balıqçılıq yurisdiksiyası əsas götürülür və s. İranın dənizin 50 faizinə malik olduğu barədə fikirlərin isə heç bir hüquqi əsası yoxdur. Xəzər dənizi ölkələri arasında ümumi razılıq əldə olunub ki, iqtisadi fəaliyyət baxımından Xəzərin mineral ehtiyatlarının istifadəsi baxımından dəniz sektorlara bölünməlidir. Praktiki olaraq bu işə başlanıb və demək olar ki, yarıdan çoxu artıq həyata keçirilib. Qazaxıstan və Rusiya ilə bu məsələni tam bitirmişik, müvafiq sazişlər imzalanıb. Xəzərin şimal hissəsində bu sazişlərə əsasən, tam hüquqi mənada üç ölkə arasında bu məsələləri tam tənzimləmək imkanı əldə etmişik. İnanıram ki, tətbiq edilən bölgü prinsiplərinin Xəzərin digər hissələrində, digər ölkələrlə də tətbiqi üçün böyük əsas var. Bu istiqamətdə biz həm Türkmənistan, həm də İranla danışıqları davam etdiririk. İranla Azərbaycan arasında mütəmadi fəaliyyət göstərən işçi qrupu var, biz vaxtaşırı bu məsələyə qayıdırıq, mövqelərimizi tutuşdururuq, danışıqları davam etdiririk. Əvvəllər İran tərəfdən bu məsələ ilə Mehdi Səfəri məşğul olurdu, indi isə bu vəzifə İran xarici işlər nazirinin birinci müavini Əlirza Şeyx Əttara həvalə olunub. İranla da ikitərəfli münasibətlərin potensialı və səviyyəsi bu məsələlərin danışıqlar çərçivəsində həllinə dair danışıqları davam etdirməyə imkan verir. - Tehran sammitində Bakıda Xəzərin təhlükəsizlik məsələlərinə həsr olunmuş konfransın keçirilməsi nəzərdə tutulmuşdu. Bu konfrans nə vaxt keçiriləcək? - Təhlükəsizlik aspektlərinə aid olan bir çox təklif vardı. Məsələn, Rusiya Kasfor yaratmağı, Qazaxıstan etimadı gücləndirən saziş bağlamağı, İran isə başqa bir təşkilat yaratmağı təklif edir. Tehran sammitində Xəzərin bütün problematikası müzakirə olunduğu çərçivədə bu məsələlər də qaldırılmışdı. Təhlükəsizlik məsələlərinin kompleks məsələ olduğu nəzərə alınaraq, bununla bağlı ümumi müzakirələrin aparılması təklif edildi. Xəzərin hüquqi statusuna dair ekspert iclası Bakıda keçiriləcəyindən təhlükəsizliklə bağlı ekspert iclasının da Azərbaycanda keçirilməsi təklif olundu. Biz də belə fikrə gəldik ki, mövcud olan təhlükəsizlik məsələlərinə aid bütün təklifləri ümumiləşdirək, onun əsasında bir layihə hazırlayaq və ekspertlərin müzakirəsinə təqdim edək. Təhlükəsizlik məsələləri çox geniş fəaliyyətlərə aid edilir. Buraya Xəzər dənizində müxtəlif qeyri-qanuni fəaliyyətlərin - terrorizm, qaçaqmalçılıq, silah alveri, insan alverinin qarşısının alınması, Xəzəryanı ölkələrin, onların Xəzər dənizində həyata keçirdiyi fəaliyyətin, mineral ehtiyatların hasilatı ilə məşğul olan şirkətlərin yüksək həcmli investisiyalarının təhlükəsizliyi və s. daxildir. Bunlar hamısı kompleks məsələlərdir. Eyni zamanda təhlükəsizlik məsələləri kimi, hərbi qüvvələrin mövcudluğu, onların gələcək fəaliyyəti, yerdəyişməsi, hərbi gəmilərin hərəkətləri - bunlar hamısı müəyyən bir sənəddə əksini tapmalıdır. Bütün bunlar müəyyən prinsiplər əsasında tənzimlənməlidir ki, bütün Xəzəryanı dövlətlər bərabər təhlükəsizlik tədbirləri ilə təmin olsun, bərabər təhlükəsizlik şəraiti yaradılsın. Artıq bunun vaxtı çatıb. Konfrans sammitə qədər baş tutmalıdır. Xəzərin hüquqi statusu ilə bağlı xüsusi işçi qrupun iclasının da Bakıda keçirilməsi nəzərdə tutulur. İclasın tarixi dəqiqləşdirilir, yəqin ki, yay aylarına düşəcək. - "Keşişçi dağı" adlanan ərazini Gürcüstanın mübadilə yolu ilə əldə etmək istəyi varmı? - Bu sahə mübadilə mövzusu deyil. Müxtəlif fikirlərin səslənməsinə baxmayaraq, bu məsələ bu kontekstdə müzakirə olunmur. Azərbaycan-Gürcüstan arasında sərhədlər mövcud sənədlər əsasında razılaşdırılır. Sənədlərin araşdırılması, tutuşdurulması əsasında delimitasiya prosesini davam etdiririk. - Xaçmazın Uryanoba və Xraxoba kəndlərində yaşayan Rusiya vətəndaşlarının problemi həll olunurmu, bu ərazilər Rusiyanın anklavı olubmu? - Rusiyanın Azərbaycan ərazisində heç bir anklavı yoxdur. Həmin problem qeyri-qanuni məskunlaşmanın nəticəsində yaranıb. Sovetlər vaxtında Dağıstanla Azərbaycan arasında mal-qaranın yaylaqlara aparılması üçün qarşılıqlı olaraq yerlər təklif olunub, sonradan insanlar yaşamaq üçün orada evlər tikməyə başlayıblar, bununla da, qeyri-qanuni məskunlaşma baş verib. Sovetlər dağılandan sonra faktiki olaraq bu adamlar Azərbaycan ərazisində qanuni əsası olmayan məskunlaşmış insanlar vəziyyətinə düşüblər. Onların vəziyyəti Azərbaycanın qanunlarına uyğun həll edilməlidir. Ora Azərbaycan ərazisidir, Azərbaycan ərazisində yaşamaq üçün isə hansı qanunlar tələb olunursa, o qanunlara da riayət olunmalıdır. Xarici vətəndaşlar Azərbaycanda uzun müddət məskunlaşıblarsa, ya Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da qanunda nəzərdə tutulan digər formalardan yararlanmalıdırlar. Müvafiq orqanlarımız bu məsələni Azərbaycanın qanunvericiliyi çərçivəsində həll etməlidir. - İran və Türkiyə ilə sərhədlərin demarkasiyası işləri aparılırmı? - Demarkasiya təsbit olunmuş koordinatlar əsasında nişanların vurulması, işlək vəziyyətə gətirilməsidir. İran və Türkiyənin SSRİ ilə dövlət sərhədləri olub. Beynəlxalq varislik hüququna əsasən, böyük dövlətlər parçalanandan sonra onun yerində yaranan dövlətlər avtomatik olaraq dövlət sərhədlərin varisi kimi qəbul olunur. Yəni, biz SSRİ-nin İran və Türkiyə ilə olan dövlət sərhədinin varisiyik. Fiziki surətdə bu nişanlar mövcuddur və dövlət sərhədinin qorunması hər iki tərəfdən həyata keçirilir, Araz çayının məcrasının dəyişməsi nəticəsində sahil-bərkitmə işləri aparılır. Bunlar işçi qaydasında sərhəd xidmətləri və digər xidmətlərin iştirakı ilə həyata keçirilir. Türkiyə ilə 11-12 kilometrə qədər sərhədimiz var ki, burada da demarkasiya işlərinin aparılmasına ehtiyac yoxdur. İrana gəldikdə, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi bu məsələdə də bizə problemlər yaradır. Azərbaycanın İranla sərhədinin 130 kilometrindən çoxu Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olduğundan biz öz sərhədlərimizə nəzarət etmirik. Azərbaycan öz torpaqlarını işğaldan azad edəndən, işğalçı qüvvələr tamamilə oradan çıxarılandan, öz suverenliyimizi bərpa edəndən sonra bu nişanlar qoyulacaq, sərhədin mühafizəsi təşkil olunacaq. - Dağlıq Qarabağ münaqişəsi bitəndən sonra ərazilərin bərpası ilə bağlı beynəlxalq institutların da iştirakı ilə hazırlanan proqramda Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası məsələsi əksini tapıbmı? - Delimitasiya beynəlxalq deyil, iki dövlət arasında olan məsələdir. Bu məsələ heç bir proqrama daxil ola bilməz. Sizin dediyiniz o proqramda isə ərazilərin minalardan təmizlənməsi, infrastrukturun bərpası, rekultivasiya işləri, torpaqların yararlı vəziyyətə gətirilməsi, ekoloji məsələlərin həlli, insanların təhlükəsizliyinin təmin olunması və digər məsələlər var. Sovetlər dövrindən bizim Ermənistanla administrativ-inzibati sərhədlərimiz mövcuddur, bunu təsbit edən sənədlər var. Gələcəkdə işlər məhz həmin sənədlər əsasında, digər keçmiş sovet respublikaları ilə olduğu kimi həyata keçiriləcək. Ermənistanla sülh müqaviləsi əldə olunandan sonra sərhədlər də həmin sənədlər əsasında razılaşdırılacaq. SHERG
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İranda bir ayda 79 məhbus edam edilib
Əhvaz ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İranda daha səkkiz məhbus edam edildi
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
İraq da İranla sərhəddi bağladı
Təbrizdə iki hüquqşünas həbs edilib
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi