Reuters: Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır, İrandan on milyonlarla dollar alıb
“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
Səudiyyə Ərəbistanı təyyarəsi Tehran hava limanına eniş edib
Müharibə repressiyaları gücləndirib- Mai Sato
Şəbistərdə silahlı insident- Ölən var
SEPAH İraqın şimalında kürd bazalarını vurdu
Ərəb koalisiyası Husilərin raket anbarlarını məhv etdi
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır
Azərbaycan QHT-ləri Pezeşkiana müraciət etdi
Azərbaycanla Özbəkistan arasında iki saziş təsdiqlənib
İranın birinci vitse-prezidenti azərbaycanlı qızlarla bağlı fərman verdi
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
Ocanda əfqanistanlılar həbs edilib
ETN: İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir
Nazirlik: İranda Azərbaycan dilində məktəb yoxdur, azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Müharibəyə görə İranda daha dörd nəfər həbs edildi
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
İran ABŞ-yə Pakistan vasitəsilə yeni təklif göndərib
Səmərqənd ətrafında diplomatik gərginlik: Özbəkistan İrana rəsmi etiraz notası verdi
Tahir Nəqəvi məcburi etiraf üçün təzyiqlərlə üzləşir
Salar Taher Əfşarın ikinci doğum günü həbsxanada keçir
Pezeşkian: “Nə müharibə, nə sülh” vəziyyəti insanları çörək dərdinə salıb
Təbriz meriyasının sürücüləri maaş əvəzinə işdən çıxarılmaqla hədələnirlər
Tramp: Ya İran razılaşacaq, ya da işi bitirəcəyəm
“The Hill”: ABŞ ordusu İrana yenidən zərbə endirmək üçün variantlar hazırlayıb
Xəzər dənizinin şimalında bir sıra adalar materiklə birləşib
Bu gün, 25 oktyabr — Azərbaycan Respublikasında Qubadlı Şəhəri Günüdür
BƏƏ Rəs əl-Xeymə əmirliyinin bütün çimərliklərini növbəti xəbərdarlığadək bağlayıb
Qalibaf Hindistanda BRICS-in parlamentlərarası toplantısında iştirak etməyəcək
Almaniya İranın Hamburqdakı Bank Saderat filialının ləğvi barədə qərar verib
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
“Ayrılıq” şairinin həsrətləri: Şərifə Cəfərinin Fərhad İbrahimi haqqında xatirələri
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb
İranda dollar 400 min tümənə yüksələ bilər: hökumət 80–90 faizlik inflyasiyani qəbul edib
Livan şiələri Hizbullahın silahları barədə nə düşünür?
Pezeşkian Moskvaya səfər edəcək
Iranda daha altı məhbus edam edilib
"Əbülfəz Elçibəy demokratik seçkilər yoluyla hakimiyyətə gəlmiş ilk prezident kimi tarixdə qalacaq" "O, Azərbaycan siyasətinə yüksək əxlaq gətirdi" İyunun 24-də Milli Azadlıq Hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin 70 illik yubileyi qeyd olunacaq. Elçibəyin keşməkeşli həyat yoluna nəzər salmaq üçün siyasətçilərimiz, ziyalılarımızla söhbətləşdik. Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin müavini Nurəddin İsmayılov Əbülfəz Elçibəyin bir insan kimi yüksək mənəvi keyfiyyətlərə malik olduğunu söylədi: "Əbülfəz bəy mənim yaddaşımda bir xalq adamı və millətin sevdiyi bir insan kimi qalıb. Tural Rasimoğlu Dəfələrlə şahidi olmuşam ki, Əbülfəz Elçibəyi hakimiyyəti təhvil verməkdə, bacarıqlı siyasi lider, prezident olmamaqda günahlandıranlar belə ona qarşı xüsusi qəzəblə danışmayıblar. Əksinə, həmin adamlar Əbülfəz bəyə xüsusi bir sevgiylə yanaşıblar. Bu da ondan irəli gəlir ki, Əbülfəz Elçibəy xarizmatik lider idi. O, xalqını həddindən artıq çox sevirdi və həyat qayəsi imkan verirdi ki, xalq onu sevsin. Əbülfəz bəy Azərbaycan xalqını simvolizə edən Məhəmməd Əmin Rəsulzadə, Əli Mərdan bəy Topçubaşov, Nəsib bəy Yusifbəyli, 1937-ci ildə repressiyaya uğramış görkəmli ziyalılarımızın nəslindən olan işıqlı sima biri kimi yaddaşımda qalıb. Eyni zamanda Əbülfəz Elçibəy demokratik seçkilər yoluyla hakimiyyətə gəlmiş ilk prezident kimi tarixdə qalacaq". Milli İstiqlal Partiyasının Siyasi Şurasının üzvü Əli Orucov Əbülfəz Elçibəyin böyük şəxsiyyət, tanınmış ideoloq olduğunu bildirdi. AMİP rəsmisi eks-prezidentin Azərbaycanın istiqlaliyyəti tarixində özünəməxsus dəst-xəttinin olduğunu vurğuladı: "Azərbaycan xalqı tarixdə belə şəxsləri çox az-az yetişdirir. Təbii ki, milli hərəkatda Əbülfəz bəyin xidmətləri danılmaz və əvəzsizdir. O, Azərbaycan cəmiyyətinə böyük ideyalar verən bir siyasi-ideoloji məktəb yaradıb. O, xalqın arasından çıxan, millətin qayğıları və problemlərilə yaşayan nadir şəxslərdən biri olub. Həmişə bu fikirdə olmuşam və ki, belə böyük ürəkli insanlar həmişə dövlət rəhbərliyində uğur qazanmaqda çətinlik çəkirlər. Uzun illər keçsə belə, Əbülfəz Elçibəy xoş xatirələrlə yaddaşlarda qalacaq". Daim Elçibəyin gözəl xarakterə malik insan kimi xatırlanacağını deyən Azərbaycan Ziyalılar Hərəkatının rəhbəri Eldəniz Quliyev onun ziyalı sözünə dəyər verən genişqəlbli rəhbər kimi də anılacağını bildirdi: "Şəxsən mən o insanlardanam ki, bu qeyri-adi müsbət keyfiyyətlərə malik olan rəhbərlə prezident olanda görüşmüşəm. O vaxt Xocalı harayı filmini çəkərkən bəzi çətinliklərimiz yaranmışdı ki, bu işə prezident qarışmalı oldu. O zaman Elçibəyin bizimlə cəmi beş dəqiqə görüşəcəyini desələr də, prezidentin yanında saat yarımdan çox oturduq. Çox maraqlı bir söhbətimiz alındı. Mərhum prezident bizə "incəsənət xadimləri olaraq bizim işimizdən razısınızmı?" sualını verdi. Bu suala cavab verərkən icazə alaraq səriştəsiz kadrlarla bağlı lətifəni danışdım. Təbii ki, söhbətimizin belə səmimi alınması prezidentin insanlarla yaratdığı gözəl mühitlə bağlı idi". Əbülfəz Elçibəyin vicdanlı, təmiz və yaxşı insan olduğunu deyən Eldəniz Quliyev bir dövlət başçısı kimi bəzən bu cür keyfiyyətlərin ona mane olduğunu vurğuladı: "O dövr üçün belə göründü ki, dövlət başçısı üçün belə keyfiyyətə malik olmaq hələ kifayət deyil. Daim onun səmimiyyətini dəyərləndirirəm. Münasibətlərdə səmimi ünsiyyət qurmağa çalışması onun ən böyük insani keyfiyyətlərindən biri idi". Müsavat Partiyası Divanının üzvü Almaz Əliqızı Əbülfəz Elçibəy kimi tarixi şəxsiyyətlə ünsiyyətdə olmağının onun üçün şərəf olduğunu bildirdi: "O, çox sevdiyim və pərəstiş etdiyim, xalqın içərisindən çıxmış böyük siyasətçi və Milli Azadlıq Hərəkatının lideri olub. Əbülfəz bəy böyük vətənpərvər və millətini sevən bir şəxsiyyət kimi yaddaşlarda qalacaq. Əbülfəz bəylə bağlı xatirələrim çoxdur. Ən yadda qalan xatirəm isə ilk dəfə Əbülfəz bəyi gördüyüm vaxtlar olub. Yəni 70-ci illərdə onu Novruz bayramı şənliyində gördüm. Əbülfəz bəy izdihama daxil olarkən onu xüsusi maraqla qarşılayırdıq. O, son dərəcə vətənə bağlı adam və milli adət ən-ənələrimizi sevən şəxs idi. Bir neçə dəqiqənin içərisində müxtəlif bahənələrlə milis bayram şənliyini pozdu. Sovet dövründə onun adi bir gəlişindən, hər hansı tədbirdə iştirakından qorxurdular. İlk dəfə onunla məni ziyalılarımız tanış etdilər. Sonra tale elə gətirdi ki, Milli Azadlıq Hərəkatına qoşuldum və həmişə Əbülfəz bəyin həndəvərində oldum. Mən fəxr edirəm ki, bu cür gözəl bir insanla müəyyən yerlərdə yanaşı addımlamışam. Bütöv Azərbaycan ideyasını daşıyıcısı kimi Əbülfəz bəylə bağlı mətbuatda yubiley yazıları dərc etdirəcəyəm. İndi Əbülfəz Elçibəyə həsr olunmuş "Böyük ömrün anları" adlı bir kitab çap etdirirəm. Ömür vəfa etsə bir kitab da nəşr etdirəcəyəm". Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Əbülfəz Elçibəyin prezidentin Qarabağ məsələsinə xüsusi önəm verdiyini, Qarabağla yaşadığını bildirdi. QAT sədri eks-prezidentin gözəl xasiyyətə malik olduğunu söylədi: "Əbülfəz Elçibəyi xatırlanması həmişə xoş təəssüratlarla olur. Belə xatirələrdən biri 1983-cü ilin qışında Moskvada tələbəçilik illərində olub. Hələ hərəkat başlamamışdı. Amma demokratik və milli düşüncəli tələbələrin arasında Əbülfəz bəy tanınırdı. Əbülfəz Elçibəy həmin vaxtda Moskvada Əlyazmalara İnstituna gələrək kurs keçirdi. Həmin vaxt bunu eşidəndə onu tələbə autidoriyamıza dəvət etdik. Əbülfəz bəylə Azərbaycanın gələcəyi və müstəqilliyilə bağlı xeyli söhbətimiz oldu. Həmin görüşdə o bir ifadə işlətdi ki, siz əlini qoynuna qoymuş dekabristlərə oxşayırsız. Amma darıxmayın, sizin vaxtınız gələcək və siz də öz mövqeyinizi və səsinizi Azərbaycanda səsləndirəcəksiniz. Xatırlayıram ki, 1999-cü ildə Qarabağ və BMT qətnamələrinin yerinə yetirilməsi tələbilə bir aylıq aclıq aksiyası keçirdik və son görüşlərimizdən biri də burada oldu. Elçibəy bizə baş çəkməyə gəlmişdi. Bizimlə Qarabağla bağlı maraqlı söhbətlər etdi və vəziyyətə düzgün qiymətləndirdi. Onun həmişə səmimiliyini və Azərbaycan türk millətinə bağlılığını dəyərləndirmişəm. Əbülfəz Elçibəyin müsbət keyfiyyətləri çox idi. Amma onun daha çox təmizliyi, saflığı və millətə bağlılığı mənim diqqətimi çəkib". Ümid Partiyasının icra aparatının rəhbəri Nəsimi Məmmədli Milli Azadlıq Hərəkatının liderinin yüksək mənəvi keyfiyyətlərə sahib olduğunu bildirdi: "Əbülfəz bəyi Milli Azadlıq Hərəkatının lideri və çağdaş Azərbaycanın siyasətində xüsusi dəsti-xətti olan, milli siyasətdə müstəsna xidmət göstərmiş bir şəxsiyyətdir. O, Azərbaycan siyasətinə yüksək əxlaq gətirdi. Siyasi rəqiblərlə münasibətlərdə, o cümlədən daxili və xarici siyasətdə Azərbaycan milli maraqlarının qorunması istiqamətində heç kəsin nə ona qədər nə də ki, ondan sonra təkrar etmədiyi bir siyasətin müəllifidir". xalqcebhesi
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İranda bir ayda 79 məhbus edam edilib
Əhvaz ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İranda daha səkkiz məhbus edam edildi
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
İraq da İranla sərhəddi bağladı
Təbrizdə iki hüquqşünas həbs edilib
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi