Azərbaycan QHT-ləri Pezeşkianı İranda azərbaycanlıların ana dilində təhsil alması üçün təşəbbüs göstərməyə çağırıb - AÇIQ MƏKTUB
Səudiyyə Ərəbistanı təyyarəsi Tehran hava limanına eniş edib
Müharibə repressiyaları gücləndirib- Mai Sato
Şəbistərdə silahlı insident- Ölən var
SEPAH İraqın şimalında kürd bazalarını vurdu
Ərəb koalisiyası Husilərin raket anbarlarını məhv etdi
Prezident İlham Əliyev BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsini qəbul edib
Azərbaycan sülh sazişi məsələsində son nöqtəni qoymağa hər zaman hazırdır
Azərbaycan QHT-ləri Pezeşkiana müraciət etdi
Azərbaycanla Özbəkistan arasında iki saziş təsdiqlənib
İranın birinci vitse-prezidenti azərbaycanlı qızlarla bağlı fərman verdi
Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
Ocanda əfqanistanlılar həbs edilib
ETN: İranlı nazirin Azərbaycanda təhsillə bağlı açıqlaması tamamilə yersizdir, ölkəmizin daxili işlərinə müdaxilə cəhdidir
Nazirlik: İranda Azərbaycan dilində məktəb yoxdur, azərbaycanlılar öz ana dillərində təhsil almaq hüququndan məhrum edilirlər
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Müharibəyə görə İranda daha dörd nəfər həbs edildi
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
İran ABŞ-yə Pakistan vasitəsilə yeni təklif göndərib
Səmərqənd ətrafında diplomatik gərginlik: Özbəkistan İrana rəsmi etiraz notası verdi
Tahir Nəqəvi məcburi etiraf üçün təzyiqlərlə üzləşir
Salar Taher Əfşarın ikinci doğum günü həbsxanada keçir
Pezeşkian: “Nə müharibə, nə sülh” vəziyyəti insanları çörək dərdinə salıb
Təbriz meriyasının sürücüləri maaş əvəzinə işdən çıxarılmaqla hədələnirlər
Tramp: Ya İran razılaşacaq, ya da işi bitirəcəyəm
“The Hill”: ABŞ ordusu İrana yenidən zərbə endirmək üçün variantlar hazırlayıb
Xəzər dənizinin şimalında bir sıra adalar materiklə birləşib
Bu gün, 25 oktyabr — Azərbaycan Respublikasında Qubadlı Şəhəri Günüdür
BƏƏ Rəs əl-Xeymə əmirliyinin bütün çimərliklərini növbəti xəbərdarlığadək bağlayıb
Qalibaf Hindistanda BRICS-in parlamentlərarası toplantısında iştirak etməyəcək
Almaniya İranın Hamburqdakı Bank Saderat filialının ləğvi barədə qərar verib
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
“Ayrılıq” şairinin həsrətləri: Şərifə Cəfərinin Fərhad İbrahimi haqqında xatirələri
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər
Rusiyalı nüvə alimləri İrandan təxliyə edilib?
İranda daxili təyyarə biletləri 45 faiz bahalaşıb
İranda dollar 400 min tümənə yüksələ bilər: hökumət 80–90 faizlik inflyasiyani qəbul edib
Livan şiələri Hizbullahın silahları barədə nə düşünür?
Pezeşkian Moskvaya səfər edəcək
Iranda daha altı məhbus edam edilib
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Bir millətin maariflənməsi, ruhunun, xarakterinin yetgin formalaşması üçün qaynaq olan, köklü, dolğun, mədəni irs yaradan necə dəhşətli adlarımız var. Özeyir Hacıbəyov məsələn. Erməninin yarım dənə Özeyiri olsa Qarabağa göz dikməz. Biz neyniyirik? Konservatoriyadan Özeyir bəyin adını yığışdırırıq. Nəsimi yekəliyində şairin adına bazar yaradıb hələ arsız-arsız it iyi verən, çirki axan lövhə də yazıb yapışdırırıq: "Nəsimi Bazarı." Guya kişiləşib Ermənikənd bazarının adını dəyişmişik. Erməni isə ad dəyişmir, iş görür. Parlamentdə yer adlarının dəyişdirilməsi ciddi mübahisələrə, müzakirələrə səbəb olur. Məsələn, bu yaxınlarda Salyanın Aydıngün kəndinin adını dəyişib Yeni Uluxanlı qoydular. Əslində bəlkə də tarixi fakt kimi yaxşıdır. Uluxanlıdan gələn azərbaycanlılar bu kənddə məskunlaşıblar. İndi də kəndə əcdadlarının yaşadığı yerin adı verilir. Bununla da rahat təskinlik tapırıq ki, hə, Uluxanlı nə vaxtsa Azərbaycanın olub. Kəndi verib, sonradan o kənddən bir dənə də düzəldib özünü aldatmaq milli ruhda problem yaşandığından xəbər vermir ki? Düzdür, bu, məsələn, Şuşanı, Zəngəzuru verib sonra yerinə restoran yaratmaqdan qat-qat qorxusuzdur, amma hər halda normal da deyil. Ziddiyyətlərlə dolu xarakter sahibiyik. Kamal Abdullanın bapbalaca kitabında yaxşı müqayisələrə də rast gəldim. O da milli qəribəliyimizdən yazır. Məsələn özümüzə Babək nəsli deyirik İslama sitayiş edirik. Novruzda ocaq yandırırıq, atəşpərəstliyi rədd edirik. Yadımda qalanlar bunlardır. Məni lap çox yandıran Universitetdən Məmməd Əminin adının götürülməsi, filosof şairimiz Nəsiminin adına mal-qara dərisi, kəllə-paça satılan bazarın olmasıdır. Bu lap utanc vericidir. Aqil müəllim, siz millət vəkilisiz. İmtiyazlarınız var. Þzünüz də millətçisiz. Nə olar parlamentdə bu məsələni də qaldırın. Qoy bazardan Nəsiminin adını yığışdırsınlar. Ayıbdır axı... Mənə qalsa bizim cəmiyyətdə ruhi xəstəlik hökm sürür. Şizofreniklər, psixopatlar, sadistlər, mazoxistlər, psixozlar, ən yüngül formada ağır nevrozlar var. Ruhi xəstələri isə ya birdəfəlik xəstəxanaya qapayıb həyatdan təcrid edirlər, ya da daim nəzarətdə saxlayaraq yalançı azadlıq verirlər. Amma heç vaxt onlara ciddi işlərə imza atmaq imkanı yaradılmır. Cəmiyyətimizi kənardan seyr edəndə anlayırsan ki, bu, əslində formal və yalançı azadlıqdır ki, arxasında kifayət qədər ciddi nəzarət dayanır.. Arabir arxayınlıq yaratmaq üçün müəyyən imkanlar verilir, hansısa sərbəst addıma şərait yaradılır, vəssalam. Bu şərait isə heç nəyi həll etmir və edə də bilməz. Bir az adam özünü də ruhi xəstə kimi hiss edir. Florendino deyib ki, bədbəxtliyini bilməyən adam bədbəxt sayılmır. Bir nəfər çoxluğun içində bədbəxtliyindən xəbərsiz yaşaya bilər. Amma bu boyda dünyada millət bədbəxtliyini bilməzsə onu diri-diri udarlar. Bu ruhi xəstəliyi ya müalicə etmək, ya süni yollarla məsələn, sosial darvinizm metodu ilə ələmək lazımdır. Yoxsa aram-aram olan qalanımız da itib gedəcək. Biz deyirik irsimiz var, kökümüz var, dahilərimiz var. Amma biz nə dediyimizi bilmirik. Kimlərdən danışdığımızı dərk etmirik. Rəhmətlik Azad Mirzəcanzadə onun haqda danışanda əsəbləşərdi. Ona dahi deyənlərə kəskin etiraz edərdi ki, dahi mən deyiləm, dahi Qara Qarayevdir. Azad müəllim bilirdi ki, ritorik natiqlər, tərifçilər Qara Qarayevin, Özeyir bəyin adında hansı çəkidə mədəniyyət yükü mövcud olduğunu dərk etmir. Və bilirdi ki, onların həqiqətdə Azad Mirzəcanzadə dahiliyini anlamamaq problemi hardan başlayır. Bu səbəbdən əslində sözaltı işarə edərdi: "Əvvəl Qara Qarayev, sonra mən." Biz kütləvi vərdişlərimiz, milli adətlərimizlə tariximiz arasında məntiqi parametrik əlaqə yarada bilmirik. Adətlərimiz başqa məntiq, tariximiz tamamilə başqa məntiq əks etdirir. Elə hey milli mənəvi dəyərlərimizdən danışırıq. Əlbəttə, Özeyir bəy, Mirzəcanzadə milli dəyərdir. Milli sərvətdir. Amma bu sərvət efir çayxanalarının konusu deyil. Bu sərvət millət üçün hansısa bəşəri məqsədi gerçəkləşdirmək üçün mübarizə alətidir. Varidatdır. Mirzəcanzadə millətin mədəniyyət, elm faktıdır. Amma bu ağırlıqda faktı ara söhbətlərinə xərcləmək olmaz. Əlləşib-vuruşub bir nəfər mütəfəkkirimizin adını dünya dahiləri siyahısına yazdırmalıyıq ən azı. Bu adların qoyduğu irs davam etdirilməlidir, şaxələnməlidir, yayılmalıdır. Þzümüzdən yeni mədəniyyət-zad yaratmağa ehtiyac yoxdur. Bizə miras qoyulan mədəniyyət doğru-dürüst mənimsənmədən, açması tapılmadan yeni nəsə yaratmağa iddialı olmaq nəyə xidmət edəcək ki? Hələ də Nəsiminin iki misrasını adam balası kimi çözə bilmirik. Yeni ədəbiyyat yaratmaq istəyirik. Əlbəttə, bu o demək deyil ki, zaman ritmini tutmaq lazım deyil, müasirlikdə axsamalıyıq, yox. Ancaq akademik forması olmayan heç nə mükəmməl alınmır. Rəssamlıqda realizm olmasaydı sürrealizm hardan yaranardı? Ən azı bu üslubların adı bir-birini davam etdirir. Modernizmdən qaynaqlanan postmodernizm deyilmi, həyatın real, təbii, akademik hadisələrini çılpaq, avanqard, dinamik dillə ifadə edən? Və əlbəttə, bu gün yaradan nəhəng istedadlar da mədəniyyət göstəricisi kimi davam edəcək növbəti reallığın mənbəyidir. Mədəniyyətin təməli varsa onun ardı da var. Biz niyə özümüzü ermənilərdən üstün sayırıq və əslində elədir də. Çünki onların mədəniyyətlərinin təməli yoxdur. Zorla gücənib, özlərini sıxıb bir şeylər yaratmağa çalışırlar. Ordan-burdan qamarlayıb özləri üçün nəsə düzüb-qoşurlar. Əslində onlar üzərlərində işləyirlər, zəhmətkeşdirlər, amma istedadlı deyillər. Mədəniyyətlərinin gələn yeri yoxdur. Biz isə tənbəl və istedadlıyıq. Gələn yerimiz var deyə davam yerimiz də yox- yox hardansa peyda olur. Milli dəyərləri önə çəkib gündəmdə saxlayanda bilmək lazımdır ki, bunu niyə edirsən. Məqsəd bəlli olmalıdır. Nədir məqsəd? Bu dəyərləri dünyaya tanıtmaqmı, avropalaşdırmaqmı, dünya tarixi kültürünə idiialı olmaqmı, Qarabağı geri qaytarmaqmı, nə? Sözü və əməli havaya atmaq heç nə qazandırmır. Məsələn, Mirzəcanzadə özü konkret planı həyata keçirmək üçün planlaşdırmanın düsturunu verərək onu 6 detala ayırıb: 1. Məqsəd 2. Hədəf 3. Ösul 4. Proqnoz 5. Qiymətləndirilmə 6. Nəticə Əvvəlcə məqsəd müəyyən olunmalıdır. Məsələn, məqsəd dünya musiqi mədəniyyətində tanınmaqdır. Sonra hədəf seçilməlidir. Hədəf nədir, kimdir? Hədəf Özeyir bəydir. Ösul seçilməlidir. Necə? Ən populyar saytlar, akademik musiqi bazarında marketinq işləri, dünya musiqi akademiyaları, yoxsa nə? Dövlət xətti ilə, yoxsa özəl sektorla və s. Ösulun real nəticəsi proqnozlaşdırılmalıdır. Bu üsul alınar, alınmaz? Və nəhayətdə qiymətləndirilməlidir. Qiymətləndirilmədən sonra nəticə ortaya çıxır. Əldə olunacaq uğur, mənfəət haqda düşünülməlidir. Nə qazanılır? Dahimizi, onunla birgə musiqi mədəniyyətimizi dünya tanıyır. İrs deyəndə bilməliyik ki, söhbət kimdən və nədən gedir. Xalqın "daş dövründə" dahisi olubsa o, mütləq irs qoyub. Bu, qan bağlılığı, genetik törəmə məsələsi deyil. Bu, istedad, mədəniyyət irsidir. Elə olmasaydı çobanın oğlu Babək, Babəkin oğlu çoban olmazdı... Aysel Əlizadə www.adalet-az.com
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
İranda bir ayda 79 məhbus edam edilib
Əhvaz ərəblərinin təşkilatı Azərbaycana dəstək bəyanatı yaydı
Pezeşkian Moskvaya gedir
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
Urmiya gölünün son vəziyyəti açıqlandı
İranda hicaba görə daha on səkkiz iaşə obyekti bağlandı
İranda daha səkkiz məhbus edam edildi
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
ABŞ diplomatlarını regiondan çıxarır
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İran aviasiyası iflic olub- Səbəb
Həmədanda iş qəzaları- 327 nəfər...
İraq da İranla sərhəddi bağladı
Bahalıq Allahın və mələklərin işidir? İqtisadi məsuliyyətdən dini bəhanələrlə yayınmaq
Tehranda Azərbaycana qarşı aksiya keçirilib
ABŞ-nın İrana hücumu mümkündür - Əraqçı
İran–Pakistan sərhədində ticarət dayandırılıb: minlərlə yük maşını keçid məntəqələrinin açılmasını gözləyir
Beynəlxlq Əfv Təşkilatı İranda edamlarla bağlı bəyanat yaydı
Qəzvin əyalətində daha 39 nəfər həbs edildi
İran Kəşfiyyat Nazirliyi əməliyyat keçirib- Həbs edilənlər var
Sualtı internet kabelləri İranın hədəfinə çevrilə bilər- SEPAH
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
Traxtur klubundan federasiyaya təcili məktub: Etnik şüarlara və futbolçuların ailələrinə qarşı təhqirlərə baxılsın
Bəjestan adına milli qeydiyyata alınan “doşab bişirmə” ənənəsi: Güney Azərbaycan əyalətlərinin mədəni irsinə laqeydlik
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
İraq da İranla sərhəddi bağladı
Təbrizdə iki hüquqşünas həbs edilib
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi