Azərbaycan QHT-ləri Pezeşkianı İranda azərbaycanlıların ana dilində təhsil alması üçün təşəbbüs göstərməyə çağırıb - AÇIQ MƏKTUB
Səudiyyə Ərəbistanı təyyarəsi Tehran hava limanına eniş edib
Müharibə repressiyaları gücləndirib- Mai Sato
Şəbistərdə silahlı insident- Ölən var
SEPAH İraqın şimalında kürd bazalarını vurdu
Ərəb koalisiyası Husilərin raket anbarlarını məhv etdi
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır
Azərbaycan QHT-ləri Pezeşkiana müraciət etdi
Azərbaycanla Özbəkistan arasında iki saziş təsdiqlənib
İranın birinci vitse-prezidenti azərbaycanlı qızlarla bağlı fərman verdi
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
Ocanda əfqanistanlılar həbs edilib
ETN: İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir
Nazirlik: İranda Azərbaycan dilində məktəb yoxdur, azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Müharibəyə görə İranda daha dörd nəfər həbs edildi
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
İran ABŞ-yə Pakistan vasitəsilə yeni təklif göndərib
Səmərqənd ətrafında diplomatik gərginlik: Özbəkistan İrana rəsmi etiraz notası verdi
Tahir Nəqəvi məcburi etiraf üçün təzyiqlərlə üzləşir
Salar Taher Əfşarın ikinci doğum günü həbsxanada keçir
Pezeşkian: “Nə müharibə, nə sülh” vəziyyəti insanları çörək dərdinə salıb
Təbriz meriyasının sürücüləri maaş əvəzinə işdən çıxarılmaqla hədələnirlər
Tramp: Ya İran razılaşacaq, ya da işi bitirəcəyəm
“The Hill”: ABŞ ordusu İrana yenidən zərbə endirmək üçün variantlar hazırlayıb
Xəzər dənizinin şimalında bir sıra adalar materiklə birləşib
Bu gün, 25 oktyabr — Azərbaycan Respublikasında Qubadlı Şəhəri Günüdür
BƏƏ Rəs əl-Xeymə əmirliyinin bütün çimərliklərini növbəti xəbərdarlığadək bağlayıb
Qalibaf Hindistanda BRICS-in parlamentlərarası toplantısında iştirak etməyəcək
Almaniya İranın Hamburqdakı Bank Saderat filialının ləğvi barədə qərar verib
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
“Ayrılıq” şairinin həsrətləri: Şərifə Cəfərinin Fərhad İbrahimi haqqında xatirələri
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb
İranda dollar 400 min tümənə yüksələ bilər: hökumət 80–90 faizlik inflyasiyani qəbul edib
Livan şiələri Hizbullahın silahları barədə nə düşünür?
Pezeşkian Moskvaya səfər edəcək
Iranda daha altı məhbus edam edilib
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Ermənistanla qardaşlaşan farslar ölkəmizdə "fars millətçiliyini" din kimi təbliğ edirlər Əcnəbi müsəlman təbliğatçılarından danışarkən, İran foktorunu nəzərdən qaçırmaq olmaz. Bu ölkə rəsmilərinin dəfələrlə Azərbaycana qarşı ərazi iddiaları ilə çıxış etmələri, bu gün də Xəzər dənizi ətrafındakı prosesdə "kilid isim" rolunu oynadıqları və iki dövlət arasında münasibətlərin sıcaq olmaması bu ölkəyə qarşı ehtiyatlı davranmağı tələb edir. Nəzərə alsaq ki, bu dövlət Azərbaycandakı proseslərə təsir etmədə ABŞ, Türkiyə və Rusiyadan heç də geri qalmır, məsələnin nə qədər ciddi olduğuna şahid oluruq. Ən təhlükəlisi isə bu dövlətin məhz dindarlara təsiretmə gücünün başqa dövlətlərdən, hətta öz dini qurumlarımızdan da artıq olmasıdır. İranın Azərbaycanın dini mühitinə nəzarəti o həddədir ki, sonradan Azərbaycana gələn başqa missionerlər onlara yaradılan imkanlara rəğmən heç də İranın nəzarətində olan regionlarda müvəffəqiyyət tapa bilmirlər. Bu qüvvələr yalnız İranın təsirindən nisbətən kənar regionlarda öz işlərini qururlar. Azərbaycan Respublikası Konstitusiyanı görə din dövlətdən ayrı olduğu halda, nə üçün İranın ölkəmizdəki dini proseslərə təsiri təhlükə mənbəyi sayılır? Çünki İran dini mühütimizdə hegemon olduğu kimi, bizim suverenliyimizə qarşı da təhdidlərlə çıxış edir. İran rəsmilərinin ərazi bütövlüyümüzə qarşı səsləndirdikləri sərsəm bəyanatları duymayan yoxdur. Ermənilərlə qardaşlıq edən fars rejiminin sabah bizə qarşı ərazi iddiası ilə çıxış edəcəyi də qayət mümkündür. Çünki farsların kiçik qardaşı ermənilər də torpaq istəyinə belə başlamışdılar. Əhalisinin yetmiş faizdən çoxu müsəlman şiə olan Azərbaycan üçün İranın bu təhdidləri olduqca təhlükəlidir. İranda hakim mövqe fars milliyyətçilərinin əlində olduğundan, daha doğrusu bu dövlətin qeyri-rəsmi ideologiyasının farslaşdırma olduğundan, İranın Azərbaycana ixrac etdiyi "məzhəbçilik" də birbaşa bu dövlətin siyasətinin tərkib hissəsi sayılmalıdır. Düzdür, əksər dini başçılar azərbaycanlılar olsalar belə, yürüdülən siyasət ənənəvi fars milliyyətçiliyi siyasətidir. Çünki fars milliyyətçiliyinin əsl hədəfi İranda yaşayan xalqların Ari irqindən olduqlarını və ayrı dillərdə danışan insanları farslaşdırmağı mənimsəyən bir ideologiyadır. Eyni zamanda, məhz 1979-cu ildən sonra ənənəvi fars millətçiliyi siyasi meydanda real faktora çevrilmişdir. İran düşünürlərindən olan Sadeq Ziba Kəlam fars dilini və mədəniyyətini, Cəfəriliyi İran bayrağını və coğrafi sahəsini İran milli kimliyini müəyyənləşdirən əsas atributlar kimi dəyərləndirməkdədir. Bu isə İranın siyasətinin tərkibəhissəsidir. Hətta İranın ən modernist islam alimlərindən sayılan və buna görə qınanan Şəriəti də İranda milliyyət ilə dinin bütünləşdiyini yazır:"İranlı müsəlman yəni, şiə nə keçmiş iranlı, nə də Sami İslamın məhsuludur. Burada tarixdə bənzəri görünməyən bir olay baş vermişdir. Yəni iki mədəniyyət birləşmişdir". Buradan çıxış elərək deyə bilərik ki, İranın bizlərə təqdim etdiyi şiəliyin Həzrəti Əli tərəfdarlığı ilə mahiyyət etibarı ilə heç bir bağlılığı yoxdur, sadəcə görüntü var. Və həmin görüntünün altında fars milliyyətçiliyini insanlarımıza aşılamaq prosesi getməkdədir. "Strateji Analiz" dərgisi "modern fars milliyyətçiliyinin inkişaf mərhələsində massonluq, Hindistandan yaşayan pars oliqarxiyası, siyonist çevrələr və Erməni Daşnaq Təşkilatı tərəfindən dəstəkləndiyini" yazır. Əslində fars milliyyətçilərinin bu işində eyib tutulacaq bir məqam yoxdur. Çünki onlar rus, ərəb, türk və başqa təhlükələrə qarşı bu yolu seçiblər. Qınanası bizlərik ki, bu vaxta qədər din siyasətimizi düzgün müəyyənləşdirməmiş, bu strateji məsələ ilə bağlı öz hədəflərimizi müəyyənləşdirməmişik. Dini doktrinamız hələ də yoxdur. Dinlə məşğul olan məmurlarımız isə hələ də nəzir və həcc davası döyürlər. Bu da Azərbaycanda maraqlı olan ölkələrin, o cümlədən İranın ölkəmizə nüfuz etməsinə geniş imkan tanıyır. Daxildə və xaricdə fərqli siyasət... İran daxilində fars millətçiliyi ilə cəfəriliyin harmoniyasını yaratmaq cəhdindədir. Hətta İran İslam İnqilabının başlıca ideoloqlarından olan Mürtəza Mütəhərri də bu cəhddə bulunub. Fəqət Azərbaycanda İranın emissarları ciddi-cəhdlə "ümmətçilik" anlayışını irəli sürməkdədirlər. İnsanların beyninə milli birliyin lüzumsuz olduğunu və onlara sərf edən müsəlman vəhdətinin vacibliyini yeritməkdədirlər. Bir çoxlarımız da bunun təsirinə düşürlər. Bu da ilkin halda insanları öz millətindən, milli kimliyindən imtina etdirmə siyasətinin tərkib hissəsidir. İranlı düşüncə sahibləri çox yaxşı başa düşürlər ki, xam torpaq saydıqları Azərbaycanda milli şüur inkişaf edərsə, onların burada fəaliyyət mexanizmləri son dərəcə zəifləyəcək. Bu da onların marağına cavab vermədiyindən var- gücləri ilə "ümmətçilik" faktorunu qabardırlar. Özləri müsəlman qardaşları saydıqları Azərbaycanın torpaqlarını qəsb edən təcavüzkar Ermənistana yardım etdikləri halda. Bu fakt özü-özlüyündə İranın "ümmətçilik" siyasəstində nə qədər səmimi olduğunu göstərir. İranın Azərbaycana təsiretmə mexanizmləri... İranın Azərbaycana təsiretmə mexanizmlərinə gəlincə, ən başlıca faktorun buradakı əhalinin şiəlik oluduğunu demək lazımdır. Məhz bu amil İranın Azərbaycanda digərlərinə nisbətdə daha rahat təbliğat aparma imkanlarını genişləndirir. Bu amil həmçinin, İranda təhsil alan gənclərin də beyinlərinin "yuyulmasında" mühüm rol oynayır. Gənclərə gəlincə, İranda təhsil alan bu şəxslər İranın potensial "minaları" durumundadırlar. Yəni, orada təhsil alan gənclərin təsir altına düşməmə ehtimalı çox azdır. Bu da ayətullahların təsirinə düşən şəxslərin sabah daha da artmasına gətirib çıxaracaq. Bu insanların həmin ayətullahların fətvası ilə oturub-durmalarını nəzərə alsaq, müharibə olduğu təqdirdə yenə də onların gözlərinin İrandakı mərcii-təqlidlərində olacağı qənaətini yaradır. Bəs onlar necə İrana gedib çıxırlar? İranda təhsilalma iki yolla gerçəkləşir. Birincisi, rəsmi yoldur ki, Təhsil Nazirliyi vasitəsi ilə bu reallaşır. Ancaq Təhsil Nazirliyi İranın yalnız bakalavr diplomlarını tanıyır, magistrlərin diplomları tanınmır. Eyni zamanda bu tələbələrin bir çoxunun orada ali təhsil deyil, mollaxana səviyyəsində dərs aldıqları barədə də kifayət qədər hələki təkzib edilməmiş məlumatlar var. İkinci yol qeyri-leqal yolla İranda təhsil almaqdır ki, bu yolu seçənlər öncə Qumda, Məşhəddə və ya Ərdəbildə mədrəsə təhsili görürlər. Mədrəsəni bitirdikdən sonra daha yüksək yerlərə sənəd verə bilərlər. Bu şəxslərin aldıqları diplomlar isə Təhsil Nazirliyimiz tərəfindən tanınmır. Eyni zamanda qeyd etmək lazımdır ki, təsir altına düşən və İranın ölkəmizdə emissarına çevrilənlərə qeyri-leqal yolla təhsil alanlar arasında daha çox rastlanılır. İranda təhsil alanları xarakterizə edərkən, bu insanlarda dövlətçilik duyğusunun daha aşağı olduğunu və zərərli "ümmətçi" olduqları nəzərə çarpır. Adi fakta nəzər salaq. İranda təhsil alan şəxsdə ikilistandart tez görünür. Onun yanında Azərbaycandan istənilən dini nüfuz sahibini tənqid, hətta təhqir etsək, reaksiya çox zəif olacaq. Ancaq bu şəxslərin yanında İranın hər hansı ayətullahını tənqid belə etmək olmur. Həmin an "dini duyğuları inqilab edir". Biz hansısa din xadimimizin, elə ən ali ruhanimiz olan Hacı Allahşükür Paşazadənin hər hansı hərəkətlərini qəbul etməyə, ondan fərqli düşünə bilərik. Ancaq öz vətəndaşımızı hansısa bir farsın, hətta azərbaycanlı olsa belə İran İslam Respublikasının, Suriyanın, İraqın vətəndaşı olan ayətullahdan aşağı tutmaq olduqca zərərlidir. Səhvsiz insan yoxdur. Ancaq özümüzünkülərin səhvlərini böyüdücü şüşə ilə axtarıb, fars ideologiyasının dəyirmançılarını yüksəltmək nə etik cəhətdən düzdür, nə də dövlətçilik baxımından. Əsl həqiqətdə bu olduqca təhlükəli tendensiyadır və buna qarşı bütün cəbhələrdə mübarizə aparılmalıdır. İranın Azərbaycana təsiretmə mexanizmlərinin biri də nəzarətdən kənarda qalan məscidlər və ziyarətgahlardır. Həmin məscidlər və ziyarətgahlar vasitəsi ilə cəmiyyətə təsiretmə "rıçaqlarını" əlində saxlayan İran çox vaxt öz emissarlarını da bu ibadətgahlarda yerləşdirir və buradan da öz missionerlik fəaliyyətlərini həyata keçirirlər.əİran Mədəniyyət Mərkəzinin rəhbəri, vilayəti-fəqihin nümayəndəsi sayılan Seyyid Ocaq Nəjatın Bakının mərkəzində yerləşən Heyvanxananın yanındakı "Hüseyniyyə"də dəfələrlə moizə oxuyur. Hətta Səid Dadaşbəylinin dəstəsinin ifşası da İranı Azərbaycana qarşı fəaliyyətindən geri çəkindirməyib. İran Mədəniyyət Mərkəzi yenə də öz fəaliyyətini davam etdirməkdədir. "Nizami" metrosunun yanında yerləşən bu mərkəzin təxribat yuvası olduğu və mədəniyyətdən başqa hər bir işlə məşğul olduğu barədə dəfələrlə mətbuatda məsələ qaldırılıb. Öz qılafına bürünərək bayıra çıxmayan Ocaq Nəjatı bu gün onun və İrandakı həmkarlarının yetişdirdiyi onlarla "farslaşdırılmış" azərbaycanlı gənc əvəzləyir. Bundan başqa İranın "İmdad" Cəmiyyəti də Azərbaycanda "fars şiəliyi"nin əsas yayıcılarındandır. Məsələ burasındadır ki, mətbuata qapalı olan bu təşkilatın da nə işlə məşğul olduğu bilinmir. Ancaq fəaliyyətləri də davam edir. İranın Azərbaycana təsir etmə mexanizmlərindən biri də zərərli dini ədəbiyyatdır. Bir müddət öncə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin satışına qadağa qoylumşu kitablara nəzər salsaq görərik ki, əksəri Qum şəhərində çap olunublar. Üstəlik, zərərli məzhəb təəssübkeşiliyini aşılayırlar. Bu kitabların əsasən "Əlxuda", "Fatimə", "Zəhra" kitab mağazalarında satılması da təsadüfi hal deyil. Bu mağazalar da həmin fars-dini missioner şəbəkəsinə aiddir. Baxın, İranda çap olunub Azərbaycanda təbliğ olunan kitablara nəzər salın:"Necə hidayət oldum", "Doğru yolda olanlar birgə", "Şiə cavab verir" və s. Bu kitabların hamısında da son dərəcə məzhəb təəsübkeşliyi özünü bariz şəkildə büruzə verir. Son olaraq qeyd etməliyik ki, İranın emissarlarının təhlükəliliyi barədə danışmaq yersizdir. Çünki görünən dağa bələdçi lazım deyil. "Yeni Çağ" Araşdırma Qrupu
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İranda bir ayda 79 məhbus edam edilib
Əhvaz ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İranda daha səkkiz məhbus edam edildi
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
İraq da İranla sərhəddi bağladı
Təbrizdə iki hüquqşünas həbs edilib
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi