SON XƏBƏRLƏR

Şimaldakı qardaşları kimi yaşamaq istəyən İrandakı soydaşlarımız

2021.10.20, 07:36
Şimaldakı qardaşları kimi yaşamaq istəyən İrandakı soydaşlarımız

Gunaz.tv
Şimaldakı qardaşları kimi yaşamaq istəyən İrandakı soydaşlarımız Hazırda İranda əhalinin sosial vəziyyəti o həddədir ki, keçid prosesini başa çatdırmamış Azərbaycan onlardan ötrü cənnətə bənzəyir. Bunu Azərbaycana gələn İran vətəndaşlarının davranışlarında da açıq-aydın müşahidə etmək olar. Onlara baxdıqda İrandakıların sanki neçə illərdir cəhənnəmdə yaşadığını və ağır əzablara məruz qaldıqlarını düşünməmək olmur. Müqayisə üçün qeyd etmək lazımdır ki, İran neft ehtiyatına görə Azərbaycanı da qabaqlamaqla dünyada dördüncü yerdədir. Buna baxmayaraq, indi İran vətəndaşları öz ölkələrində aclıq və kasıbçılıqdan əziyyət çəkməkdə, benzinin talonla verilməsi səbəbəbindən saatlarla növbələrdə durmaqdadırlar. Sadəcə, bayram günlərində benzinin talon verilməsi ilə əlaqədar qoyulmuş məhdudiyyətlər bir qədər yüngülləşdirilmişdir, bu da olmasaydı yəqin ki, İran vətəndaşlarının çoxu hətta öz şəxsi avtomobilləri ilə də Azərbaycana gələ bilməzdilər. Novruz tətili ilə əlaqədar səyahətə çıxanlar arasında maşınlarının benzin bakını tamamilə doldurmaq istəyən iranlılar isə daha çox ödəmə etmək məcuriyyətində qalmışlar. Qeyd olunurdu ki güya İİR-in Neft naziri benzinin satışı ilə əlaqədar əlavə tədbirlər görmüşdür. Əslində isə nəzərdə tutulumuş əlavə benzinin qiyməti normal tariflərdən dörd dəfə baha olmuşdur. Hazırda İranda vəziyyət elədir ki, inflyasiya və işsizlik səbəbindən ailə büdcələri məhv edilmiş iranlıların əksəriyyəti hətta aylıq talon sisteminə uyğun onlara verilən və nisbətən ucuz hesab edilən 120 litr benzinin pulunu belə güclə ödəyirlər. Neft nazirinin bu “hədiyyəsindən” isə yalnız “xoşbəxt azlıq” faydalana bilmişdir. Baxmayaraq ki, İranın neft mədənləri fantan vurmaqdadır, lazımı səviyyədə neft emalı zavodlarının olmaması benzinin itirilməsinə, eləcə də göz görə-görə neft və digər faydalı kimyəvi məhsulların “yanmasına” səbəb olmaqdadır. Hazırda İran öz ehtiyaclarını təmin etmək üçün neftin yarıdan çoxunu xaricdə emal etmək məcburiyyətindir. Bir mənfi hal da blə ortaya çıxıb ki, artıq bu sahədə fəaliyyət göstərən xarici kompaniya və dövlətlər də İİR-lə iş birliyində həvəs nümayiş etdirmirlər. BMT TŞ-nin sanksiyaları səbəbindən iranlı idxalçılar benzinə ödəmək üçün tələb olunan kredit məktublarının (L/C) və kreditlərin alınmasında, eləcə də xarici valyutanın əldə edilməsində çətinliklərlə üzləşmişlər. Hətta əvvələr bu sahədə İranın əsas tərəfdaşlarından hesab edilən Hindistanın neft emalı müəssisələri də artıq bu ölkəyə benzin, dizel və ya digər yanacaq məhsullarının satılmasında bir o qədər istək göstərmir. Sözügedən Hindistan müəssisələrindən birinin mətbuat nümayəndəsi hətta onların firmalarının İranla işbirliyini dayandırmaqdan başqa seçimlərinin olmadığını bidirmişdir. O, həmçinin əlavə etmişdir ki, neft şirkətləri xoşlayırlar ki, alıcılar onları L/C-lərlə təmin etsinlər və yaxud da məhsulun çatdırılacağı vaxta yaxın bir tarixdə ödəmə edəcəkləri ilə bağlı onlara hər hansı bir bankın təminat sənədini göndərsinlər. Lakin BMT TŞ-nin sanksiyası əsasında əksər banklarının fəaliyyətlərinin məhdudlaşdırılması səbəbindən İran belə bir təminat sənədini təqdim edə bilmir. Məhz bu amilin üzərində dayanan hindistanlı iş adamı qeyd etmişdir ki, ödəmələri nəzərdə tutduqda onun firmasının İranla biznes qurmasının riski çox böyükdür. Göründüyü kimi, şimaldakı qardaşlarından fərqli olaraq İranda yaşayan Azərbaycanlıların taleləri onları acı həqiqətlə barışmaq məcburiyyətində qoymuşdur. Onların yeganə təsəlliləri isə imkan tapdıqda Azərbaycana gəlib qısa müddətdə olsa normal şəraitdə yaşamalarıdır. Neft ölkəsi olmasına baxmayaraq, İranda yaşayan əhalinin vəziyyətini gördükdə onların Azərbaycanı özləri üçün cənnət hesab etmələrini normal qarşılamaq lazım gəlir. www.araztm.org

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar