“Məkkə Sazişi” ölkələrinin yüksək səviyyəli rəsmiləri İranda səfərdədir
Səudiyyə Ərəbistanı təyyarəsi Tehran hava limanına eniş edib
Müharibə repressiyaları gücləndirib- Mai Sato
Şəbistərdə silahlı insident- Ölən var
SEPAH İraqın şimalında kürd bazalarını vurdu
Ərəb koalisiyası Husilərin raket anbarlarını məhv etdi
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır
Azərbaycan QHT-ləri Pezeşkiana müraciət etdi
Azərbaycanla Özbəkistan arasında iki saziş təsdiqlənib
İranın birinci vitse-prezidenti azərbaycanlı qızlarla bağlı fərman verdi
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
Ocanda əfqanistanlılar həbs edilib
ETN: İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir
Nazirlik: İranda Azərbaycan dilində məktəb yoxdur, azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Müharibəyə görə İranda daha dörd nəfər həbs edildi
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
İran ABŞ-yə Pakistan vasitəsilə yeni təklif göndərib
Səmərqənd ətrafında diplomatik gərginlik: Özbəkistan İrana rəsmi etiraz notası verdi
Tahir Nəqəvi məcburi etiraf üçün təzyiqlərlə üzləşir
Salar Taher Əfşarın ikinci doğum günü həbsxanada keçir
Pezeşkian: “Nə müharibə, nə sülh” vəziyyəti insanları çörək dərdinə salıb
Təbriz meriyasının sürücüləri maaş əvəzinə işdən çıxarılmaqla hədələnirlər
Tramp: Ya İran razılaşacaq, ya da işi bitirəcəyəm
“The Hill”: ABŞ ordusu İrana yenidən zərbə endirmək üçün variantlar hazırlayıb
Xəzər dənizinin şimalında bir sıra adalar materiklə birləşib
Bu gün, 25 oktyabr — Azərbaycan Respublikasında Qubadlı Şəhəri Günüdür
BƏƏ Rəs əl-Xeymə əmirliyinin bütün çimərliklərini növbəti xəbərdarlığadək bağlayıb
Qalibaf Hindistanda BRICS-in parlamentlərarası toplantısında iştirak etməyəcək
Almaniya İranın Hamburqdakı Bank Saderat filialının ləğvi barədə qərar verib
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
“Ayrılıq” şairinin həsrətləri: Şərifə Cəfərinin Fərhad İbrahimi haqqında xatirələri
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb
İranda dollar 400 min tümənə yüksələ bilər: hökumət 80–90 faizlik inflyasiyani qəbul edib
Livan şiələri Hizbullahın silahları barədə nə düşünür?
Pezeşkian Moskvaya səfər edəcək
Iranda daha altı məhbus edam edilib
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Moskvanın "Kosmos" hotelində Rusiyanın aparıcı radikal-millətçi, şovinist və ksenofob təşkilatlarının rəhbərlərinin iştirakı ilə "Yeni siyasi millətçilik" konfransı keçirilib. Toplantının ən önəmli nəticəsi "Rusiya Milli Hərəkatı" adlı yeni təşkilatın yaradılmasıdır. Bu barədə bəyanatı "Qanunsuz Miqrasiyaya qarşı Hərəkat" (DPNİ), "Böyük Rusiya" Partiyası, "Xalq" Rusiya Azadlıq Hərəkatı və Rusiya İctimai Hərəkatı kimi marginal sturkturların liderləri imzalayıblar. "Bizim gücümüz, nüfuz və miqyasmızın genişlənməsi vacibdir. Bunun üçün birləşməli, səylərimizi bir mərkəzdən idarə etməliyik. İndiyədək qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiyimizdən ümid edirəm ki, vahid orqanizmə dönəndən sonra böyük siyasi qüvvəyə çevriləcəyik. Rusiya ya millətçi olacaq, ya heç olmayacaq. Burada, bu zalda toplaşmış enerжi çox güclüdür. Əsas odur ki, enerжi düzgün istiqamətə yönəldilsin. Rusiyada millətçiliyin heç bir alternativi yoxdur: bütün başqa sistemləri çoxdan keçmişik", - Rusiyanın ən çoxsaylı və radikal millətçi hərəkatı olan "Qanunsuz Miqrasiyaya qarşı Hərəkat"ın lideri Aleksandr Belov (Potkin) çıxışında bildirib. "Xalq" hərəkatının həmsədri Aleksey Navalnı isə "Yeni Millətçilik"i insan hüquqlarının müdafiəsinə yönəlmiş struktur hesab edir. "Hüquq müdafiəçiləri bizim indi gördüyümüz və görməyə adət etdiyimiz insanlar deyil. Onlar o kəslərdir ki, insanların əksəriyyətinin hüquqlarını müdafiə edir. Həmin adamlar isə ilk növbədə millətçilərdir, - A.Navalnı söyləyib. - Birləşməli, seçkilərə çatmalı və qalib gəlməliyik. Millətçi təşkilatların Rusiyada çox böyük potensialı var. Ən azı ona görə ki, əhalinin 70%-i özünü kortəbii millətçi sayır. Onun dediyinə görə, millətçi təşkilatlar istənilən siyasi yöndəki qurumlar və strukturlarla əməkdaşlıq etməlidir. "Yeni Millətçilər" hərəkatının təşkilatçıları onu da bildiriblər ki, dörd qurumun koalisiyası Rusiyada millətçilərin əməkdaşlıq potensialının böyük olduğunu göstərir. "Biz yeni millətçi hərəkat forması yaradır və məqsədlərimiz üçün siyasi vasitələrlə mübarizə aparmaq niyyətində olduğumuzu bəyan edirik. Bütün millətçilərə müraciət edərək onları bizimlə birlikdə siyasi mübarizə aparmağa səsləyirik. Rus millətinin daha fəal qisminə, müstəqil və məsuliyyətli insanlara üz tutaraq ədalət və milli vəhdət uğrunda mübarizəmizi dəstəkləməyə çağırırıq", - konfransın yekun bəyannaməsində vurğulanır. "Qanunsuz Miqrasiyaya qarşı Hərəkat"ın (DPNİ) mətbuat xidmətinin əməkdaşı Pavel Yantev "Ekspress" əməkdaşına bildirdi ki, yeni millətçi təşkilatın yaranmasından Rusiyadakı miqrantlar və xarici ölkə vətəndaşları əsla narahat olmamalıdır. "Bizim səylərimiz və niyyətlərimiz, o cümlədən fəaliyyətimiz miqrantlara yox, Rusiyanın milli identikliyi, özünüdərki və milli ruhunu məhv etmək istəyən qüvvələr qarşı yönəlib. Rusiya böyükdür, burada hamıya yaşamağa və işləməyə yer var. Lakin miqrantlar "Tulaya öz samovarı ilə gedən dam" olmamalı, yaşadıqları yerə uyğunlaşmalı, yerli xalqın adət-ənənəsini və həyat prinsiplərini qəbul etməlidir. Belə olan halda miqrantlara kimsə bir söz demir və deməz də. Lakin miqrantlar, o cümlədən Azərbaycandan gələn bəzi cənablar burada öz adət-ənənələrini hər şeydən üstün tutmağa, rusların davranışlarına, tarixinə və ənənələrinə barmaqarası baxmağa başlayanda, təşəxxüslə davranıb özlərini hamıdan ağıllı hiss edəndə təbii ki, millətçilər sinirlənirlər. Belə hallar olanda kim sinirlənməz ki?!" - P.Yantev söylədi. Onun dediyinə görə, Yeni Millətçi Hərəkatın çox böyük perspektivləri var. Rusiya Siyasi Konyuktura Mərkəzinin aparıcı eksperti Pavel Salin əmindir ki, "Kosmos" hotelində konfrans keçirən millətçilər uğursuz yol tutublar. "Onlar millətçilik, radikal şovinizm və ksenofobiyanı, milli zəmində dözülməzliyi nfuzlu və çəkili siyasi hərəkata döndərmək, "rusların hüquqlarının müdafiəsi" ilə məşğul olduqlarını göstərmək istəyirlər. Lakin bu insanlar anlamırlar ki, sırf millətçi partiyanın Rusiyada heç bir perspektivi yoxdur", - P.Salin söylədi. Onun fikrincə, Rusiyada çalışan və yaşayan azərbaycanlıların ciddi narahatlıq keçirmələri üçün heç bir əsas yoxdur. Belə ki, ideoloжi millətçilər hər millətdə və dövlətdə var. Əhalinin 10-15%-ni təşkil edən bu insanlar millətçi təşkilat və hərəkatları dəstəkləyir, amma siyasi baxımdan fəal olmurlar. Rusiyadakı soydaşlarımızın icma təşkilatlarının rəhbərləri Moskvada millətçilərin bir araya gələrək yeni hərəkat yaratmalarını diqqətlə izləsələr də, narahat olmadıqlarını deyirlər. Moskvadakı azərbaycanlıların "Vətən" cəmiyyətinin sədr müavini Aslan Qurbanovun dediyinə görə, Rusiya millətçiləri indi sosial, daha doğrusu sosialist şüarlarla çıxış edərək kütlənin ən marginal təbəqəsinin nümayəndələrini ələ almaq, populyarlığını artırmağa çalışırlar. "Onların birləşmələrinə gəldikdə isə, əminəm ki, heç nə alınmayacaq. Çünki rusiyalı millətçilərin istisnasız olaraq bütün qruplaşma və təşkilatları lider ətrafında birləşən strukturlardır. Buna görə də onların əməkdaşlıq edərək birləşmələri inandırıcı təsir bağışlamır", - A.Qurbanov dedi. "Ekspress"in əldə etdiyi məlumatlara görə, ən radikal millətçi qruplaşma və hərəkatların bir araya gəlməsi ilə bağlı ideya ksenofoblarla şovinistlərin özlərinə yox, Kremlə məxsusdur. Bilavasitə təşkilatçı isə məşhur siyasi texnoloq Stanislav Belkovskidir. S.Belkovski "Ekspress" əməkdaşı ilə söhbətində bunu qətiyyətlə təkzib etməyə çalışdı: "Bəhs etdiyiniz iddia "Gənc Rusiya" ("Rossiya Molodaya") hərəkatının rəhbərlərinə məxsus ucuz yalandır. Əvvəla, mənim Kremllə heç bir əlaqəm yoxdur və sifariş əsasında işləmirəm. Bundan başqa, Rusiyadakı millətçilərin birləşməsi ideyası ölü doğulmuş uşaqdır və belə uğursuz layihə mənlik deyil". Həmsöhbətimiz "ölü uşaq"dan kənar durmağa çalışsa da, "Yeni Millətçi Hərəkat"ın bəyannaməsi az qala sözbəsöz S.Belkovskinin "Yeni millətçi struktur: birləşmək perspektivləri" adlı analitik hesabatındakı müəyyən tezislərin təkrarıdır. Moskva Helsinki Qrupunun sədri Lüdmila Alekseyeva millətçilərin yeni struktur yaratmaq cəhdləri və bunun da Kreml tərəfindən üstüörtülü şəkildə dəstəklənməsini çox təhlükəli hadisə sayır: "Hakimiyyət üçün millətçiləri dəstəkləmək ölümə bərabərdir. Rusiya çoxmillətli ölkədir və burada millətçilərin göstəriş əsasında birləşməsi, onlara hansısa kart-blanşların verilməsi bəribaşdan uğursuz gedişdir". Həsən AĞACAN express
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İranda bir ayda 79 məhbus edam edilib
Əhvaz ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İranda daha səkkiz məhbus edam edildi
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
İraq da İranla sərhəddi bağladı
Təbrizdə iki hüquqşünas həbs edilib
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi