SON XƏBƏRLƏR

Xarici arxivlərdə tədqiqat aparılmalıdır

2021.10.20, 07:36
Xarici arxivlərdə tədqiqat aparılmalıdır

Gunaz.tv
Xarici arxivlərdə tədqiqat aparılmalıdır Dövlət bunun üçün vəsait ayırmalıdır Böyük Britaniyadan gətirilən arxiv sənədlərinin ayrılıqda hər biri ilə alimlər məşğul olmalıdır. Sənədlərin hər biri əsasında kitab yazılmalıdır. Bunu Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov deyib. Onun sözlərinə görə, ayrı-ayrı ölkələrdə tədqiqat işi aparmaq üçün dövlət tərəfindən vəsait ayrılmalıdır: "Bir alimi iyirmi günlük məzuniyyətə göndərməklə tədqiqat aparmaq olmaz. Biz xarici ölkələrdə yerləşən arxiv sənədləri üzərində tədqiqat aparmalı və tariximizi ilkin mənbədən olduğu kimi öyrənməliyik". Qeyd edək ki, Böyük Britaniyadan arxiv sənədləri prezidentin AXC-nin 90 illiyi ilə əlaqədar verdiyi sərəncama uyğun olaraq gətirilib. ("OLAYLAR"İA) ------------------------------------------------------------------------------ Danimarkada «Miss hicab» müsabiqəsi keçirilib 20080611215931_1.jpg Danimrkanını «DR1» telekanalı hicablı müsəlman xanımları arasında gözəllik və dəb yarışması keçirib. Müsabiqədə 46 hicablı qadın iştirak edib. Müsabiqəninin qalibi adını isə İraqdan olan 18 yaşlı Huda Falah qazanıb. Huda Fəlah müsabiqədə danimarkalı yeniyetmələrlə immiqrant müsəlmanlar arasında qarşılıqlı münasibətləri daha da yaxşılaşdırmaq məqsədi ilə iştirak etdiyini deyib. Onun sözlərinə görə, hicab qadının ən yaxşı dostudur. «Qadın almaz kimidir. Onu hamıya göstərmək olmaz». Müsabiqənin qalibi mükafat qismində iPod, Danimarka moda evlərindən birində hazırlanmış hicab və «Muslim Girl Magazine» jurnalına bir illik abunə haqqı qazanıb. 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar